Rasputini öldürən, Stalinin qorxduğu azərbaycanlı - Video
8-08-2024, 11:17
1916-cı il dekabrın 30-da tariximizin ən sirli, mübahisəli və bədbəxt personajlarından biri olan Qriqori Rasputin Petroqradda qətlə yetirilib. O, son Rusiya imperatoru II Nikolayın qalmaqallı sevimlisi və ailəsinin dostu kimi dünya şöhrəti qazanıb.
Rasputin çox müammalı və sirli bir şəxsiyyəti olub. Rasputin Sankt-Peterburq mühitində mənəvi asketizmi və şəfaçı “hədiyyəsi” sayəsində məşhurlaşıb. İnsanların taleyini təxmin etmək və gələcəyi görmək qabiliyyəti ilə Çarın diqqətini cəlb edib. Onun ölümü haqqında mifik rəvayətlər dolanır.
Guya: Onun şərab və tortuna zəhər qatıblar. Lakin heç bir təsiri olmayıb. Bir məclis zamanı, adamlardan biri təklikdə onu arxadan bıçaqlayıb və öldüyünü fikirləşib otaqdan çıxıb. Sonra paltosunu unudan qatillərdən biri otağa qayıdanda onun hələ də sağ olduğunu görüb və boğmağa başlayıb. Tərpənməz halda olsa da, nəfəs aldığını görüblər. Daha sonra otağa girən digər qatillər onu daha 3 dəfə bıçaqlayıblar, amma Rasputin yenə də ayağa qalxmağa çalışıb. Bu zaman onu beyzbol çubuğu ilə vurmağa başlayıblar və kəfənləyib çaya atıblar. Sonradan ekspertizada məlum olub ki, Rasputin çayın soyuq olmasından dünyasını dəyişib.
Əslində bunlar hamısı əfsanədir. Rusiya arxivlərində onun ölümü haqqında rəsmi sənədlərdə yazılıb: “Yarılma materiallarına görə, Rasputinin bədənində heç bir zəhər izi tapılmayıb. İlk güllə yarası ölümcül idi. İkinci güllə onun kürəyinə dəyib. Alnından üçüncü güllə mərmisi çıxarılıb. Ağciyərlərdə su və ya boğulma ilə bağlı digər ölüm əlamətləri aşkar edilməyib”.
Beləliklə, bu sənəd göstərir ki, Rasputinin fövqəltəbii heç bir gücü olmayıb.
Bəs onu öldürən kim idi?
Bu barədə Rusiyada müxtəlif versiyalar var. Lakin arxivlərdə bir ismin adı üzərində çox durulur: Ürfan Yusubov!
Kimdir Ürfan Yusubov?
Rusiyada Fyodor Fyodoroviç Yusubov kimi tanınan Ürfan İbrahim oğlu Yusifli Ağdam rayonunda anadan olub. Atası imkanlı bəy ailəsindən idi.
Kriminal dünyada Bəbir kimi tanınan bu şəxs Lenin və Stalinlə həbs düşərgəsində yatmışdır. Peterburq Tibb Universitetində təhsil alan Ürfanın burada soyadı Yusubov kimi göstərilir. Yusifli soyadını qəbul etməyən Universitet ona “ov-yev” soyadı götürmək şərti qoyur. Atasının imkanlı şəxs kimi daima ona maddi yardım etməsinə baxmayaraq, cəmiyyətdə sosial ədalətslik görərək etirazını dəfələrlə bildirəm Ürfan yuxarı təbəqədən olan şəxslərin kasıb insanları əzməsinə dözə bilmirdi. Onun ilk həbsi yüksək çinli şəxsin qohumunu bir neçə bıçaq zərbəsi ilə öldürdükdən sonra olub. 10 illik həbs cəzası alan Ürfan Yusubov Rusiyanın şimalında olduğu həbsdə də güclülərin zəifləri əzməsini görüb, “qara qanun” deyilən bir qaydalar sistemi yaratmaq qərarı alır və o, bu qanunları Moğol imperatoru Çingiz xanın Yasası əsasında yazır. Çingiz xanın dövründən başlayaraq monqolların Qanunlar Məcəlləsi adlanan Böyük Yasada nəzərdə tutulan maddələrlə ilk oğru qanunlarını yaradır. Böyük Yasada yazılan ilk iki maddə oğru dünyanının qanunlarının bünövrəsinin qoyulmasına səbəb olur. Ona kriminal aləmdə “Bəbir” deyirlər.
Qanun əsasında idarəçilik
Oğru dünyasında “qara qanun”da nəzərdə tutulan maddələr idarəçiliyin əsas bazası olmalıdır. Oğru dünyasının böyükləri nə qərar qəbul eləsə, digərləri onu müzakirə etmədən icra etməlidirlər.
Böyük oğru ailəsinin yaradılmasına səbəb olan Bəbir 1897-ci ildə Yenisey quberniyasının Şuşensk kəndinə sürgündə yaşayan Leninlə görüşür. Ona kommuist ideyalarına görə hörmət edir, dustaqların ona toxunmasına izn vermir. Stalinlə də Kirov həbsxanasında görüşür. Stalin sonradan oğru dünyasında yaratdığı sistemi Bəbirdən öyrənir. Mənbələrin qeyd etdiyinə görə, Lenin və Stalinin ən çox çəkindiyi və qorxduğu adam məhz Bəbir - Ürfan İbrahim oğlu Yusifli idi.
Tümen vilayətində onlarla millətin müxtəlif cinayətlərə görə cəza çəkdiyi həbsxanada özünə yüksək nüfuz qazanan Bəbirin barəsində 46 saylı türmənin rəisi polkovnik M.S.Kotlyarevski dəfələrlə şikayət məktubu yazsa da, oğru dünyasının ilk kralına qarşı ölkə rəhbərliyi heç bir tədbir görə bilmirlər. Çüni bütün ölkədə olan həbsxanalara malyava - məktub sistemi quran Bəbir bir anda ölkə həbsxanalarında üsyan qaldıra bilərdi.
1899-cu ildə həbsdən azad edilən Bəbir Rusiyanın Sankt-Peterburq şəhərində bir müddət yaşayır, həsbxanadan çöldə “xəzinə” yaradır. Bu xəzinə həbsxanada olan xəstə və imkansız məhkumlara yardım etmək, onların ailələrinə dəstək olmaq rolunu oynayırdı. Məhz Rasputini öldürməkdə məqsədi Çarın ən yaxın adamı olan bu şəxsin zəiflər və gücsüzlər üzərində hökmü, günahsız qızları oğurlayıb, cinsi istismara qoyması idi. Dəfələrlə ona kasıb ailələr Rasputinin onların gənc qızlarını oğurlayıb aparmasını şikayət etməsindən sonra Bəbir bu qaranlıq keçmişi olan Rasputini öldürmək qərarına gəlir. Məclislərin birində ona atəş açır, ilk gülləsi qolundan dəyir, qaçmağa çalışan Rasputinin arxasından atdığı ikinci güllə onu yerə yıxır. Üçüncü atəşi düz alının ortasına açır ki, bu da onun həyatına son qoyur.
Sual ola bilər: Bəs onun adını niyə ruslar gizlədir:
1. Bəbir Azərbaycanlı idi
2. Oğru aləminin kralı idi
3. Özü bunun hallanmasını istəməyib və Çar polis sistemi onun adını qeyd etməkdən çəkinib.
Buna görə də sənədlərdə Rasputini öldürən şəxsin Yusupov Feliks Feliksoviç olduğu yazılır.
Rus siyasətçi Purişkeviç Vladimir Mitrofanoviç də öldürən şəxsin Feliks Yusupov olmadığını qeydlərində yazıb.
Bolşeviklər Rusiyada hakimiyyətə gələndən sonra Lenin və Stalinin artan gücünü görən Bəbirin sonrakı taleyi barədə mənbələrdə qısa məlumatlar var. Türkiyəyə köçür, sonra Səudiyyə Ərəbistanına, Həcc ziyarətinə gedir. Burda də rəhmətə gedir.
Deyilənə görə, Türkiyədə dəfn edilib.