YENİ ETRUSK YAZISI
8-08-2024, 08:47
Güzgü arxasında üç söz yazılıb:
ELİNA TURAN MENLE yəni
ELİNA TURAN MƏNLƏ (MƏNİMLƏ).
Nəyi bunun bizim dil deyil ki?
Bizim adlar. Elina bu gün belə qadın adı.
Turan dünyamızı öz çiyinlərində daşıyan cavan, göyçək oğlan.
Özü də maraqlısı odur ki, bu, artıq üçüncü obyektdir ki, TURAN türk adına rast gəlinir. Etrusklarda geniş yayılmış kişi adı olub.
"Mənlə" kəlməsi.
Elina qız adı ilk dəfədir qarşıma çıxır. Ancaq bizə bu gün elə gəlir ki, ELİNA kimdənsə bizə keçmə bizim üçün müasir, fəqət yad addır. Amma bu güzgünün yaşı 2400 ildir. "Britiş Muzeumda" saxlanılır. Onu oxuyan ilk alim TURANI allah sayır.
Ancaq güzgüdəki şəkildən göründüyü kimi, Etrusk Zabiti təzə evələnmiş, ya evlənəcək ailədə kişini - gənci öz himayəsinə götürür və deyir:
ELİNA TURAN MƏNLƏ (MƏNİMLƏ).
***
Əfsus ki, fərdi güzgü arxasına cızıılmış "Elina Turan mənimlə" ifadəsinə nə şəkildə, nə yazıda əlavə məlumat verilmir.
Güman və ya nəticə çıxarmaq hər fərdin özünə qalır.
***
Amma yox, bunları yazandan sonra, şəkli diqqətlə öyrənəndə hər şey gün kimi aydın oldu. Turan - Elinanın ya nişanlısı, ya əridir. O, bizim dildə desək, "əsgərliyə gedir". Əslində isə döyüşə yollanır. Dalınca zabit gəlib. Şəkildə Elinayla Turanın ayrılma səhnəsi təsvir olunub. Elinanın (sağda) intizarla, qayğı və dərin sevgiylə gözlərini üstdən aşağı sanki son dəfə ona zilləyib, sağ əlini üzünə çəkib, sinəsinə endirən anda solda yarımoturmuş vəziyyətdəki Turana yaxşı yol arzulayır:
"- Get, Turan, Elohi omonında. Sağ get, solomat gəl, əzizim!" deyir, sanki.
Turan isə, kədərli baxışlarla vidalaşır sevgilisi ilə.
Zabitin güzgüyə cızılmış kəlmələri isə Elinanın nigarançılığını söndürmək üçündür və o, əlini Turana tərəf uzadıb ana müraciət edir:
- ELİNA, TURAN MƏNLƏ ! [QƏTİ NARAHAT OLMA]!
***
Durğu işarələrinin Şumer dövründə də, Etrusk dövründə də olmaması, onları oxuya bilən bizləri problem qarşısında qoyur. Ancaq burada tərəfimdən işlədilən tək vergül əsərin sirrini tam şəkildə qeyri-şərtsiz açır.
***
Bir detala diqqət yetirin ki, Roma ordusunda qırmızı xoruz pipiyini andıran baş dəbilqəsini də, boyunda düyünlənib arxadan asılan qırmızı məxmər plaşı da (bunu demişəm artıq) italyanlar bizim etrusklardan iqtibas ediblər.
Tariyel Azerturk
TEREF