TÜRKLƏRİN İLK DİNİ GÖY TANRI DİNİDİR !

17-08-2024, 08:14           
TÜRKLƏRİN İLK DİNİ GÖY TANRI DİNİDİR !
.Qədim Türklərdə “Tanrı “ sözü “Tenqri” şəklində söylənmişdir.
Qədim Türkcədə “Göy” (“Səma) sözü “Ulu,Uca,Böyük,Müqəddəs” deməkdir.Buna bağlı olaraq da “Göy Tanrı” deyimi “Ulu Tanrı,Uca Tanrı” anlamına gəlir.
Ən azı 4 min illik tarixi olan “Tanrı “ sözü,demək olar ki,bütün Türklərdə ortaq inanc termini kimi işlənmiş və buğun də işlənməkdədir.
Göy Tanrı qədim Türklərdə tək yaradıcı,tək böyük mənəvi qüvvət, bütün varlıqlara həyat bəxş edən, öz iradəsinə görə hökm edən , insanlara yardım edən, onlara yol göstərən , bilgi verən, onları cəzalandıran,doğru və yalanı bilən Əbədi Ulu bir Varlıqdır.
Qədim Türklərin bu mükəmməl Göy Tanrı dininin nə yazılı bir kitabı və nə də ibadət qaydaları haqqında bu gün əlimizdə tutarlı bir mənbə olmasa da qədim Türk yazılı abidələrində Göy Tanrı hətta “Türk Tanrısı” kimi qeyd edilmiş, Türklər özlərini də ilahiləşdirərək “Göy Türklər” adlandırmışlar. Türklər sonradan qəbul etdikləri dinlərdə də “Allah”ı ifadə etmək üçün “Tanrı” sözünü işlətmiş və bu gün də işlətməkdədirlər. Qədim Şumerlərdə də “Tanrı” sözü “Tinqir” (qədim Türkcədə “Tanqrı ”) kimi işlədilmişdir.
Buddizmi bütün Qərbi Göy Türk Xaqanlığında da yaymağa çalışan və bununla Göy Türkləri də Çinliləşdirməyə səy göstərən Çinlilər ağır məğlubiyyətə düçar olmuş və Bilgə Xaqanın vəziri və qaynatası Tonyukukun səyi nəticəsində Çin Buddizmi İkinci Göy Türk Xaqanlığı tərəfindən tamamilə rədd edilmiş, ölkədə Göy Tanrı dini yenə də hakim mövqedə qalmışdı.
Göy Türk dininə məxsus ən dəyərli maddi və mənəvi mədəniyyət nümunəsi Qədim Türk əlifbası və bu əlifba ilə yazılan Göy Türk yazılı abidələridir.
Qədim Türk kitabələrində zikr edilən “Türk Tanrısı” Türklərə xaqan olmaq, onlara savaşlarda zəfər qazanmaq, “Xaqanlıq” yaratmaq, Türk xalqına istiqlal bəxş etmək kimi vəsfləri özündə cəmləşdirən ulu bir Varlıqdır. Qədim Türklər kutsal saydıqları Günəşə,Aya, bəzi Ulduzlara, oda, suya, torpağa,bəzi dağlara, ormanlara,çaylara,göllərə sayğı göstərsələr də Babillər kimi Günəşi, Ayı, Ulduzları təmsil edən Şamaşa, Misirlilər kimi Amona, Hindlilər kimi Varunoya, Perslər kimi Ahura Mazdaya, Romalılar kimi Mitharaya və s.deyil,yerin, göyün,hər şeyin yaradıcısı saydıqları tək Göy Tanrıya inanmışlar.
Bütün bunları qədim Türklərin işlətdiyi “Tanqrı” (Şumerlərdə “Dinqir”) kəliməsi də təsdiq edir.Göy Türklər dövrünün məşhur Bizans tarixçisi Simokattes Göy Türklərin torpağa,suya,çaya,dağa, meşəyə və bu kimi təbii varlıqlara sayğı göstərdiklərini,ancaq yalnız Yerin, Göyün yaradıcısı saydıqları Tək Tanrıya inandıqlarını qeyd etmişdir. . İlkin Xəzər İmperatorluğunun Xaqanı Xristianların Tək Tanrını üçləşdirmələrinə (“Təslis”ə = Ata Allah,Oğul Allah və Müqəddəs Ruha) inanmalarına qarşı özlərinin tək bir Tanrıya inandıqlarını bəyan etmişdi. . Çox təəssüflər olsun ki, qədim Türklərin bu mükəmməl Göy Tanrı dininin nə yazılı bir kitabı, nə tapınaqları, nə din adamları, nə də ibadət qaydaları haqqında bu gün əlimizdə tutarlı bir mənbə yoxdur. Bu səbəbdəndir ki, Göy Tanrı dini sonrakı təkallahlı dinlərin yaradılmasında ilkin başlanğıc rolu oynasa da öz adı ilə ümumbəşəri İlahi dinlər siyahısına daxil edilməmişdir. .
Göy Tanrı dininin əlimizdə müqəddəs Kitabı olmasa da bizcə bu dinin ən mükəmməl “Kitabı” Türk millətinin Özüdür . Türk milləti bu müqəddəs dinin özəlliklərini min illər boyu qəlbində daşıyaraq nəsildən-nəslə ötürmüş , sonrakı Türk dinlərinin-Azərdüştlüyün, Buddizmin,Mani dininin (Manixeizmin ) ,Məzdəkizmin və Babəkizmin ideya qaynağına çevirmişdir .
Türk milləti içərisində buğun belə geniş şəkildə işlədilən“O Göydəki Allah haqqı“ andı bunu bir daha sübut edir .
Qədim Türklər inandıqları Göy Tanrını belə vəsf etmişlər :
---Tanrı təkdir.Tayı və bənzəri yoxdur.O,yalnız Ö zünə bənzəyir (Tenqri-teq-Tenqri);
---Yaradıcıdır:Bilinən və bilinməyən hər şeyi O yaratmışdır;
---Buyurur:İradəsinə uymayanları,tabe olmayanları cəzalandırır;
----Savaşlarda yalnız Tanrının iradəsi ilə zəfər qazanılır;
----İnsanlara səadət (kut) və qismət (ülüq) bağışlar,lakin bunlara layiq olmayanlardan geri alar;
---Canlı varlıqlara həyat bəxş edər;
---Varlıqlara həyat verdiyi kimi,diləyəndə də onu geri alar;
---Ölüm,Onun iradəsinə bağlıdır. .
Göy Türk abidələrinə görə,Tanrı Kainatın ilk Səbəbi,yəni Yaradıcısıdır.Türklərin bir Xaqanlıq qurması yalnız Onun istəyi ilə olmuş,Türk millətinə Xaqanını O vermiş,yəni Tanrı Türk millətinin həyatı ilə yaxından ilgilənmişdir.Bu abidələrdə göstərildiyinə görə,Göy Türk Xaqanıvə Bəyləri Türk ulusuna yapdıqlarıyardım və yaxşılıqlardan dolayı Göy Tanrıya səmimi qəlbdən öz şükranlarını sunmuş,minnətdarlıqlarını bildirmişlər.
Bu Kitabələrdə qeyd edilmişdir ki,Xaqanları taxta çıxaran,Türklərə zəfərlər qazandıran ,onları fəlakətlərdən qoruyan Göy Tanrıdır. . Bilgə Xaqan adidəsində göstərilir ki :”Tanrının iradəsi ilə Xaqan oldum...Türk millətinin adı-sanı yox olmasın deyə Tanrı atam Xaqanı,anam Xatunu yüksəltmişdir...Tanrı güc verdiyi üçün atamın ordusu qurd kimi,düşmənləri də qoyun kimiymiş...Tanrı yardım etdiyi üçün atam Xaqan dövlətləri dövlətsiz ,xaqanlıları Xaqansız qoymuş,düşmənləri yola gətirmiş,onları diz çökdürmüş,baş əydirmişdi”(Bax:Bilgə Xaqan abidəsi,Doğu üzü,sətir:101,102 )
Qədim Türklərdə təkcə Xaqanın deyil,dövlətin və xalqın yüksəlişi və düşüşü,hakimiyyət dəyişikliyi də Göy Tanrının himayəsi və cəzasının bir nəticəsi olaraq görünməkdədir.Orxon abidələrində açıq şəkildə göstərilir ki,Göy Türklərin Çin əsarətindən qurtularaq müstəqil bir dövlət qurmaları Göy Tanrının iradəsi ilə gerçəkləşdiyi kimi,Birinci Göy Türk Xaqanlığının yıxılması da Göy Tanrının Türklərə bəxş etdiyi Xaqanı xalqın onu tərk etməsi olmuşdur.
. Qədim Türklərin Göy Tanrı dininə görə,Xaqanların anadan olmalarının bəzi “İnsanüstü” keyfiyyətləri var idi.Xaqanların dünyaya gəlməsi ya böyük bir dövlət qurmağın işarəsi olaraq görülmüş,ya da bunun bəzən böyük bir qisasın alınması məqsədi ilə gerçəkləşdiyi qəbul edilmişdi.Belə insanların dünyaya gəlişi bir “Tanrı Vergisi” olaraq dəyərləndirilmişdi.Bir çox qədim Türk dastanlarında Göy Tanrının Xaqanlara bağışladığı üstün vəsflərdən bəhs edilmişdi Belə ki,bir Uyğur Dastanında göstərildiyinə görə,Oğuz Xaqan anasının döşündən bir damcı süd əmdikdən sonra danışmağa başlamış, yemək,çiy ət və şərab istəmiş,tezliklə böyümüşdür.
Başqa bir Dastana görə,Ağ Kükül adlı bir qəhrəman anadan olan kimi yemək istəmiş,bir gün sonra bir yaşına, 7 gün sonra 7 yaşında bir uşaq olmuş,bundan sonra ata minərək silah işlətməyə başlamışdı.Anadan olan Qara Kükülün anası da oğluna 10 qoyun ilə 3 dana əti bişirmiş,Qara Kükül bunların hamısını yemiş,sümüklərini də burnundan bayıda atmışdır. Qəhrəmanların tez böyüməsinə demək olar ki,bütün Türk dastanlarında rast gəlinir.
Qədim Türklərdə Xaqanların anadan olmalarından sonra Göy Tanrıdan özləri üçün bir ad istəmələri də onların doğuşdan gələn üstünlüklərindən hesab edilmişdi.Məşhur “Alın Taycı Dastanı”nda Ağ Xanın oğlu Alın Taycının ad aldıqdan sonra ona Göy Tanrı tərəfindən bir at ərməğan edildiyi və bu atın səhər tezdən onun qapısnda bulunduğu göstərilmişdi. .
Qədim Türk abidələrində də qeyd edildiyi kimi Türk Xaqanları anadan olandan etibarən “müqəddəs”sayılmış,Göy Tanrıdan “kut” aldıqlarından onlar belə “insanüstü” xüsusiyyətlərlə dünyaya gəlmişlər.Xaqanlar Göy Tanrının onlara bəxş etdiyi bu müqəddəs “kut” sayəsində geniş bir hərəkət sərbəstliyinə sahib olmuşdular. Onların hərəkətli və dinamik köçəri toplumları bir arada tuta bilmək,tayfa və qəbilələri öz nüfuzları altına ala bilmək üçün məhz belə bir geniş yetkilərə sahib olmaları gərəkirdi.Xaqanlar hər şeydən öncə qədim Türk köçəri toplumun ən qüdrətli hərbi başçısı,ən yüksək hakimi rolunu da yüklənməli idilər.Onlar dövlətdə qanunun simvolu sayılırdılar.Dövlət quran və onu idarə edən hər bir Xaqan törəyə bağlı öz qanunlarını hazırlamalı və həyata keçirməli idi.
Misal üçün Birinci Göy Türk dövlətinin qurucusu Bumın Xaqan taxta oturduqdan sonra ölkəsini və Türk törəsini qaydaya salmış,sonra hakimiyyətini genişləndirərək Xaqanatlığını yaratmışdı.Həmçinin bir müddət çökmüş olan Göy Türk dövlətini yenidən müstəqilliyinə qovuşduran İltəriş Xaqan da törəsi pozulmuş Türk millətinin törəsini yenidən ata-babalarının törəsinə uyğun olaraq diriltmiş və törəyə canlılıq qazandırmışdı.
İkinci Göy Türk Xaqanı Bilgə Xaqan : “Mən taxta çıxdıqdan sonra belə mühüm Yasanı dünyanın dörd bir bucağındakı xalqa çatdırdım”-deməklə qanunun önəmini dilə gətirmişdi. Bunlardan əlavə Türk Xaqanlarının düşmən xalqlara müharibə elan etmək,onlarla sülh bağlamaq,vergi toplatmaq,yabançı ölkələrə elçilər göndərmək və onlardan gələn elçiləri qəbul etmək kimi görəv və səlahiyyətləri də var idi. . Törələr Xaqanların aldığı qərar- larla ortaya çıxdığı kimi,Qurultayda alınan qərarlar da “Törə” olaraq qəbul edilirdi.Törənin əsil ortaya çıxış şəkli ənənəvi olaraq özlüyün- dən və tədricən meydana gəlmişdiki,qədim Türklərdə buna “Yosun Hüququ” adı verilmişdi(Bu haqda geniş məlumat üçün bax:Arsal ,Sadri Maksudi,Türk Tarihi ve Hukuk,İstanbul 1947,səh.228 ). .
Törəyə bağlı qanun yaratma işlərində Xaqanla bərabər digər Boy və Oymaq Bəyləri də iştirak etmişdilər.Mətinlərdəki :”Bəylər də Ulusu da bir-birinə uyğun imişlər.Ona görə də ,ölkəni o qədər yaxşı qoruya bilmiş,ölkəni qoruyaraq yasalar tərtib etmişlər” ifadələri də bunu təsdiq edir(Bax:Cin Halil,Akgündüz Ahmet,Türk Hukuk Tarihi,cilt:1,Konya 1989 ). .
Çin mənbələrinə görə,qədim Türk Xaqanlarının qəragahındakı Tapınakda hər il başında bir törən düzənlənir və bu mərasimə Türklərin 24 boyunun Başbuğları qatılırdı.İlin 5-ci ayında isə Lunq-Çenq şəhərində toplanaraq ata-babalara,Göy Tanrıya,Günəşə,Aya və Yer-Su Ruhlarına qurbanlar kəsilirdi.Qurban törənindən sonra Qayın ağacları əkər,bu ağaclardan “Kutlu Ormanlar” yaranardı.Payızda isə Başbuğlar Orman yanında toplanıb ətrafı dolaşar, əhalinin və sürülərin sayını müəyyənləşdirərdilər.
Çin qaynaqları həmçinin Türk Xaqanının hər səhər çadırından çıxaraq Günəşə,axşamlar isə Aya baxaraq dua edərdilər. . Bütün bunlar göstərir ki,qədim Türklərdəki dövlət düzənində Xaqanın hüquq qaydalarının yaradıcısı olmağına baxmayaraq, “Törə”,Xaqan da daxil bütün dövlət yetgililərinin üstündə olmuşdu.
Məşhur Türk mütəfəkkiri Yusuf Xas Hacibin :”Dövlət silahla qurulur,ancaq Törə və Yasaya dayalı qanunla idarə edilir” –deməsi də bu gerçəyi təsdiqləməkdədir. .
Bunlarla yanaşıTürk Xaqanlarının düşmən xalqlara müharibə elan etmək,onlarla sülh bağlamaq,yabançı dövlətlərə elçilər göndərmək və onlardan elçilər qəbul etmək kimi görəv və səlahiyyətləri də var idi. .
Göründüyü kimi Oğuz Xaqandan başlayaraq bütün qədim Türk dövlətlərində Xaqanların öz səlahiyyətlərini Göy Tanrıdan aldıqlarına, Onun tərəfindən taxta çıxarıldıqlarına inanılmışdı. “Kut”un Xaqan açısından önəmi çox böyük idi.Bu “Kut”un sayəsində Xaqnların sahib olduqları üstün özəlliklər onların aldıqları titullarda da öz əksini tapmışdı.Qədim Türklərdə “Göy” sözünün eyni zamanda “Tanrı” anlamında da işləndiyi görünməkdədir.O dövrün Xaqanlarına verilən “Tenqri-Kut” ünvanı qədim Türklərdə “Tanrı Hakimiyyəti Anlayışı”nın başladığını isbat etməkdədir.Bu anlayış eyni zamanda,”Tək Tanrı” inancına doğru gedişi də göstərməkdədir. Tarixdə məşhur Hun Xaqanı Mətənin eradan əvvəl 176-cı
ildə Çin İmperatoruna yazdığı məktubunu”Göy tərəfindən taxta çıxarılmış Hunların Böyük Xaqanı” ifadəsi ilə başlaması,Mətə Xaqanın oğlunun öz vəzirinin nəsihəti ilə “Göy ilə Yer tərəfindən yaradılmış,Ay ilə Günəş tərəfindən taxta çıxarılmış Hunların Böyük Xaqanı” ünvanını işlətməsi bu fikri bir daha təsdiq- ləməkdədir. . Orxon Kitabələrində isə Xaqanın “Göyə” bənzədiyi və Onun tərəfindən hakimiyyətə gətiril- diyini anladan”Mən Türklərin Göyə bənzəyən,Göydən gəlmiş Bilgə Xaqan bu zamanda taxta çıxdım.Sözlərimi sonuna qədər dinləyin!” və “Mən Tanrı kimi Göydə yaradılmış Türk Bilgə Xaqan taxta oturdum!” sözləri ilə hakimiyyətinin Göy Tanrı ilə əlaqəsini ortaya qoymaqdadır.
Digər bir Göy Türk Xaqanı Şopolyonun Çin İmperatoru Kao-tsuya göndərdiyi bir məktubda özünü”Mən ki Göy Türk dövlətinin Göydə doğulan Xaqanı və Müqəddəs Oğlu” kimi tanıtdığı , Uyğur hökmdarlarının da bütün Türk Xaqanları kimi Hakimiyyət qüdrətlərini Tanrısal bir qaynağa bağlamaq istəmələri,bu səbəblə də özlərindən “Göy və Ay Tanrıdan kut bulmuş”-deyə söz etmələri bu fikri təsdiq etməkdədir.Uyğur Xaqanları Göydəki bir İşıqdan doğulduqlarına inanmışdılar.Onların bu inancı hakimiyyətlərinin Tanrı qaynaqlı olduğuna bir dəlil təşkil niletməkdədir.”Ay” ünvanını ilk dəfə 780-ci ildə Böğü Xaqanı öldürərək başa keçən Tun Bağa Tarxanın oğlu tərəfindən “Ay Tanrısında Kut bulmuş ünlü Bilgə Xaqan şəklində işlədilməyə başlanmışdı.

Ondan sonrakı Xaqanlarda “Ay” və “Göy” sözləri davamlı olaraq işlənilmişdi(Bu haqda geniş məlumat üçün bax:Ögel,Türk Kültürünün gelişme çağları,II cilt,İstanbul 1971 ). .
Türk Xaqanları tarixən “Kür” və ya “Gür”,”Yaşlı,Bilgə və Uca” ünvanları daşımış və özlərini “Kainatın və Təbiətin Xaqanı” saymışlarsa da özlərini Göydən və Tanrıdan uca tutmamış, özlərini insanlarla Tanrı arasında bir “Əlaqəçi” hesab etmişlər.Orxon abidələrindəki “Yuxarıda mavi Göy,aşağıda yağız Yer yaradıldığı zaman ikisi arasında insanoğlu yaradılmış,onların üzərində də Bumın Xaqan və İstəmi Xaqan taxta oturmuşlar” və”Tanrı atam Xaqanı və anam Xatunu taxta çıxarmış” ifadələri bu gerçəyi dilə gətirməkdədir.Bu ifadələr həm də hər hansı bir irq və ölkələr arasında heç bir ayırım yapmadan,heç bir fərq qoymadan sadəcə bütün Yer üzündəki topluluqların və ölkələrin Tanrı tərəfindən Türk Xaqanlarının idarəçiliyinə verildiyi inancını ortaya qoymuşdur.
Abidələrdəki”Göy Tanrı istədiyi üçün taxta oturdum və dörd tərəfdəki xalqları düzənə soxdum”, “Gündoğandan Günbatısına qədər bütün qövmlər mənə baş əyərlər” ifadələri də bu məqsədlə daş Kitabələrə həkk olunmuşdu.Abidələrdəki bu və bunun kimi ifadələrdə Yerüzü bir bütün olaraq qəbul edilməkdə,insanların da tək bir kütlədən ibarət olduğu düşünülməkdə və bunların hamısının üzərində Türk hakimiyyətini təmsil edən Türk Xaqanları bulunmaqdadır. . “Oğuz Xaqan Dastanı”na görə,Oğuz Xaqan Göydən gəlmiş və özü kimi Göydən gəlmiş bir qızla evlənmiş,taxta çıxıb Xaqanlığını elan etdikdən sonra dörd bir tərəfdə bulanan qövmlərə elçilər göndərərək”Mən artıq bütün dünyanın Xaqanıyam”-demiş və onların hamısını baş əyməyə özünə bağlılığa dəvət etmişdi.
Bu dastanda həmçinin Oğuz Xaqanın vəziri Irkıl Xocanın Ona”Ey Xaqanım! Göy Tanrı bütün dünyanı Sənə bağışlayacaq!” nüjdəsi də yer almışdır. . Qədim Türklərdə dünya hakimiyyəti məfkurəsi həmişə ön planda olmuşdur.Belə ki, Sultan Mahmud Qəznəli dövründə ondan qat-qat zəif olan Uyğur hökmdarının ona göndərdiyi məktubun başlanğıcında yer alan”Göylərin sahibi Tanrı Yerüzü ölkələrinin və bir çox qövmün hakimiyyətini bizə vermiş” ifadələri ənənəvi “Türk Dünya Hakimiyyəti” idealına bağlı qalmasının bir göstərgəsidir.Dünya Hakimiyyəti Məfkurəsi və inancı Göy Tanrının Türkləri qoruması və onları üstün qılması prinsipi ilə birləşərək Türklərdə “Millət olma” düşüncəsinin erkən oyanmasında önəmli rol oynamışdı. .
Ərəb səyyahı İbn Fədlanın anlatdığına görə,Oğuz Türkləri İslamı qəbul etdikdən sonra belə hər hansı bir çətinliyə və sevmədikləri bir vəziyyətə düşdükləri zaman başlarını yuxarı qaldırıb “Ey Allahım!”-deyirmiş kimi “Tek Tenqri”-deyirlər.Bu ənənə indi də Türklərdə qalmaqdadır.Belə ki, buğun də Türklər hər hansı bir haqsızlığa uğradıqları və dua etdikləri zaman “Yuxarıda Allah var!”,”Allah Göydən baxır!”,”O Göydəki Allah haqqı”-deyərək qarşılarındakılara etirazlarını və Allaha dua etdiklərini bildirirlər. . Qədim Türklər dua edərkən də “Tenqri Türk budununu koldasınq” (“Tanrı Türk millətini-soyunu,qövmünü-qorusun!”) –demiş,hər hansı bir işə başlarkən “Mengü Tanrının gücüylə!”-deyərək Tanrıdan yardım diləmişdilər. .
Başda Mahmud Kaşğarlı olmaqla İslam dönəminin bütün yazarları Türklərin “Allah” yerinə “Tanrı”(“Tenqri”) adını işlətdiklərini, hər hansı bir işə və sözə uğur qazandırmaq üçün ilk öncə “Ulu Tanrı”nın adı anıldıqdan sonra başladıqlarını bildirmişlər. . Qədim Türklərdə “Ruh” və “Can” anlayışları “Tin” sözü ilə ifadə olunmuşdu. ”Ölüm” Ruhun bədəni tam tərk etməsi anlamına gəlirdi.
Qədim Türklərə görə,Ruh bədəni təkcə Ölüm anında deyil, yuxuda və müxtəlif xəstəliklər zamanı da müvəqqəti olaraq tərk edir.Onlar Ölümün bir son olmadığını Ölümdən sonra bir “Axirət Həyatı”nın olacağına inanmışdılar.Onların ölərkən at və silahları ilə birlikdə gömülmələri və atlarına minərək “Uçmağa” (Cənnətə) gedəcəklərinə olan inancları bu həqiqəti göstərməkdədir.Ona görə də qədim Türklər atın “Səmavi” bir qaynaqdan gəldiyinə və kutsal olduğuna inanmışdılar.Bu vəziyyət təbii olaraq onların miras hüquqlarına da təsir göstərmişdi.
Qədim Türklərdə öldükdən sonrakı həyatla bağlı olaraq bu dünyada yaxşı və xeyirxah işlər yapanların Ruhlarının Göyə çıxacağı,şər və pis işlər görənlərin isə Yer altına gedəcəkləri düşüncəsi hakim olmuş və Yer altındakı yerə “Tamu” və ya “Tamuğ”(Cəhənnəm) adı verilmişdi.Buradan da görünür ki,qədim Türklərdə dünyada görüləcək işlərlə əlaqədar olaraq Axirətdə hesab veriləcəyi inancı doğmuşdur.(Seçmələr bizimdir-A.Q.Bax:Güngör Harun,Türklərin Dini Tarihi,Ankara 1997,səh.70-71) .
Göründüyü kimi Tək Tanrı inancına sahib olan qədim Türklər ölümdən sonra xeyirxah, yaxşı insanların gedəcəyi yeri “Cənnət” anlamında “Uçmaq” sözünü işlətmiş,”Uçmağ”ın yaşıllıqlarla və nemətlərlə dolu olduğuna və xeyirxah yaxşı insanların gedəcəyi gözəl bir Dünya olduğuna inanmışdılar:
“Tutulmadı Yunus canı,
Keçdi,Tamudan,Uçmaqdan.
Yola düşüb Dosta gedər,
Ol əslinə uyakmağa” ( Yunus Əmrə )
Qədim Türklər “Cəhənnəm”ə isə “Tamu” (və ya “Tamuğ”)-demiş və suçluların öldükdən sonra cəzalandırılması üçün getdikləri yerin “Tamu” (“Cəhənnəm”) olduğuna inanmışdılar.Bütün bunlar göstərir ki,qədim Türklərdə “Axirət Dünyası” anlayışı olmuşsa da onlar ölən insana “öldü” deməmiş,”Tanrıya uçdu”- deyərək ölümdən sonrakı həyatı “Yaradana qovuşmaq” kimi anlamışlar.Bu vəziyyət “Özünə dönüş”ü ifadə edən “ Oz” damğası ilə də simvollaşdırılmışdır.
. Xaqanların və məşhur şəxslərin dəfn mərasimlərində xüsusi hazırlıqların görülməsi və möhtəşəm məzar abidələrinin inşasıüçün bir müddət gözlənilərdi.Bu müddətdə ölənin cəsədinin qorunması üçün mumyalanma işlərinin görülməsi də gərəkirdi.Göy Türk Xaqanı Bilgə Xaqanın qardaşı Kültəkinin və vəzir Tonyukukun cənazələrinin dəfn mərasimlərinə qədər qorunması üçün mumyalanmışdılar.Bu adət Səlcuqlu Türklərində də davam etdirilmişdi.
Qədim Türklərin ənənəvi dinlərində hökmdarların və məşhur şəxsiyyətlərin məzar yerlərinin seçilməsi də mühüm rol oynamışdı. Məşhur Ərəb səyyahı İbn Fadlan Xəzər Türklərində,Əbu Reyhan Biruni də Oğuzlarda ölünü çay yatağında basdırma adətinin olduğunu qeyd etmişlər.Bu məqsədlə dəfn mərasimindən öncə çayın məcrası dəyişdirilir, dəfndən sonra isə çayın suyu əvvəlki yatağına qaytarılır,beləliklə də Xaqanın və ya məşhur şəxsin məzarı gizli qalırdı.Məşhur Qərbi Hun İmperatoru Atillanın bu üsulla Tuna(Dunay) çayı yatağına dəfn edildiyi rəvayət edilməkdədir.
Qədim Türklərdə Hökmdarlar və ünlü şəxslər üçün xüsusi türbələr yapılar və bu türbələrin iç divarlarına ölənin həyatda ikən iştirak etdiyi savaşlara aid səhnələr rəsm edilər, məzarın ətrafına düşmənləri əks etdirən balballar dikilərdi.Böyük dövlət adamlarının məzarlarının gizli qalması üçün əsasən yüksək təpələr və dağlar seçilirdi.Tarixdə məşhur Çingiz Xanın və Kubilay Xanın məzarları bu şəkildə gizli saxlanılmışdır.
Bir Xəzər Xaqanı da Musəvi dininə inanmağına baxmayaraq bu Türk qaydasında dəfn olunmuş,ona yonma daşdan bəzəkli,üstündə işıq yanan bir məzar hazırlanmışdı. Bu məzar abidədə 24 otaq və hər bir otaqda bir məzar yapılaraq Xaqanın məzarı gizlədilmişdi.
XI əsrdə yaşamış Abbasi Xəlifəsinin məşhur elçisi İbn Fadlana görə,Oğuzların dəfn mərasimləri də Göy Türklərdəki kimi idi.Onlar da məzar üzərinə kurqan yapar,ətrafına balballar dikər,yoq-aş törəni yapıb ölülərə ehsan verirdilər. Böyük Xaqanların və önəmli şəxsiyyətlərin dəfn mərasimlərində xeyli adam iştirak edər,bu dəfnə yabançı dövlətlərdən də xüsusi heyətlər qatılardı.
Tək Tanrı inancına sahib olan qədim Türklər İslamiyyətdən öncə də Ərəb və digər xalqlar kimi bütə tapmamış,sapqınlığa düşməmiş, İslamdan öncə də gözəl əxlaqlı bir həyat yaşamışlar.
Qədim Türkcədə Yeri,Göyü,Kainatı,bütün canlı və cansız varlıqları yoxdan “var” edən Allahın yerinə işlədilən“Göy Tanrı”sözü məhz xüsusi isim kimi işlədilmişdi.İstər“Göy Türk kitabələri”ndə, istərsə də digər qədim Türk mətinlərində “tanrılar”-deyə çoxluq bildirən bir söz işlədilməmişdir.
Halbuki digər Təkallahlı dinlərdən sayılan İudizm və Xristianlığın müqəddəs Kitablarında Allahın 300,İslamın müqəddəs Kitabı “Quran “da 99 adı çəkilir. . Türklər İslamı qəbul etdikdən sonra “Tanrı” ilə yanaşı “Çələb,Allah,İlahi,Rəbb,Xüda,Mövla” və s. kimi adları da işlətməyə başlamışdılar.Bu sözlərdən “Tanrı və Çələb” Türkcə,” Allah,İlahi və Rəbb” Ərəbcə,”Xüda və Mövla” da Farsca sözlərdir.Bu sözlərin hamısı “Yaradıcı”nı qarşıladığı üçün Türklər bunların işlədilməsində bir qüsur görməmişlər.
Çox qəribədir ki,XXI əsrdə bir çox İslam din alimləri “Allah” sözü yerinə “Tanrı” sözünü işlədənlərə qarşı “Cihad” elan edərək omlara qarşı hücuma keçmişlər.Halbuki hələ orta əsrlərdə başda Cəlaləddin Rumi və Yunus Əmrə olmaqla bir çox şair,övliya və alimlər öz əsərlərində dönə- dönə “Tanrı” sözünü işlətmiş və heç bir vaxt,heç bir kimsə tərəfindən narazılıqla qarşılanmamışlar.Bu azman şəxsiyyətlərin “Tanrı “ sözünü işlətməkdə bir sakınca görmədikləri halda buğun “Allah” sözü yerinə “Tanrı” sözünü işlətməkdə nə qəbahət ola bilər? “Tanrı” sözünü işlətməyin “günah” olduğunu düşünmək ağla sığa bilərmi? . “Allah” sözü yerinə “Tanrı” sözünün işlədilməsinin “günah” olduğunu söyləyən bəzi cahil din adamları bilməlidirlər ki,Allahın 99 adında “Tanrı” sözü yoxdursa,bu,o demək deyil ki,Tanrı sözünü işlətmək “günah”dır.
Maraqlıdır,nədən Allahın 99 adında olmayan Farsların “Xüda,Mövla, Yəzdan” sözlərinin işlədilməsində heç bir “günah” axtarmayanlar Türklərin “Tanrı” sözünə belə qısqanclıqla,hətta qəddarcasına yanaşırlar ? Bunun bircə adı var: “Türk düşmənçiliyi ! “.
Göy Tanrı dininə aid hələlik kutsal bir Kitab əldə edilmədiyindən Türklərin bu qədim dini ilə bağlı ilk yazılı mənbə kimi Orxon-Yenisey abidələrini,qədim Oğuznamələri və Dədə Qorqud dastanlarını qəbul etmək olar.Çünkü bu abidələrdə Göy Tanrı inancı ilə bağlı bir çox suallara cavab tapmaq mümkündür.Belə ki,Göy Türk Xaqanlığına aid Orxon abidələrində Göy Tanrı dini ilə bağlı bir yazıda göstərilir ki: “Tanrı öncə Göyü,sonra Yeri yaratdı.İkisinin arasına da İnsanı qoydu”(Bax: Kültəkin abidəsi,doğu üzü).
”Bütün zamanların sahibi Tanrıdır.İnsanoğlu ölmək üçün yaradılmışdır” (Bax:Kültəkin abidəsi,quzey üzü).
”Tanrı buyurduğu üçün Xaqan oldum”(Bax:Kültəkin abidəsi, güney üzü) və s.

İkinci Göy Türk Xaqanlığının miras qoyub getdiyi yazılı abidələrdə Tək Tanrılı bir din olduğu kəsinlik qazanan “Tenqriçilik” və ya “ Göy Tanrı inancı”nı təsdiqləyən onlarla fakt mövcuddur. Bilgə Xaqan abidəsindəki “Gök Tenqri yaratmış”,”Tenqri təq Tenqri yaratmış Türk Bilgə Kağan” kimi ifadələr göstərir ki,Göy Tanrı Göy Türk mədəniyyətində ən böyük rol oynamış və hətta o dövrdə ən parlaq dövrlərindən birini yaşamışdır.Göy Türk Xaqanları xalqı tərəfindən Tanrının seçdiyi “Elçi”olaraq qəbul edilmişdi.
Göy Türklərdə xalqın bütünlüyünü qorumaq üçün Tanrıçılığa böyük önəm verilmişdi. Çünkü Şərqi Hun İmperatorluğunun çöküşündən sonra hökmdar oğullarının Çinlilər tərəfindən bir-biri ilə düşmənçilik etdiyi üçün Türk ulusu böyük sorunlar yaşamış İmperatorluğun güneydə qalan hissə-sindəki Türklər Çinlilərin qızlarına,dadlı sözlərinə və ipəyinə aldanaraq onlarla evlənmələrindən dolayı bu dövrdə və ondan sonrakı dönəmlərdə Tabqaç Türkləri kimi bir çox Türk topluluğu Göy Tanrı dinindən uzaqlaşaraq Çin Buddizminin təsiri ilə Çinlilər arasında əriyərək Çinliləşmişdilər.
Göy Türk hökmdarı Bilgə Xaqan ata-babalarının yapdığı bu xətaları öz daş yazılarında Çinlilərdən gələn təhlükələri bir-bir qeyd etmiş və öz xalqını ikiüzlü Çinin dadlı sözlərinə,ipəyinə və qızlarına aldanmamağa səsləmişdi.
Bir Göy Türk abidəsində Göy Tanrı inancı (Tenqriçilik) ilə bağlı göstərilir ki :”Ey Türk milləti ! Üstdə (Tanrının) Göyü çökməzsə,altda (Tanrının) Yeri dəlinməzsə, Sənin elini,Sənin törəni kim poza bilər?!”.
Göy Tanrı kultunun ən qədim nümunələri 3 min illik Çin qaynaqlarında “Hiunq-nu” və “Tue- kue”kimi Türkləri anladan mənbələrdə bulunmuşdur. . Göy Tanrı dininə görə,insanlar Təbiətə,ata-baba Ruhlarına və insanlara sayğılı yanaşmalı,bəlli qaydalara əməl edərək həyatlarını dəngəli tutmalıdırlar.Əgər bu dəngə pis ruhların saldırısı və ya bir fəlakətdən dolayı pozularsa,Tanrıya verilən bir vəd və pis işlərdən çəkinərək yenidən yaxşı işlər görməyin gərəkliliyinə inanılırdı.
Göy Tanrını qədim Türklər heç bir zaman maddiləşdirməmiş,Onu bütləşdirib tapınmamış, Onun şəklini soruşanlara :”Sonsuz Göyün maviliyi kimidir !”-deyə cavablamışlar.
Göy Tanrı dini Təbiətdəki bütün varlıqların özünəməxsus canı olduğuna və bəzilərinin kutsallığına inanan Tək Tanrılı və Ruhani bir dindir.Bu dini dünyagörüşə görə,Göyün Ali Ruhu Tanrıdır.
Qədim Türklərə görə,insanlar özlərini Göy Tanrının,Ana Torpağın,insanları qoruyan ata- baba Ruhlarının arasında təhlükəsiz hiss edib onlara və digər Təbiət cisimlərinə dua etsələr də bu cisimləri əsla Tanrı qəbul etməməli,yalnız Tək Tanrıya inanmalıdırlar.
Göy Tanrı inancına görə,Göyün 7 qatı vardır.Göyün 6-cı qatında Ay,7-ci qatında isə Günəş yerləşir.Günəş və Ay müqəddəs sayılır. İkinci Böyük Turan Xaqanlığının hökmdarı Oğuz Xaqanın: “Göy çadırımız, Günəş bayrağımızdır” (“Gök kurkan,Kün tuğ bolqıl”)-deyimi də bunu təsdiq edir.
Qədim Türklər öz Xaqanlarının qanlarının Tanrı tərəfindən kutlandırılmış olmasına inanırdılar.Onlara görə,bu hökmdarlar Tanrıdan “kut” alaraq taxta çıxmış və Tanrının buyruğu olaraq orduları idarə etmişdilər.Qüdrətli Xaqanların Tanrıdan “kut” aldıqlarından dolayı onların adlarının önünə “Tenqrikut” və ya “Kutluğ” kimi titullar əlavə edilmişdi.
Qədim Türklərə görə,Günəş,Ay,Od və Su insanlara həyat nemətləri bəxş edən Tanrının qüdrətinin simvollar idi.Onlar belə düşünürdülər ki,”İşıq” sözü Tanrıya duyulan sevgidən törəmişdir. Onlar Tanrıya yalvarıb Ona dua edərək “Buyan” adlı enerjini əldə edə biləcəklərinə inanırdılar.
Qədim Türklərdə gecə ilə gündüzün bərabərləşdiyi 21 Mart və ilin ən uzun günü 21 Sentyabr ən önəmli Bayramlar sayılardı. Türklərin buğun belə davam edən “İlin axır çərşənbəsi”ndə od qalamaq və od üstündən atılaraq arınmaları və “Dəmir döymə” mərasimləri Göy Tanrı inancından qalma adət-ənənələrdəndir.
Türklərin qədim Göy Tanrı (Tenqriçilik) inancına görə,gerçək Aləmlə yanaşı bir “Göy Aləmi”, bir də “Yeraltı Aləm” vardır.Bu Aləmlərin arasındakı tək bağlantı Dünyanın mərkəzində duran “Dünyalar Ağacı”dır.Bu “Ağac”a “Həyat Ağacı” da deyilir.Göy Tanrı inancına görə,bu hər iki Aləmin özlərinə məxsus 7 qatı vardır.Bu Aləmlərin hər qatında Yer üzündəki kimi həyat sürən varlıqlar vardır.Onların da Yer üzündəki insanlar kimi sayğı göstərdikləri dəyərləri və “Kamları” vardır.Bu varlıqlar bəzən Yer üzünü ziyarət edər,lakin insanlara görünməzlər.Göy Tanrı inancına görə,Dünya sadəcə üç ölçülü bir dayanacaq deyil,eyni zamanda,sonsuz ölçüdə, sonsuzluq içində durmadan dönən bir dairədir.Hər şey bu
çənbərin içinə bağlıdır və bu dairə durmadan qocalır və yenilənir.
Dünyanın üç ölçüsü Günəşin hərəkəti,durmadan hərəkət halında olan fəsillər və bütün yaranmışların ölümdən sonra təkrar doğulan Ruhlarından yaranır.
Dünyanın Mərkəzində duran “ Dünyalar Ağacı”nın ,
bugün belə dünyanın mərkəzində durduğu güman edilən “Həyat Ağac”nın simvolu Çuvaş Türklərinin Bayrağında öz əksini tapmışdır.
Çuvaşstan bayrağında təsvir edilən “ Həyat Ağacı”nın rəsmi də bunu təsdiq edir.
Göy Tanrı dininə (Tenqriçiliyə) görə,insan Ruhlarının “Özüt”, ”Süldə”,”Kut” və ”İduk” adlı növləri vardır.”Özüt Ruhu” nəfəs almağı və bədən temperaturunu qoruyur.Mahmud Kaşğarlı “Özüt Ruhu”nu “Nəfs Ruhu” adlandırmışdı.
“Süldə Ruhu” İnsana insanlığını verən “Mənlik Ruhu”dur.Digər Ruhlar insan bədənini tərk edərsə,sadəcə bayqınlığa,mənliyini itirməyə və koma vəziyyətinə düşməyə yol açdığı halda “Süldə Ruhu” bədəni tərk etdikdə insan ölür.
“Kut Ruhu” Tanrının yalnız hökmdarlara bəxş etdiyi güclü bir Ruhdur.Tanrı bu Ruhhu bir Xaqana uyğun gördüyü zaman verir və uyğun gördüyü zaman da geri alır.
“İduk Ruhhu” Yer sularının və bəzi digər dişi cinsli müqəddəs varlıqların adına qoşulan bir yardımçı sözdür.
Qədim Türklərin yayıldığı bölgələrdə yaşayan Türk qövmlərində müxtəlif söyləntilərdə və bu söyləntilərdə fərqli Ruhi ünsürlər yer almışdır ki,bunlar əsasən aşağıdakılardır:
---Qara Xan : Bu Ruhi ünsür Göyün ən yüksək qatında,altun bir sarayda,altun bir taxtda oturur.
---Ayqız və ya Ayzıt : Bu Ruhi ünsür Göyün 3-cü qatında oturur.Qamlar öz dualarında onun müdhiş gözəlliyini mədh edərdilər.
---Gün Ana : Bu Günəş Ruhu Günəş ilə birlikdə Göyün 7-ci,yəni ən yüksək qatında oturur.
---Ay Ata və ya Ay Dədə : Bu Ay Ruhu Ay ilə birlikdə Göyün 6-cı qatında oturur.
---Alas Batır : Bu Ruh ev heyvanlarının qoruyucusudur.
---Su Yiyəsi : Bu Ruh suda yaşayan gözəl Pəri qızlardır.Onların özlərini ilana və quşa çevirə bilmə qabiliyyətləri vardır.
---Satılay : Bu pislik Ruhu insanların düzənini pozar,onları yoldan çıxarar,dəli edər,çarəsiz insanları intihar etməyə sövq edər ( İslam dinindəki vəsvəsə verən “Hanzər” adlı Şeytan ).
---Arah,Toyer,Tarila,Sabıray : Bu Ruhlar insanların Ruhları haqqında qəralar verən Ruhlardır (İslam dinindəki “Sorğu Mələkləri ).
---Çölpön Ata : Bu Ruh qoyunların qoruyucusudur.
---Qənbər Ata : Bu Ruh atların qoruyucusudur.
---Od Ana : Bu Ruh odun və ocağın qoruyucusudur.
---Ərdənay : Bu Ruh Göy Tanrının insanlara bildirmək istədiyi qərarları onlara çatdıran xəbərçi Ruhdur ( İslam dinindəki Mələk Cəbrail ).
Göy Tanrı inancına görə,Kainat Ruhlarla doludur.Bu Ruhlar bulunduqları yerlərə və xüsusiyyət- lərinə görə müxtəlif növlərə bölünürlər.Bunların adları Türklərin fərqli ləhcə və dialektlərinə görə dəyişə bilsələr də bunlar xüsusi olaraq Tanrı tərəfindən görəvləndirilən müqəddəs xüsusiyyətə malik Ruhlar sayılırlar.Bu Ruhlar “Kuk” və “Təbiət” Ruhları olaraq iki böyük qrupa bölünürlər. Göy Tanrı inancında (Tenqriçilikdə) bəzi Təbiət Ruhları aşağıdakılardır :
----Yer-Su Ruhu : Bu Ruh bir dağın,qayanın,çayın,gölün,ağacın, kəndin,binanın,hətta bir Ölkənin Ruhu ola bilər.
----Çor Ruhu : Bu Ruh həyat dəngəsini pozan,bədəni və ruhi xəstəliklər gətirən pis Ruhdur.
----Ozor Ruhları : Bu Ruhhlar Totem və Burhan Ruhları olub,əsasən yaxşı Ruhlar sayılır.
----Körmöz Ruhları : Bu Ruhlar ölmüş Qamların (Kamların) Ruhlarıdır.Bu Ruhlar yeni ölən insanların Ruhlarına yol göstərərək onları getmələri gərəkən yerlərə aparırlar.
----Burhan Ruhu : Bu Ruhlar çox güclü olduğundan Qamlar onlara təsir edə bilmirlər.Göy Tanrı inancına görə,Burhan Ruhu bir insanı xəstə etdirsə,o xəstəni sadəcə olaraq rahat buraxmaq lazımdır. . Tenqriçi Altay Türklərinə məxsus bəzi güclü Ruhlar bunlardır :
----Altay Xan : Bu Ruh Altay dağlarının güclü Ruhu sayılır.
----Buncuk Toyun : Bu Ruh Buzul Toyunla birlikdə Göy Aləminin ən yüksək qatına gedən yolun keşiyini çəkən Ruhdur.
----Dəmir Xan və Talay Xan : Bu Ruhlar Altay Türklərində güclü dağ Ruhları sayılır.
----Okto Xan : Bu Ruh Altay Türklərində Yer-Su kateqoriyasından güclü bir dağ Ruhu sayılır. . Göy Tanrı inancına görə,Tenqriçi bir insanın Təbiətə qarşı böyük sayğısı olmalıdır.Çünkü Təbiət Ruhlarla doludur.Tenqriçilərə görə,böyük və hündür bir dağın,yaraşıqlı yaşlı bir ağacın,bir gölün müəyyən bir Ruhu və bir mənliyi vardır.
Tenqriçilərə görə,insanlar Təbiətdən sadəcə onlara lazım olduğu qədər yaralanmalıdırlar.Əgər israfçılıq edilərsə, Tanrını öfkələndirər və Tanrı Yer sularını azaldar,insanlar Susuzluqdan məhv olarlar.
Qədim Türklərin Göy Tanrı inancında ulaşılması çox çətin olan hündür Dağlar “Müqəddəs” sayılır və Tanrıya ibadət yerləri olaraq qəbul edilirdi.Ona görə də qədim Türk qövmləri Tanrıya dua etmək üçün yaşadıqları bölgənin ən uca dağına çıxar,diz çökərək iki əlini Göyə qaldıraraq və ya diz çöküb sağ əlini sol köksünün üzərinə qoyaraq sayğılı və səmimi şəkildə dua edərlərdi.Türklərin “Müqəddəs” saydıqları əsas dağlar bunlardır :
-----Tanrı Dağları (Uyğur Türkcəsində :Tenqri Tav )
---Doğu Türküstanda bulanan böyük dağ silsiləsidir.Tanrının Türklərə “Türk” adını burada verdiyinə inanılır.Bu Dağ silsiləsi“Tyan-Şan” dağları kimi də tanınır.
---Xan Tenqri Dağı : Qazağıstandadır.I
-----Savalan Dağı : Güney Azərbaycandadır.Azər Peyğəmbərin burada dünyaya gəldiyi söylənilir.
----Gəmiqaya Dağı : Azərbaycanın Ordubad bölgəsindədir.Nuh Peyğəmbərin Gəmisinin burada dayandığı söylənilir.
-----Şah Dağ : Quzey Azərbaycanın Quba-Qusar bölgəsindədir.
-----Əshabi-Kəf Dağı :Azərbaycanın Naxçıvan bölgəsindədir.Qurani-Kərimdə adı çəkilən bu mağaralı dağ indi də ziyarətgahdır.
Ümumiyyətlə,qədim Türklərdə belə müqəddəs dağlar “Mifik Hami”sayılmışdı.Türk ozanları, aşıqları və şairləri dağlara yüzlərlə şeir həsr etmişlər.Bunların içərisində Koroğlunun “Dağlar” şeiri xüsusi yer tutur :
“...Süsən-sünbülün solmasın,
Didən yaş ilə dolmasın.
Nə əksən,əkən olmasın,
Lələ dönsün daşın, Dağlar !
...Koroğlu Sənə bəndədür,
Dərdindən pərakəndədür,
Çünkü Eyvazım Səndədür,
Olsun yaşın yüz min,Dağlar !”
. . Qədim ”Köç” dastanlarının birində Türklər 40 nəsildən bəri müqəddəs saydıqları və ondan güc aldıqları bir Qayanı əlacsız qalıb Çinlilərə verməyə məcbur olurlar.Bu zaman Göy üzü anidən qəribə bir sarı rəngə boyanır və ətrafdakı quş oxumaları və Təbiətdəki digər səslər kəsilir,çöllər saralıb-solmağa başlayır.Əhalinin və sürülərinin arasında yoluxucu xəstəliklər yayılır və Təbiətdə canlı,cansız nə varsa:”Köç,köç !” –deyə bağırmağa başlayır.Çünkü Tanrının Türklərə ərməğan etdiyi kutsal “Qaya”nın düşmənə verilməsi Tanrını qəzəbləndirdiyindən Türkləri yurdlarından qovaraq cəzalandırırdı.Bu dastanda Türk yurdunun bir qarış torpağ-daşı belə düşmənə verilməyəcəyi ilə yanaşı, Təbiətdə olan bütün
canlı və cansız varlıqların bir Ruhu olduğu inancı da açıq-aşkar görünməkdədir.
Tarixən qədim Türklər öz yaşayış və inanışlarını daşlara həkk etmiş,Tək və Yaradıcı Qüdrəti ifadə etmək üçün Günəş rəsmini çəkmişlər ki,bu,heç də onların Günəşə tapınmağı anlamına gəlməz. Zatən qədim Türklərdə “tapınmaq” deyə bir şey olmamışdır.Onlar Tanrıya belə tapınmamış,sadəcə olaraq Ona inanmış,Ona iman etmişlər.Yerdə və Göydə tək olan Günəşi isə Yaradanın simvolu olaraq qəbul etmişlər.Çünkü Günəş bütün canlılara həyat verir,torpağı canlandırır.O,sonsuz bir enerji qaynağıdır.
Qədim Türklər kimi bugünkü Uyğur Türkləri də öz dualarında : “Ey Günəşi isidən Tanrı”-deyir və bununla bildirmək istəyirlər ki, Günəşi də isidən,Onu qızdıran bir Varlıq vardır.Bu Varlıq da məhz TANRIDIR !
Qədim Türklərin Günəş və Ayla bağlı əlimizdə olan bu ən qədim bəlgə “Damğalı Say”-deyilən yerdən qazıntı nəticəsində bulanan “ Qaya Rəsmi”dir.Bu rəsmin tarixi keçmiş Sovet Elmlər Akademiyası tədqiqatçıları tərəfindən eradan əvvəl 8 min il olaraq təsbit edilmişdir.Bu “Qaya Rəsmi”nə görə, Günəş və Ay Göydən Yerə Başçını (Buğu Xaqanı) xalqına təqdim etmək üçün Göy Tanrının əmri ilə enmişlər.Enmişlər ki,Türklərin arasından birinə Başçılıq (Buğluq, Xanlıq,Xaqanlıq ) səlahiyyəti versinlər. . Günəş,Ay və Ulduzların təmsilçi olaraq Quranda da Peyğəmbərlik kimi müqəddəs bir vəzifə verilməsi ilə əlaqədar işlənilməsinə rast gəlinir.Belə ki,Quranın “Yunus”surəsinin 4-cü ayəsində Yunusun Peyğəmbərlik müjdəsi olaraq gördüyü yuxunu atasına anladarkən: ”Atacığım! Həqiqətən mən röyada 11 Ulduzu,Günəşi və Ayı gördüm.Gördüm ki,Onlar mənə boyun əyirlər”.Tanrı tərəfindən müjdələnən belə insanlar özləri üçün deyil,aid olduqları xalqı üçün xidmət etmək zorundadırlar.Bu zorunluq bir Görəv,bir Yetki və bir Müqəddəslikdir. Ona görə də qədim Türklərdə bu vəzifə ancaq “Təqdimat Törəni” ilə yalnız Qurultay çağırılaraq verilərdi.
Türklər Yer kürəsinin müxtəlif yerlərində yaşadıqları üçün onlar arasında fərqli cənazə və qurban kəsmə mərasimləri icra edilmişdi. Bəzi qədim Türklər ölülərinin cəsədini yandıraraq,bəziləri ağacdan asaraq,bəziləri mumyalayaraq,bir çoxu isə əsasən torpağa gömərək dəfn mərasimini icra etmişlər.
Qədim Türklərdə iki cür qurban kəsmə mərasimi mərasimi olmuşdur: 1) QanlıQurban ; 2) Qansız Qurban.
. . . Qanlı Qurbanlar əsasən Ağ atdan olurdu.Bundan başqa qoyun,keçi və maldan olurdu. Göy Tanrıdininə görə,heyvan qurban edərkən riayət ediləsi bir sıra vacib qaydalar var idi.Göy Tanrı inancında bütün canlıların Ruhu olduğuna inanıldığı üçün heyvanlara hörmət bəslənilər və onlara yersiz yerə əziyyət verilməz,qurban ediləcək heyvanın başı kəsilməzdi. Çünkü Göy Tanrı inancına görə,heyvanın Ruhu başında,boynunda və nəfəs yolunda idi.Ona görə də heyvan ikiyə bölünərək qurban edilərdi.Bundan başqa,qanın axmaması,heyvanın sümüklərinin qırılmaması və heyvanın dərisinin qarın hissəsində olan “dəlik”dən başqa onun bütöv qalması vacib sayılardı.Heyvanın qarın hissəsindən bir hissə kəsilərək buradan heyvanın içinə əl soxular və onun əsas damarı bölünər,daha sonra heyvan iki hissəyə ayrılar və iki ayrı ocağın üstünə atılardı.Hansı hissənin alovu dik şəkildə Göyə yüksələrdisə,həmin hissə kül olana qədər ocağın üstündə saxlanılardı.İnanca görə,o hissənin ətri Göy Tanrıya xoş gəldiyi üçün qurban mərasimi belə icra olunardı.
. . Qansız qurban mərasimlərində isə əsasən xüsusi seçilmiş qida maddələrindən,içki və ev əşyalarından istifadə edilərdi.Hər gün edilən və tez-tez rastlanan qurbanlar isə əsasən bir qab Qımızın bir hissəsini dörd bir yana çiləyərək onu Tanrıya və paytaxtları Ötükənə ərməğan edər,qalanını isə özləri içərdilər.
. . Göy Tanrı inancına əməl edən qədim Türklər Göy guruldayıb ildırım çaxanda da bir qab qımız, qatıq və ya ayranla üç dəfə çadırın ətrafında dolanar,ildırım düşdüyü yerə gedər,Göy Tanrının razılığını yenidən qzanmaq üçün at və güləş yarışları keçirərdilər.
Göy Tanrı inancında Qamların xüsusi yeri var idi. Göy Tanrı inancında “Qam” (“Kam”) əslində müqəddəs sayılmazdı.O,sadəcə Ruhlar ilə əlaqə yarada bildiyi və bilikli Bilgə olduğu üçün toplum ona sayğı göstərərdi.Qamların ən mühüm vəzifəsi yaşadığı cəmiyyətdə pozulan dəngəni təkrar düzəltmək və xəstələri sağaltmaq olmuşdur.Bu anlamda Göy Tanrı inancında insanların gündəlik ibadətləri üçün heç bir Qama ehtiyac olmamışdı. Ona görə də digər dinlərdəki din adamları xaxamlar,keşişlər, mollalar ilə Qamları eyniləşdirmək doğru deyildir.
Bəzi Qamlar daha güclü Ruhlar ilə əlaqə yarada bildiklərindən digər Qamlardan daha güclü sayılardılar.Bu baxımdan Qamlar “Ağ” və “Qara” olmaqla ikiyə ayrılırdı.Bunların qabiliyyətləri və vəzifələri də bir-birindən fərqlənirdi.Ağ Qamlar toplumdakı pozulmuş dəngələri təkrar bərpa etmək üçün çalışırdılarsa,Qara Qamlar pis Ruhları qovmaq üçün auğraşırdılar.Qamların geyimlərinə “Manyak” deyilirdi.Qamın Manyağından ona güc verən və onu pis Ruhlardan qoruyan,pisliyi qorxudan bir çox əşyalar asılardı.Qamlar odla
arınardılar. Çünkü Göy Tanrı inancına görə,hər şey məhz odla arına bilərdi.
Göy Tanrıinancı(Tenqriçilik) Hun Türkləri və Göy Türklərdən sonra Çingiz Xan dönəmində son dəfə ən böyük ün qazanmışdı.Türk və Moğol boylarınıbirləşdirib dünya tarixinin ən böyük İmperatorluğunu quran Temuçin(Çingiz Xan) nitqlərinə həmişə Əbədi və Əzəli Göy Tanrının adıilə başlardı. . Göy Tanrı dini (Tenqriçilik) və ona aid bir çox maddi mədəniyyət nümunələri Hun, Avar,Ön Bulqar,Kuman və qədim dövrün bütün savaşçı Türkləri və daha sonra Çingiz Xan və davamçıları olan Qızıl Orda tərəfindən Avropaya, Elxanlılar tərəfindən isə Azərbaycana və Yaxın Şərqə gətirilmişdir.Belə ki,Göy Tanrı dininə inanan Tenqriçi Hun Türklərindən qalma təşkilatlanmadakı rütbəni göstərən eradan əvvəl 3-cü əsrə aid bu Qızıl Kəmər Kilidi (qıfılı) Atillanın başçılıq etdiyi Qərbi Hun Türkləri tərəfindən Avropaya aparılmış və sonradan Türklərin bu kültür nümunəsi Avropadakı “Güləş və Boks Yarışları”nda qazanılan “Qızıl Kəmər”in əsası olmuşdur.
Hun Türklərinin eradan əvvəl 3-cü əsrə aid “Qızıl Kəmər Kilidi”
Türklər hansı dini qəbul etmişlərsə,o dini Göy Tanrısı ilə bərabər qəbul etmiş,Göy Tanrı inancını heç vaxt tərk etməmişlər.İbn Fadlanın qeyd etdiyinə görə,Oğuz Bəyi Kiçik Yanal bir müddət İslam dinini qəbul etsə də Oğuzların”Əgər Müsəlman olarsan,bizim başçımız ola bilmərsən”-sözlərindən sonra təkrar Göy Tanrı dininə qayıtmışdı.(Seçmələr bizimdir-A.Q.Bax: İbn Fadlan,İbn Fadlan Seyahatnamesi, Çeviren:Lutfi Doğan,Ankara 1954 ).
Hətta yaxın dövrlərdə belə Avropa və Balkanlarda soyqırım yaparaq İslam dinini qəbul etmiş Türkləri məhv və sürgün etsələr də,Doğu və Orta Avropada onları Xristianlaşdırsalar da Göy Tanrıya dua edən Türk qövmlərinə rast gəlinməkdədir.
Ön Bulqarlar Göy Tanrıya “Tanqra”-demiş vəTenqriçilik üçün Tanrıya dua etmək yerləri olan dağların kutsallığına inanaraq Balkanlardakı ən yüksək dağa “Tanqra” adını vermişlər.Bu dağın adı Osmanlı Türkləri tərəfindən XV əsrdə “Maşallah”dağına çevrilənə qədər belə adlanmışdı.İndiki Bolqarlar bu dağa “Musala” deyirlər.Bulqarların Göy Tanrı inancı 864-cü ildə Boris Xanın( I Mikailin ) Xristianlığı qəbul etməsi ilə sona çatmışdı.Avropadakı Tenqriçi Türklərin bir qismi zaman keçdikcə qədim inanclarını unutmuş və digər Slavyan və German xalqları ilə qaynayıb qarışaraq öz Türklüklərini unutmuşlar.
XVII əsrdən başlayaraq Sibirdəki Türk qövmləri Ruslar tərəfindən mərhələ-mərhələ Xristianlaşdırılsalar da onların Xristianlığında hələ də Göy Tanrı inancı yaşamaqdadır.Belə ki, Sibir kəndlərində əhali kəndin Papazından və hətta həkimindən daha çox kəndlərinindəki Qamlara(Kamlara) inanırlar.Bugün Tenqriçilik hələ də Təbiətə bağlı bir həyat sürdürən bəzi Sibir qövmlərində yaşamaqdadır.Hətta bəzi müsəlman Türkmən və Qırğız boyları da qədim Göy Tanrı dini törələrini İslami dualar ilə qarışıq şəkildə uyqulayan Qamlara rastlanmaqdadır. Son əsrlərdə bir neçə dəfə Tenqriçiliyi canlandırma və müasirləşdirmə təcrübələri yapılsa da bu təşəbbüslərin Sovet Rusiyası tərəfindən şiddətli və qanlı bir şəkildə son verilmişdir.
Bütün bunlara baxmayaraq,buğun belə Türklərin hərhansı bir dində olmasından asılı olmayaraq əksər Türklərdə Göy Tanrı dininə aid inanclar qorunub saxlanılmaqda və hətta genişlənməkdədir. Belə ki,Sovet İttifaqı dağıldıqdan sonra Kommunist rejiminin basqısından qurtulan Sovet İmperiyasındakı bəzi Türk xalqları təkrar öz inanclarına dönməyə başlamışlar. Artıq 1990-cı illərdən başlayaraq Tatarıstanda,Altaylarda,Qırğızıstanda,Qazağıstanda Tenqriçilik yenidən yayılmağa başlamışdır.
İlk əvvəllər xalqın arasında yayqın olan Tenqriçilik artıq dövlət tərəfindən dəstəklənməyə başlamış, bununla bağlı İnstitutlar yaradılmışdır. Beləliklə,1997-ci ildə Qırğızıstanın paytaxtı Bişkekdə 500 min üzvü olan “Tenqriçi” bir təşkilat yaradılmışdır. Bundan əlavə Qırğızıstanda həm də Qırğızıstan Parlamentinin millət vəkili Dastan Saryuqulov tərəfindən “Tenqir Ordo”(“Tanrı Ordusu”) adlı təşkilat yaradılmış və onun tərəfindən idarə olunmaqdadır.Bu Təşkilat həm də “Tenqriçilik Tədqiqat Mərkəzi”dir.Bu Təşkilat İstanbul Universitetinin“Türk Dünyası Araşdırma Mərkəzi”ilə işbirliyi yapmaqdadır.”Tanrı Ordusu”- nun tədqiqatlarına digər Türklərin də marağı artmaqdadır. . Qazağıstan Prezidenti Nursultan Nazarbayev və keçmiş Qırğızıstan Prezidenti Əskər Akayev öz çıxışlarında Tenqriçiliyin Türk xalqlarının ortaq milli və ənənəvi inancı olduğunu təkrar-təkrar söyləmişlər.
1980-ci illərin sonu 1990-cı illərin başlanğıcında Sovet İmperiyasının çökməsi ilə Çuvaşıstanda “Vattisen Yaly” adı verilən və Çuvaşların etnik dinini yenidən canlandırmağa çalışan bir “Tenqriçilik” təşkilatı yaradılmış və bu təşkilatın ziyalıları Tenqriçilik inancının qədim rituallarını yenidən canlandıraraq topluma qazandırmağa nail olmuşlar. . Artıq Türk dövlətlərinin bayraq və armalarında(gerblərində) Göy Tanrı inancı ilə bağlı simvollar,xüsusilə,Göyün mavi rəngi və Bozqurd simvolları öz əksini tapmışdır.Məsələn,
QAQAUZ YERİNİN ÖNCƏKİ BAYRAĞI VƏ QAQAUZ YERİNİN İNDİKİ BAYRAĞI
UYĞUR TÜRKLƏRİNİN (DOĞU TÜRKÜSTANIN) BAYRAĞI
. Deyilənlərdən belə bir nəticəyə gəlmək olar ki :
1.Göy Tanrı Təkdir.Bənzəri yoxdur. O,yalhız Özünə bənzəyir ( “Tenqri-teq-Tenqri” ) ;
2.Göy Tanrı Yaradıcıdır. Bilinən və bilinməyən hər şeyin Yaradıcısı Odur;
3.Göy Tanrı yaratdığı hər şeyə Özündən bir pay vermişdir ;
4.Göy Tanrı Özündən ən mühüm payı İnsana vermişdir ;
5.Göy Tanrı Kişi və Qadını bərabərhüquqlu yaradıb ;
6.Göy Tanrı İnsanı Özünə qul,kölə deyil, Azad yaradıb ;
7.Göy Tanrı dini bəşəriyyətin ən qədim,ən təmiz,ən azad Təktanrılı dinlərindəndir ;
8. Göy Tanrı dinində Tanrıya tapınma yoxdur, Ona inam və sevgi vardır ;
9.Göy Tanrıya qəlbən inananların daxili təmizdir ;
10.Göy Tanrı dinindəki Umay Ana,Ülgən və Erlik Xan kimi müsbət Ruhlar Göy Tanrının xüsusi köməkçiləridirlər ( İslam dinindəki Mələklər kimi );
11.Göy Tanrı dinində Kainat və Təbiət Müqəddəs sayıldığından Onlardakı Günəş,Ay,Ulduzlar, Ulduz kimilər,bəzi gəzəgənlər,digər astronomik cisimlər,bəzi dağlar,ormanlar,çaylar və göllər də Kutsal sayılırlar ;
12.Göy Tanrı dinində tamaha,israfçılığa,yalana,təkəbbürə, ikiüzlülüyə,iftiraya və bu kimi mənfi nəsnələrə yer yoxdur ;
13. Göy Tanrı dini zinanı və oğurluğu qadağan edir.
Bugün də Türklərdə Göy Tanrı inancından qalma bəzi adətlər yaşanmaqdadır . Bunlar əsasən aşağıdakılardır :
1. Uzaq bir yerə gedən adamın və ya adamların arxasınca Su atmaq ; 2. Qorxan adamın başı üstündə Qurğuşun əridib tökmək ( Səğirləmə ) ;
3. Nəzərlərdən qorunmaq üçün boyundan və ya qoldan Nəzər Muncuğu asmaq ;
4. Taxta və ya dəmirə üç dəfə vurmaq ;
5. Ölən adama Məzar və Türbə yapmaq ;
6. Məzarların ayaq ucuna Tərlik ( Suluk ) qoymaq ;
7. Türbədə və Məzar başında Şam yandırmaq ;
8. Zahı yatan qadının başına qırmızı rəngli parça bağlamaq ;
9. Toy-düyündə gəlinin başına Çərəz, Düyü və Şirniyat atmaq ;
10. Gəlinlərin başında Güzgü tutmaq ;
11. Evlənən,ölən və yeni doğulan uşağa 40 keçirmək ;
12. Kutsal sayılan Ağaclara parça bağlamaq ;
13. Əlləri Göyə doğru açaraq Tanrıya Dua etmək və s.
Tarixən Göy Tanrı dininin bir çox xalqların dövlətləri üzərində müəyyən təsirləri olmuşdur.Bu təsirlər hakimiyyət anlayışından dövlət təşkilatına,hökmdarların seçilməsindən vəzifələrinə qədər bütün hüquqi qurumlar üzərində görünməkdədir.Qədim Türk İmperatorluqlarına daxil olan əksər xalqlar üçün Göy Tanrı dini müştərək və ümumi bir din olaraq qəbul edilmiş,Göy Tanrı Tək Tanrı sayılmışdı. . Qədim Türklərin bu çox anlaşıqlı və sadə dininə sonradan fərqli anlamlar verilmiş və bu səbəbdən də ilk sadə və saf Göy Tanrı dini başqa din adamları tərəfindən sapdırılmışdı.Çox təəssüflər olsun ki, Türklərin bu qədim və saf dininə digər xalqların din xadimləri ilə yanaşı başqa dinləri qəbul edən bəzi Türklər də fərqli-fərqli anlamlar verməklə kifayətlənməmiş, öncə “ Şeytan”ı uydurmuş,sonra da bu Şeytanı Tanrıya qarşı qoymuş,hətta ona “ Cəhənnəm” adlı bir məkan “kəşf” etmişlər.Bu uydurma “tapıntılar”ın İnsanlar üzərindəki təsirini görən o “Şeytanlaşmış” din adamları insanlar üzərində qorxu yaradaraq onları asanlıqla idarə etməyə başlamışlar. Bu QORXU buğun belə insanlar üzərində öz müəzzəm təsirini göstərməkdədir.
Qədim Göy Tanrı dinindən günümüzə qədər gəlib çatan ən mühüm,ən əsas inanclardan biri və birincisi də məhz buğun “Novruz Bayramı” kimi bütün Türklər tərəfindən qeyd edilən “Yeni gün” kimi tərcümə edərək fars sözü kimi qələmə verirlər.Əslində Farslar “Yeni gün”ə “Ruzino” deyirlər.”Novruz” sözü Türk dilinin qrammatik qaydasına uyğunlaşdırılaraq fars və türk dillərinin qovuşması nəticəsində yaranan sözdür.Bu Bayramı Türk İmperatorluqlarının tərkibinə daxil olan bütün xalq və qövmlər mənimsəmiş və öz milli Bayramı kimi qeyd etmiş və buğun də qeyd etməkdədirlər.
Tarixdə ilk dəfə olaraq Səlcuqlu Türk Sultanı Məlikşah “Cəlali Təqvimi”ni tərtib etdirərək 4 ildən bir ilin 366 gün olduğunu və bu Bayramın hər il sabit gündə--20-21 Martda, Qoç Bürcünün (Həməl Bürcünün ) əvvəlində olmasını elmi,qanuni və dəyişməz şəklə salmışdır. . Bu Bayramın bütün ritual və rəmzləri ənənəvi olaraq Göy Tanrı dinini yaşadan qədim Oğuz,Quti,Kas,Sak,Maday, Hun, Altay , Göytürk,Uyğur,Xəzər Türklərinin əfsanə,rəvayət,nağıl və mifologiyası ilə yanaşı,real həyatlarında da öz əksini tapmışdır
.Belə ki,məşhur “Oğuz Xan” dastanı,Rəşidəddinin “Cami-üt təvarix”,Əbülqazi Bahadır Xanın “Şəcəreyi-Türk” və s.kimi əsərlərdə bu Bayram “Oğuz Xan Günü”,”Ərgənəkon Bayramı”,”Ayzıt Bayramı”,”Yenidən Doğuş”,”Yaradılış Günü” və “Yeni Gün” kimi qeyd edilmiş,sonradan parslar Türklərin bütün maddi və mənəvi mənimsəyib özününküləşdirdiyi kimi bu Bayramı da öz dillərinə tərcümə edərək “Nouruz” adlandırmışlar.
Buna baxmayaraq,bu Bayram Türklərin folklorunda,klassik və müasir şair və yazrların əsərlərində,onların məişətində elə bir dərin iz buraxmışdır ki,nə qədər saxta tarixlər yazılsa da,nə qədər qadağalar qoyulsa da onu Türk Ruhundan çıxarmaq mümkün olmamışdır.
Bu Bayramın Göy Tanrı dinindən qalma “Atıl-Batıl”,”Kosa-Kosa”,”Səməni”,”Cıdır”,”Od qalama”və “Od üstündən atılma”,”Axar su üstünə gedib su üstündən atılma”,”Evə təzə ilsuyu gətirmə”,”Çaydan götürülmüş kiçik çay daşlarını evin 4 küncünə qoyma”,”Buğda və ya arpa göyərtmə”(Səməni),”Yumurta boyama”,”Qulaq falına çıxma” və s.kimi elə özəllikləri vardır ki, bunlar yalnız Türklərə məxsusdur.Bu adətlər buğun də bir çox Türklərdə,xüsusilə,bu Bayrama əsrlər boyu sahib çıxmış Azərbaycan Türkləri arasında yaşamaqdadır.
Bu Bayramda həmçinin Türklər Bayrama bir neçə gün qalmış evlərini ,həyət-bacalarını təmizləyər,müxtəlif növ şirniyyatlar hazırlayar,yumurta bişirib boyayar,Bayram axşamı plov bişirər,Səməni yeməyi hazırlayıb qonşulara paylayar,küsülülər barışar,insanlar bir-birinə təbrikə gedər,kəndin və şəhərin böyük meydanlarında şənliklər təşkil edər,Cıdır meydanlarında at yarışları keçirər,meyvə ağaclarının bol məhsul gətirməsi üçün onların budaqlarına yanar kösöv atardılar.
Göy Tanrı dinindən süzülüb gələn və Türküstandan Altaylara və Azərbaycana, Azərbaycandan Yaxın Şərqə və Anadoluya, Anadoludan Balkanlara və Şərqi Avropaya qədər uzanıb gələn coğrafiyanı və bütün Türk Dünyasını əhatə edən və hər ilin 20-21 Martında qeyd edilən bu “Yeni il” və ya”Yeni Gün”,”Ərgənəkon” , ”Novruz” və “Bahar” adlanan Türk Milli Bayramı Türklərin milli birliyini simgələyən ən köklü DƏYƏRDİR !
Yazını belə bir məşhur deyimlə bitirirəm : “ Türklər Tanrını SEVƏRLƏRDİ,başqa dinləri qəbul etdikdən sonra bu sevginin yerini QORXU tutdu ! “
AYDIN MƏDƏT OĞLU QASIMLI
Filologiya üzrə fəlsəfə doktoru
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.