XƏRİTƏDƏN QORXANLAR
14-07-2024, 11:24
Devlet Bahçeli Qurban bayramında “Ülkü Ocakları” vəqfini ziyarət etdi.
Bu ziyarət ənənəvi bir bayramlaşma ziyarəti kimi diqqətdən kənar qalacaqdı.
Əgər…
Əgər ziyarət zamanı “Ülkü Ocakları” Başqanı Ahmet Yıldırım Bahçeliyə bir xəritə hədiyyə etməsəydi. Xəritənin sosial mediada paylaşılması Yunanıstanda partlayan bomba effekti yaratdı. Baş nazir Mitsotakis Erdoğandan açıqlama tələb etdi. Sərt bir üslubla həm də.
Hədiyyə olunan xəritədə indi Yunanıstana aid olan Egey dənizindəki Rodos, Lesbos, Krit, Xios, Samos kimi adalar Türkiyə sərhədlərinə daxil edilib.
“…yüzlerce yıl şanlı Türk bayrağının dalgalandığı ancak Yunanistan tarafından gasbedilen adalarımızın…”, – A.Yıldırımın bu sözləri yunanları dəli etdi.
Ancaq onların bu isteriyası, saçyolduya çıxması anlaşılandır. Bəs erməniyə nə düşüb?
Ermənistan kanalları bu xəritəni paylaşaraq vay-şivən qaldırdılar. Türkləri “Faşist Boz qurdlar” adlandıran ermənilər “Erdoğan Osmanlı İmperatorluğunu qurmağa çalışır” dedilər.
Çox qorxur tiqranoidlər.
Gəlsinlər bir də qorxmasınlar.
Kim olsa qorxar.
Onlar başlarına gələcəkləri yaxşı bilirlər.
Artıq ona-buna sığınaraq at oynada bilməyəcəklər.
Bitdi o dövran…
Çox qorxur tiqranoidlər.
Xəritə görəndə isə daha çox titrəyirlər.
Yadınızdadırmı, 2021-in noyabr ayında Bahçeli Erdoğana Türk Dünyasının xəritəsini hədiyyə etmişdi.
Necə böyük rezonansa səbəb olmuşdu, yəqin xatırladınız.
Çox qorxur tiqranoidlər.
Bahçeli 44 günlük müharibədən 2 ay əvvəl “Zəngəzur koridoru”nu dilə gətirəndə səksənmiş, qorxudan dillərini udmuşdu haylar.
“Xəyal idi, gerçək oldu” burda deyiblər.
Addım-addım gəlir Qəhrəman Ordular!
“Böyük Azərbaycan” xəritəsi hazırlamaq lazımdır. Lap böyüyünü.
P.S. Bu yazını düz iki il əvvəl bu gün yazmışdım. Paylaşmaq istədim. Çünki bu gün də qorxurlar, hətta əvvəlkindən daha çox...
İbrahim Nebioğlu
TEREF