Bizim əcdadlarımız dünyada ilk olaraq Şumer əlifbasını yaratdılar,...
21-08-2024, 07:04
"Bizim əcdadlarımız dünyada ilk olaraq Şumer əlifbasını yaratdılar, Şumer yazıların əsasında isə Şuşa yazıları, Elam yazıları meydana gəldi. Aralarında azca fərq vardı. Bundan sonra ilk yazılardan birini Aran müdrikləri yaratdılar. Bu gün kimdən soruşsan 3 əlifba deyəcək: latın əlifbası, yunan əlifbası, kiril əlifbası. Bu əlifbaların hər üçünü bizim Aran müdrikləri yaradıb. Kim idi Aran nəsli? Azərbaycanın ən qədim nəsillərindən biri. Bizim Albanlar da onların bir qolu idi. Bu Aran müdrikləri fikirləşib dünyanın ilk əlifbasını tərtib etdilər. Bu əlifbanın nümunələri bizdə var. 22 hərfdən ibarət idi. Yunanlar isə bizim Aran əlifbasına 3 səs artırıb yunan əlifbasını düzəltdilər. İndi deyirlər ki, ruslar yunan əlifbası əsasında kiril əlifbası düzəldiblər. Xeyr belə deyil, yunanlar bizim Aran əlifbasını götürüblər, ruslar da onlardan götürüblər. Yevreylər isə Aran əlifbasını götürdülər və heç nə artırmadılar. Latınlara isə Aran əlifbasını Aralıq dənizində gəmiçilik edən qəhrəman türk xalqı olan etruskilər aparıblar.".
İlhami Cəfərsoy, filologiya elmləri doktoru, professor, türkoloq alim.
TEREF