"HAVA ÇOX ÜŞÜTRAXSA "DONUAÇ" PAPAĞI AL."
29-06-2024, 18:13
Keçən dəfə SƏY adlı Zadəgan Xanımın sarkofaqının tapıldığı (saytımda aşağıya bax) ETRURİYANIN CHİUSİ (QUYUSU) şəhərindən (İtaliya) Google Earth proqramı ilə yeni bir yazılı abidə tapdım. Gözəl abidənin üstündəki yazının sirri aşkar edildiyi 19-cı əsrdən bu yana ilk dəfədir ki, Türkcə açılır.
Sağ ucda ovulub tökülmüş, lakin sol qövsvari xətti gücünən görünən ilk səsin işarəsini "Q" kimi bərpa edəndə, yazı sağdan sola belə oxunur:
QAFA MAL GHEL DONİAÇ SEÇ FAST ŞTRXSA
Siz də, yazını, böyüdüb, tökülən yerləri bərpa edib, qara "rənglə" azacıq qabardıb ayrıca göstərdiyim uzun oymada oxuya bilərsiz.
Lüğət:
KAFA - KAFA - BAŞ;
MAL - satılan malı, əmtəə. Bunu hamı bilir. Ancaq burada - GÖZƏL
-------anlamındadır. Küçədən bir gözəl keçəndə Bakıda dəb idi, qanrılıb ana baxar və deyərdilər: "Bəh, bəh, nə maldıır !" İnanıram ki, u dəb elə indi də var. Yazıda da MAL - u mənadadır.
GHEL - Gəl. Bazarda mal satanın çağrışıdır: "Mala GƏL, malaa!.."
DONİAÇ - bir sözdür. "Donu açan" anlamında mala işarədir.
SEÇ - bilirsiniz - çoxlu nəsnə arasından seçmək feili.
FAST - etruscadır. Onun Türk lüğətində ilişib qalmış bu günkü
------- versiyası şübhəsiz ki, FASİDE`dir - `çıxılmaz vəziyyət`
--------deməkdir.
ŞTRXSA - ən çətin açılan söz budur. Göründüyü kimi, hebruca
----------yazıdakı kimi bəzi saitlər buraxılıb. Etrusklarda da bu yazı formasına çox da olmasa, lazımi qədər rast gəlinir. Sərt və məhdud yerə yazı cızanda bəzi saitləri buraxırmışılar. Çoxlu axtarışdan sonra ona "Ü" səsi əlavə etməli oldum və ÜŞTRAXSA - etrusk deyimidir. Bizdə ÜŞÜDÜCÜSƏ - anlamında.
Yazı belədir:
KAFA[A] MAL GEL DONİAÇ SEÇ, FASİDE [Ü]ŞTRAXSA...
KAFAN ÜÇÜN GƏL GÖZƏL DONUAÇ PAPAQ SEÇ, ÇIXILMAZ (SƏRT) ÜŞÜDÜCÜ HAVADIRSA...
***
Aşağıdakı şəkildən də göründüyü kimi, boylu-buxunlu xanım əlinin zəhmətinin məhsulunu təqdim edir müştəriyə. Boynundakı uzun halqalar, toxuduğu papağın yoğun ipidir. Və şübhəsiz yundan hörülmüş ipdir. Əks - təqdirdə u nə "DONUAÇ" papağ olardı? Və u (ip) sol əlində tutduğu azca yoğun ağac qıyığa bənzər toxu alətinin yanından həmin alətin əli ilə möcüzəli hərəkətindən açılıb, toxunan papağa simmetrik nukuşlarla (mixi yazıda - naxşılarla) hörülür.
Sağ əldəkinin papaq olduğunu dəqiq təqdim etmək və hamını inandırmaq üçün onu böyüdüb yuxarıda ayrıca göstərirəm.
Və qalın yun ipdən necə MAL (gözəl) papaq olduğuna şübhə qalmır.
Aşağıdakı qadın barelyefinin də əlində u yoğun ağac qıyıqdır.
A da papağ toxuyur. Soyuqda oynayan yeniyetmə qızlar da xoşbəxtdirlər, heç nə veclərinə deyil, çünki başlarında, toxunmuş isti, yun, DOUNAÇ papaq var.
Həmin papaqlar qadınların öz başlarında da xüsusi eyhamla nümayiş etdirilir.
Bu cür "abidələr" heç şübhəsiz papaq toxunan evlərin və ya ayrıca emalatxanaların qarşısında qoyulurmuş və bu həm firmanın Loqosu, həm müştərini mala səsləyən güçlü reklam "şitləri" kimi xidmət göstərirmişlər.
Ancaq hər şeyi ingiliscəyə çevirmiş bugünkü bizlərdən fərqli olaraq, bizim Müdrik Ulular reklamı özlərinin qədim, şirin və ahəngdar ETRUSK TÜRK DİLİNDƏ verirmişlər.
***
19-cu əsrdə ETRUSK artefaktları aşkar ediləndən sonra, İtaliya və dünya ictimaiyyəti u xalqın nə dərəcədə YÜKSƏK MƏDƏNİYYƏT DAŞIYICISI olduğu faktı qarşısında şok olmuşdu.
Lakin Tarixdə bizim Türk Etruskların latınlılar tərəfindən necə dəhşətlə genosidə uğrandıqları səhnələrini oxuyanda, 2300 ildən sonra belə əcdadların çəkdikləri acı dəhşətlərin Birinci Qarabağ müharibəsində, Xocalıda başımıza açılanlarla eyni və daha ağır olduğu fəlakətinə göz yaşı axıtmaya bilmirsən...
------
RUHUNUZ ŞAD OLSUN, ULULAR !!!
SİZİ TƏZƏ-TƏZƏ ANLAMAĞA VƏ AZ-AZ DÜNYAYA TANITDIRMAĞA BAŞLAMIŞIQ...
ÖMÜR VƏFA VERSƏ, SİZİN TÜRK OLDUĞUNUZU DÜNYAYA SÜBUT ETMƏYƏ QADİRƏM!
ARTIQ DÜNƏN
"GENESİS OF THE SUMERİAN AND ETRUSCAN TURKS
AND THEİR LANGUAGE.
BASED ON CUNEİFORM AND ETRUSCAN SCRİPT"
(Şumer və Etrusk Türkləri və Onların Dili. Mixi - və Etrusk Yazıları Əsasında) - 873 səhifəli ingilis dilli kitabım ABŞ-da iUNİVERSE Nəriyyatında dünən çapdan çıxdı. 2-3 günə alıb təqdim edəcəm.
Tariyel Azerturk
TEREF