Yer yox ikən, göy yox ikən ta əzəldən var olan Pirim Mürşüdüm
25-05-2024, 13:24
Yer yox ikən, göy yox ikən ta əzəldən var olan Pirim Mürşüdüm
500 illik SEVGİ və FƏXR
Ruhun şad olsun! Böyük Azərbaycanlı
Əbədiyyət qazanmaq istəyənlər, ölümdən öncə ölməyi bacarmalıdır!
Şah İsmayıl Qızılbaş
Şah İsmayıl Səfəvi Xətai - 14 yaşında hakimiyyətə gələn, 14 ilə 14 eli birləşdirərək, vahid və indiyə qədər ən böyük Azərbaycan dövləti - Səfəvi dövlətini yaradan bir şəxsiyyətdir.
Ey ulu əcdadım, ey böyük ələm,
İstərəm sənintək yaşayam, öləm.
Yazdın bu millətin hünər tarixin,
Bir əlində qılınc, birində qələm!
1514-cü il avqust ayının 22-i. Səfəvi şahının çadrı
Sərkərdələr gecə hücuma keçməyə Şahı razı sala bilmirlər. Çünki döyüşdən qabaq osmanlı kəşfiyyatı qızılbaş topçularını daşıyan dəvələr olan yerə əməliyyat keçirmiş, topçuların başını kəsmişdir. Nəticədə isə Şah deyir:
“Osmanlı gecə hücum edə bilər, biz isə kişi kimi sabah qılıncımızla toplara qalib gələcəyik”
1514-cü il avqust ayının 23-ü, çərşənbə günü səhər saat 09.30. Şah İsmayıl Səfəvi döyüş günü önə çıxıb onun məktubunu xatırladaraq Sultan Səlimi tək-bətək kişi kimi döyüşməyə çağırdı.,
Şah ucadan qışıqıraraq:
“Səlim aləmin mərdliyindən səndə bir nişanə varsa toplardan istifadə olunmasına qadağa qoy və bundan sonra döyüş meydanında mərd də namərddən fərqlənə bilsin, gəl qarşı-qarşı döyüşək və kim qalib gəlsə qoşun təslim olsun.”
Lakin Sultan onun qarşısına çıxmağa cəsarət etmir. Osmanlının ən güclü döyüşçüsü və sərkərdəsi Malkoçoğlu Tur Əli bəyi göndərir. Malkoçoğlu Osmanl tarixində əvəzolunmaz qəhramanlarından biri idi. Avropada onun adı bütün saraylarda qorxu ilə çəkilirdi.
Şah Babamızla üz-üzə gələndə Malquçoğlundan Şahımız soruşur:
-Səlim hardadır, niyə mənimlə qarşılşamaqdan çəkinir
Malkoçoğlu özündən razı halda qılınc çəkərək deyir ki, “ilk həmləni sən et”.
Şahımız deyir ki, “Siz hücuma gəlmisiniz, ilk zərbə vurmaq haqqı da sənə verirəm”.
Şah İsmayıl ilə Malkoçoğlu əvvəlcə nizəyə əl atdılar. Hər iki tərəfin qoşunları və əmirləri tərəfindən müşahidə olunun bu döyüş zamanı Şah İsmayıl nizəsi ilə Malkoçoğlunun nizəsini vurub parçaladı. Bu zərbədən vahiməyə düşən Malkoçoğlu tez əlini qılıncına atdı və döyüşü qılıncla davam etdirdi. Şah İsmayıl da əlini qılınca atdı və Malkoçoğlunun başına güclü bir zərbə endirdi. Mənbədəki məlumata görə, Şah İsmayılın qılıncının zərbəsi elə güclü idi ki, Malkoçoğlunun başından qurşaq yerinə qədər bədəni iki yerə bölündü.
Riçard Knoles özünün “Osmanlı Tarixi” kitabında belə yazır:
"Bu arada yaralanmış Səfəvi Şahı İsmail döyüşdə mərdlik göstərməsinə baxmayaraq Fransız topları son sözü Çaldıran savaşında bildirdi.”
Lakin çoxları bu döyüşün Səfəvilərin məğlubiyyəti kimi qəbul edirlər. Hazırda Türkiyədə Osmanlı tarixi muzeyində Şahın sözləri olan əlyazma var. Orda yazılır:
“Şah döyüşdən geri çəkilən zaman Sultan Səlimə tərəf üzünü tutaraq ucadan deyir: Qoşunum az olduğundan mən müvəqqəti geri çəkildim”.
Heç məğlub oldum da demir, deyir ki, geri çəkildim.
Sultan Səlim Çaldaran döyüşündən sonra Təbrizdə qısa müddətə qalıb geri dönür. Şah İsmayıl öz paytaxtına qayıtdı və dərhal Çaldıran vuruşmasında həlak olmuş Məhəmməd xan Ustaclunun əvəzinə onun qardaşı Qaraxan Ustaclunu Diyarbəkr bəylərbəyisi təyin etdi. Qaraxan Ustaclı Diyarbəkiri geri almaq üçün savaş aparanda Sultan Səlim ona məktub yazır:
“Gəl, mənə itaət et ki, bu ölkəni tamam sənə verim və sən bu ölkənin külli hakimi olasan”.
Qaraxan bu təklifi qəti surətdə rədd edərək, bunun cavabında Osmanlı elçisinə bildirdi:
“Get və qeysərinə de ki, sən unudursan ki, biz Şah İsmayıl Bahadırın nökərləriyik. Biz bu ocağın sufiləri və bəndələriyik. Heç bir vaxt sufi və müridi öz mürşid-i kamilindən döndərmək, onu öz ağasından uzaqlaşdırmaq mümkün deyildir”
Azərbaycan Respublikasının və 1918-1920-ci illərdə mövcud olmuş ADR-in dövlət bayrağındakı ay-ulduz simvolikasına Osmanlı imperiyasının da dövlət bayrağında rast gəlindiyini bildirərək bu rəmzlərin Azərbaycan bayrağına Osmanlı dövlətinin dövlət atributlarından keçdiyini söyləyirlər
Səfəvilər dövlətinin qurulması ilə üzərində aypara və səkkiz guşəli böyük ulduz olan parlaq yaşıl rəngli parça dövlət bayrağı kimi qəbul edilib. Məlumatlardan aydın olur ki, bu bayraq Şah I Təhmasibin hakimiyyət illərinə qədər dövlət bayrağı kimi qalıb. “Cahanarayi-Şah İsmayıl Səfəvi” adlı tarixi mənbədə I Şah İsmayılın 1508-ci ildə Bağdada varid olması bu cür qeyd olunub: “Şah İsmayıl ay-ulduz bayrağı altında Bağdada yaxınlaşdı. İraq əhalisi sürətli addımlarla onu qarşılamağa çıxdı.”
Şah İsmayıl fenomenal şəxs idi. Yaxşı sərkərdə , idarəçi, mədəniyyəti sevən, şəhərsalmağa meyilli və ən əsası qeyri adi fiziki gücə sahib idi. Məhz ona görə də hər bir onu sevən bu sözləri deyirdi "qurban olduğum, sadağa olduğum Pirim Mürşüdüm"
Şah İsmayıla " Türki-tacidar" deyə xitab edirdilər".Azərbaycan hökmdarı heç vaxt məğlub etdiyi qoşunun arxasınca gedib onları təqib etməz və onların salamatlıqla qaçıb qurtulmalarına imkan yaradardı. "Aman vermək imandandır" - deyən Şah İsmayıl təslim olanları bağışlayır, hətta onları öz ordusuna qəbul edirdi. Şah İsmayıl hərbi əməliyyatlar aparılan ərazilərdə dinc əhalinin zərər çəkməsinə heç zaman imkan verməzdi.
Şah ismayıl Xətai 23 may 1524-cü ildə vəfat etmişdir. Ərdəbildə Şeyx Səfi məqbərəsində dəfn edilmişdir. O, 38 yaşında dünyadan köçmüş, lakin qısa ömrü müddətində gördüyü işlər ona ölməzlik qazandırıb!!
Zaur Aliyev, dosent
TEREF