XI Qırmızı ordunun komandiri V. Tarxovun xatirələrindən...

12-08-2024, 12:44           
XI Qırmızı ordunun komandiri V. Tarxovun xatirələrindən...
XI Qırmızı ordunun komandiri V. Tarxovun xatirələrindən: “1920 ilin iyul ayının ortalarında Şuşa, Gorus, Bazarçay istiqamətində yerləşən XI ordu, təmas xəttində erməni birlikləri ilə ara-sıra döyüşlərə girirdi. Türklər xəbər verirdi ki, Naxçıvan və Şərur qəzalarında general Şelkovnikovun rəhbərlik etdiyi erməni nizami birlikləri müsəlmanlara divan tutur. Bizdən arxada Minkənd ərazisində Sultan bəyin 500 nəfərlik qoşunu dayanmışdı. Bizə qarşı neytral olan bu qüvvə istənilən vaxt öz sayını bir neçə minə çatdıra bilərdi.

Türklərin Bəyazid diviziyasının əsgərlərinin bir hissəsi Dığ ətrafında idi. Əvvəlcə qərara alınmışdı ki, Xəlil Paşanın gəlişini gözləyək, sonra komanda gəldi ki, tələsmədən Naxçıvana doğru hərəkət edək. 3 gün sonra Şahbuzda olduq. 28 iyulda Naxçıvanda. Ertəsi gün Xəlil Paşanın dəstəsi gəldi. Əsgəri ittifaqımız yarandı. Dro rəhbər olduğu daşnak hissələri yeni təxribat törətdi. Naxçıvanda olduğumuzun 12 günü Xəlil paşa və Veysəl bəyin qoşunlarının köməyi ilə daşnaklar məğlub edildi"
(15 aprel 1922 ildə "Военный вестник" jurnalından ixtisarla).
Тархов Валентин Валентинович — Офицеры русской императорской армии.
Эльдар Тагиев
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.