"KULTİR-MULTUR" VƏ QARABAĞ
20-08-2024, 00:07
Bə ya bütün Qarabağın fetişləşdirilməsinin mənasızlığı və qeyri-mümkünlüyü haqqında
RAUF MİRQƏDİROV
Nə isə, som günlər dostlarım Qarabağa səfır edənlərin davranışından yaman narazıdırlar. Bu gün də Əhmədin Ahmed N. Abbasbeyli stasunu oxudum. Əmindir ki, Qarabağda özünü tərbiyəsiz və mədəniyyətsiz aparanların torpaqlarımızın işğaldan azad olunmasında heç bir zəhməti olmayıb. Bir-iki gün əvvəl Elxan Şahinoğlu da bu məsələyə toxunmuşdu.
Yadıma 90-cı illərin əvvəllərində İstanbulda baş virmiş bir hadisə düşdü. Bir neçə tanınmış azərbaycanlı türk tanışları ilə bir yerdə restoranda oturub həm şam edir, həm də ciddi danışıqlar aparırdılar. Bizimkilərdən biri o vaxtlar hələ təcrübəsiz idi. Avropa mədəniyyət və tərbiyə qaydalarından hali deyildi. Məsələn, bilmirdi ki, dişlərin arasını çöplə təmizləyəndə digər əllə ağzını örtməlidir. Bə ya çəngəl-bıçağının qarşısındakı qabın içinə qoyulması masaya xidmət edən ofisiant üçün süfrəyə yeni yeməyin gətirilməsinin vaxtının çatdığına işarədir. Son məqam bizim bu yerlimizlə ofisiant arasında anlaşılmazlıq yaradır. Axırda bizim qəhrəmanımız dözməyib onunla bir yerdə şam edən azərbaycanlılara deyir: "Bu kultur-multur bizi öldqrəcək!"...
Vallah, əcaib yanaşmadır. Əvvəla, düşünmürəm ki, insanda mədəniyyət və tərbiyənin səviyyəsi coğrafi məkandan asılı olaraq dəyişir. Bizə aşılançış dəyərlər, vərdişlər və biliklər toplusu dəyişkən də.oısa, həmişə bizimlədir.
İkincisi, bu məntiqlə Bakıda və ya Şəkidə insan özünü tərbiyəsiz və mədəniyyətsiz apara bilər. İnsan hər yerdə özünü mədəni və tərbiyəli aparmalədır. Əgər doğrudan da mədəniyyət və tərbiyə daşıyıcısıdır.
Üçüncüsü, düşünürəm ki, məbədlər çıxmaq şərti ilə coğrafi məkan müstəsna hallarda fetişləşdirilə, yəni ilahiləşdirilə bilər. Bütün bir regionun fetişləşdirilməsi mənasız olduğu qədər, qeyri-mümkündür. Məskunlaşma mərhələsi bitəndən sonra bu münasibət də keçəcək...
Unutmaq lazım deyil ki, fetişləşdirilən məkanda yaşamırlar. Səcdə edirlər. Bəlkə biz Qarabağı məskunlaşdırmaq istəmirik?!!!
Döüdüncüsü, Qarabağda fetişləşdirilməsi zəruri olan belə bir məkan vardı. Əslində indi də var. Fikrimcə, Xocalını bütövlükdə müzeyə çevirmək lazım idi. Mən bunu təklif də etmişdim. Kütləvi qətllər törədilmiş coğrafi məkanlarla bağlı belə bir dünya təcrübəsi də var.
Amma görünür, bizim iqtidar dairələrində Xocalı ilə bağlı başqa planlar vardı. Məni elə "topa tutdular" ki, elə bil bütün milləti bağışlanmaz günaha batnağa çağırıram. Bəziləri hətta tərbiyəsizcəsinə təhqir də etdilər.
Belələri arasında sonradan Qarabağa səfər edib onun torpağını öpənlər də vardı. Statuslar yazır, şəkillər qoyurdular. Amma inanmıram kı, bunun tərbiyə, mədəniyyət, hətta Qarabağa məhəbbətlə bir əlaqəsi vardı. Əksəriyyəti göstəri idi.
Özümün gəncliyi yadıma düşdü. Meşələrə istirahətə gedirdik. Bir də görürdün ki, məhtəşəm bir ağacın gövdəsin hansısa axmaq cızıb: "Əli+Nino=məhəbbət!".
Xocalını səcdə, anıt, xatırlatma yerinə mevirnək təklifimə görə məni təhqir edənlərin "Qarabağ məhəbbəti" göstəridən başqa bir şey ola bilməz..
Və nəhayət, Əhməd, dostum, tərbiyə mədəniyyətilə Vətənə məhəbbət heç bir asılılıq yoxdur. İkinci Qarabağ nüharibəsi ərəfəsində Mulli Məclisin qarşısındakı hadisələrdən sonra baş verənləri yada sal. Bütün hərbi komisarlıqlar qarşısında nazir övladlarından növbə yaranmışdı. Hamısı da şəkil çəkdirib status yazırdılar ki, artıq könüllüdürlər. Feysbuku "işğal" etmişdilər. Əksəriyyətinin tərbiyə və mədəniyyət "levelləri" çox yüksəkdir. Bir neçə xarici dildə danışırlar. Çəngəl-bıçağı necə düzgün tutmağı bilirlər. Onlar heç vaxt tumu çırtlayıb qabığını hara gəldi tüpürməzlər.
Hə, onu da deyim ki, tum çırtlamaq məsələsi mənim ağrılı yerimdir. Həyətlərdə oturub səhərdən axşama qədər tum çərtlayan qadınları görəndə elə bil təpəmə qaynar su tökürdülər. Tinlərdə bardaş qurub oturaraq tum çırtlayan o cavanlar isə məndə ikrah hissi oyadırdılar. Gedib-gələnin qiybətini etməkdən başqa heç bir iş-gücü olmayan bu qadınlardan, hər iki sözündən biri söyüş olan o gənclərdən nə tərbiyəni, nə mədəniyyəti gözləyirsən. Amma tərbiyə və mədəniyyət etalonu o "könülkü" nazir övladlarının ikinci Qarabağ müharibəsi səngərlərindən çəkdirdikləri şəkilləilə rastlaşmadım. Yox, bəziləri ilə canlı olaraq rastlaşdım. Amma burada...
Şəhid olanlar arasında isə ağıllı-başlı tərbiyə görməyən və mədəniyyətin nə olduğunu bilməyənlər də az deyildi...
Sürix
19 avqust 2024-cü il
Рауф Миркадыров
TEREF