Batin alimi yazır: Rəhman Allah Azərbaycan taxtında Ərşə sahib olub!
14-08-2024, 07:44
Elm və texnikanın böyük sürətlə inkişafına baxmayaraq, insanlar qədim həqiqətlər haqda heç nə bilmirlər və buna görə də müdriklər yaşadığımız bu dövrü cahiliyyə dövrü adlandırırdılar. Bunun səbəbi də müasir alimlərin qədim yazıları, bu yazıları yazan müdriklərin məntiqi ilə yox, birbaşa, yəni hərfi mənada dərk etmələridır. Həqiqətdə isə bütün qədim yazılar, samitlərin rəmz kimi qəbul edildiyi sufi məntiqi ilə yazılmışdır və bu məntiq Tövratda "ilk insanların vahid səfa (sufi) dili", Quranda isə "Süleyman peyğəmbərə verilmiş"Quş dili" adlanır. Bu məntiqə görə, qədim dünyada yalnız bir kosmik hadisə baş vermişdir ki, bütün yazıların sufi-batini mənaları da bu hadisəyə həsr olunmudur. Qədim dünyanın dahi alimi sayılan Əflatun bunu xüsusi vurğulamışdır (Əflatun, «Politik», 269s).
Bu hadisə - qədim Misir mətnlərində Asar (Azir), yəni Osiris allahlarının Atası adlanan, ərəb mənbələrində isə Azərbaycan Atabəglər Ailəsinin banisi mənasında olan pir Amonun Gel şəhərində İlahdan Allah yaratması hadisəsidir. Tövratda bu hadisə - səfa dilində danışan ilk insanların Xaldeyada, "Allahın qapısı" adlanan Babil qülləsini tikmələri kimi qeyd olunmuşdur. Ərəb mənbələrində Xaldeya eli Xelat kimi keçir ki, Atabəg Sökmən - "Xelatı və digər çoxlu şəhərləri aldıqdan və “On iki şəhər”ə yiyələndikdən sonra özünü Şahi-Ərmən adlandırmışdır" və bundan sonra Xelat - Azərbaycan Atabəglər Ailəsinin malikanəsinə çevrilmişdi. Əhdi-ətiqdə (Yeş.23:13) məhz Xaldeya (Xelat) əhli Assurların, yəni Azərilərin varisləri adlanır. Deməli, qədim mətnlərdə Allahların Atası adlanan firon Amon elə Atabəg Sökməndir və o Xelatda (Xaldeyada) Babil qülləsini tikmişdir. Burada Sökmən rəmzi Sak-Amon, yəni firon "Amonun ruhu", Xelat - Xaldeya, Ərmən rəmzi isə Ra-Əman (Ra-Amon), yəni Rəhman Allah mənalarındadır. Bunlar haqda mən, internet səhifələrindəki "Ledun elminin əsasları" adlı məqaləmdə geniş yazmışam (sayt: https://gilarbey.blogspot.com/2013/03/ledun-elminin-saslar.html?m=1). Başqa sözlə, firon Amon Xaldeya-Xelatda göyləri "on iki şəhər" rəmzində fəth etdikdən sonra, özünü Ra-Amon şah adlandırmışdı. Quranda firon-pir Amonun Xaldeya/Xelatda göyləri fəth etməsi belə təsvir olunur: "O elə bir yaradıcıdır ki, yerdəki hər şeyi sizin üçün yaratdı: sonra iradəsini Göyə yönəldib, onları yeddi Göy olaraq düzəltdi… Allah Göyləri dirəksiz ucaltdı, sonra öz taxtında qərar tutdu və Günəşi, Ayı özünə tabe etdi… Rəhman ərşə hakim oldu" (Quran, 2:29, 13:2, 20:5). Başqa sözlə, Quranda Rəhman Allah adlandırılan qədim Misirin Ra-Amon Allahı həqiqətdə - göydə yaratdığı Ra günəş diski ilə birləşib Allaha çevrilən Azərbaycanın Xelat Atabəgidir.
Mənbələrə görə ərş - Misirdə Yaqub Kənaninin uşaqlarının özləri üçün qurduğu çadır mənasındadır. Tövratda Vəhy çadırı adlanan bu çadırı göydə yaradan Rəhman Allah, onu taxt adlandıraraq onun vasitəsilə göyləri fəth etmişdir. Bu kitabda Vəhy çadırının qurulması - Yaqubun Allahla güləşməsi və bundan sonra onun İsrail/İzrail yəni Asar-Eli, Azər-Eli adlanması kimi rəmzləndirilmişdir (məqalə: "Расшифровка Торы с помощью "язык птиц". С кем боролся Иаков?", sayt: http://gilarbey.blogspot.com/2017/03/blog-post.html). Yəhudi mənbələrində İsrail/İzrail rəmzləri Yaşarel kimi də qeyd olunur ki, bu da sufizmdə Aşur-El və ya Ərş-El rəmzləri ilə eyni mənalıdır. Bu isə o deməkdir ki, sufi məntiqində Qurandakı "Rəhman ərşə hakim oldu" ifadəsi - Azərbaycan Atabəginin göydə ərş adlanan Osiris ölüm şahlığı, yəni cənnət yaratması anlamındadır. Dahi Firdovsi "Şahnamə" əsərində Azəri Atabəgi Amonun göyləri fəth etməsi hadisəsini Cəmşidlə bağlayır və bildirir ki, o bir dənizi keçib, Göyə ilk ayaq açır. Göydə kəyan taxtı qurub, divin çiynində taxta çıxan Cəmşid fəzada günəştək qərar tutur. Başqa sözlə, Cəmşid obrazı - göydə Ra diski yaradıb, öləndən sonra bu gisklə birləşərək Ra-Amon Allahına çevrilmiş pir Amonun obrazıdır. Qədim dinlərin tədqiqatçısı Ceyms Frezer bu hadisəni, Alban dağlarından köçüb gəlmiş Alba şahlar nəsli ilə bağlayır və bildirir ki, bu nəslin banisi öləndən sonra Allaha çevrilmiş və Alban dağlarındakı şəhərin üstündə qərar tutmuşdur.
Bütün bunlar o deməkdir ki, mənbələrdə Asar/Assur/Aşşur/Azər adlanan Allah, qədim Misirdə Gel, digər mənbələrdə isə Gelat/Xelat/Xaldeya adlanan Azərbaycan torpağında Ra-Amon/Rəhmana çevrilmiş firon Amonun ölümsüzlük qazanmış ruhudur. Hürufi deyimlərində Ra günəş Allahı “Vəhdətin Günəşi” adlandırılır və Azərbaycana aid edilir: "Zatımı Təbrizdə kəşf etdim. Vəhdətin Günəşi ilk kəs Azərbaycanda göründü. Çünki Tanrı bu ölkəni kutlamışdır. Peyğəmbərlərin və ermişlərin (müqəddəslərin) parıldayan almazıdır".
Qədim mətnlərdə Asar/Osiris adlanan Azər adı "taxt" işarəsi ilə qeyd olunur. Başqa sözlə, Quranda Allah - "Öz taxtında qərar tutdu" və "Rəhman ərşə hakim oldu" ifadələri altında, Osiris-Azər Allahının göydəki taxtında şahlığa başlaması təsəvvür olunmalıdır.
Sufizmdə Allah dedikdə - əvvəldə gələn və bütün bəşəriyyəti, Allahları və cənnəti yaradan Ra-Amon/Rəhman Allah və Onun axirətdə insan simasında yerə enəcək Ruhu, yəni Mehdi nəzərdə tutulur. Bu iki Allah - pir Amonun ruhu olduğu üçün, axirətdə gələcək Allah da mənbələrdə əvvəldə gələn Allahın obrazı kimi qeyd olunur. İslam araşdırıcılarına görə, müasir ismaililərdə bu obraz - imam Əlinin, Allahın təcəssümü olması kimi qəbul edilmişdir. İmam Əli haqqında xüsusi qəsidələrdə bildirilir ki, "Əli bu görünən dəniz mövcud olmamışdan mövcud idi: O, qüdrəti ilə ərşi və onun altında olanların hamısını ucaltdı. Əli – əbədi var olan və hər yerdə mövcud olandır...". Bu o deməkdir ki, Rəhman Allahdan sonra, axirətdə imam Əli obrazında gələcək Mehdi də ərşə sahib olacaqdır.
İmam Əlini Allah kimi qəbul edən ismaililər Tövratda Gelat izmaililəri, ərəb mənbələrində Gelat ismaililəri kimi məlumdur ki, buradakı Gelat eli elə Azərbaycan Atabəglər Ailəsinin Xelat elidir. Sufizmdə İsmail rəmzi "İsmi-Əli" kimi də oxunur ki, bu da İsmail obrazının elə imam Əlinin obrazı olması anlamındadır. Belə çıxır ki, imam Əlini axirətdə gələcək Allah kimi qəbul edən ifrat Gelat ismaili-şiələri elə Azərbaycanın Xelat Atabəgləridir.
Axirətdə gələcək İsmail obrazı Azərbaycanla bağlı mənbələrdə Şah İsmail Xətai kimi məlumdur. Şeirlərində özü haqda - "Yer yox ikən, göy yox ikən ta əzəldən var idim. Gövhərin yektanəsindən irəli pərgar idim..." deməsi, onun, Allahın dünyanı yaratmasından əvvəl var olmasına işarədir. Bu isə onu deməyə əsas verir ki, Şah İsmail Xətainin obrazı, axirətdə gələcək Mehdinin obrazıdır.
Mənbələrdə Şah İsmail "adam yeyən" kimi göstərilir ki, bu da onun ölüm Allahı olan Osirisin obrazında olması mənasındadır. Şah İsmailin qızılbaşları isə mətnlərdə "sorxsər bidin mülhidləri" adlanır və batini mənada bu rəmz - "Allah beytinin ölümsüz Azəri mələkləri", yəni əzraillər fikrini ifadə edir. Şah İsmailin 14 ilə 14 ölkə fəth etməsi də onun - qədim Misir mənbələrinə görə axirətdə 14 hissəyə parçalanıb öldürülmüş Osiris (Azər) Allahını yenidən diriltməsi mənasındadır (məqalə: "Şah İsmayıl Xətai və onun "adamyeyən" Osiris Allahları", sayt:
https://firudin.blogspot.com/2022/08/sah-ismayl-xtai-v-onun-adamyeyn-osiris.html?m=1). Mənbələrdə bu dirilmə Şirvan vilayəti və onun Gülüstan qalası ilə əlaqələndirilir ki, Şirvan rəmzi sufizmdə Aşur-Van mənasında göydəki Azər-Alban eli deməkdir. Gülüstan rəmzi isə bu məntiqdə göydəki Azər-Alban elinin yerdəki qapısı olan Gel şəhəri mənasındadır. Yazılara görə, Gülüstan, yəni Gel şəhərinin fəthi zamanı Şah İsmail əmirləri çağırıb onlardan: "Sizə Gülüstan qalası lazımdır, ya Azərbaycan taxtı?" deyə soruşmuşdur. Buradakı "Azərbaycan taxtı" rəmzi altında firon Amonun göydə yaratdığı Osiris Allahının taxtı nəzərdə tutulur ki, qədim Misir mətnlərinə görə axirətdə bu taxtda oturan pir yerdəki dünyanın da sahibi olacaqdır. Məhz buna görə, mənbələrdə Şah İsmailin taxt-taca çıxması onun - "zülm və əsarəti dünyada aradan qaldırması və ədalət və ehsan qapılarını onun sakinlərinə və həmvətənlərinin üzünə açması" kimi təsvir olunur.
Bütün bunlar o deməkdir ki, "Azərbaycan taxtı" ifadəsi - qədim Misir mənbələrindəki Osiris Allahının göydəki taxtı mənasındadır. Şah İsmail Xətai də bu taxtı, onun sahibi olan - əvvəldə gələn Ra-Amon Allahından təhvil alacaq, axirətdə gələcək Mehdinin obrazıdır.
Tövrata görə, İsmail hələ doğulmamışdan Allah onun adını anası Həcərə demişdir. Kitabda o, hamıya qarşı, hamının da ona qarşı olacaq "Pir Adam" adlanır ki, sufi məntiqində bu rəmz - qədim Misirin Gel şəhərində yaradılmış kosmik ölçülü Atum və ya Osiris Allahı mənasındadır. Başqa sözlə, Şah İsmail Xətai - əvvəldə gəlmiş Rəhman Allahın taxtını axirətdə təhvil alacaq və insanları mühakimə edəcək Allahın obrazıdır.
Nəticə olaraq onu qeyd etmək istəyirəm ki, 5500 il əvvəl yaranmış Rəhman Allah, Osiris-Azər Allahının - Azərbaycan taxtında göyləri fəth etmiş, ərşə sahib olmuşdur. Bir də axirətdə gələcək Onun varisi yenidən ərşi fəth edərək Azərbaycan taxtında oturacaq. Mənbələrə görə bu hadisə də Xelat Atabəglər Ailəsinin yurdunda baş verəcək və buradan qalxan İlahi Azər odu göydə yeni Azəri şahlığı, yəni ikinci cənnət yaradacaqdır.
Firudin Gilar Bəg
Sufi-batin alimi
14.08.2024