İKİ QADIN BİR HƏDƏF

19-08-2024, 12:54           
İKİ QADIN BİR HƏDƏF
Margaret Hamilton - 1969-cu ildə Apollo11-in Aya tarixi uçuşunda onu və ekipajını kosmosa aparıb geri gətirən 145000 sətir Assembler kodunu yazan əfsanə bir qadın. İndikilərlə müqayisədə çox ibtidai bir dil olan Assemblerdə problemsiz olaraq bu çətin və məsuliyyətli işi bacarmaq proqramlaşdırma tarixinin ən uğurlu örnəyidir.

Katie Bouman - 2019-cu ildə Qara Dəliyin şəklinin çəkilməsində böyük rol oynayan 29 yaşlı kompüter mühəndisi. Bu fotonu tək bir teleskopla çəkmək imkansızdı və Massachusetts Texnoloji İnstitutu məzunu bu gənc qız yazdığı alqoritmlə dünyanın 8 fərqli bölgəsindəki teleskopların məlumatlarını bir yerə toplamağa nail oldu.
Margaretin önündə özü boyda kodlar, Katienin önündə isə 5 milyon gigabaytlıq data.
Hardan hara gəldi dünya…
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru