“Riyaziyyatda kəşfləri bəzən də onu ikinci kəşf edən alimin adı ilə adlandırıblar – əks halda...

24-08-2024, 00:03           
“Riyaziyyatda kəşfləri bəzən də onu ikinci kəşf edən alimin adı ilə adlandırıblar – əks halda...
Riyaziyyat və fizikada bir çox mühüm kəşflər və yeniliklər isveçrəli riyaziyyatçı Leonard Eylerin (1707-1783) adını daşıyır. Dahi alimin adını daşıyan funksiya, tənlik, düstur və digər riyazi terminlərin sayı onlarla deyil, yüzlərlədir. Eyler funksiyaları, Eyler tənlikləri, Eyler düsturları və b. buna misal gətirmək olar. Eylerin fəaliyyət dairəsi, çalışdığı riyazi problemlər o qədər çoxşaxəilidir ki, ən erkən yazılı istinadlardan da onun adı çıxır.
Hər şeyi Eylerin adı ilə adlandırmamaq üçün riyaziyyat tarixində bəzi kəşf və teoremlərə Eylerdən sonra ikinci ya da üçüncü isbat edən alimlərin adını veriblər. Bu səbəbdən də Leonard Eylerlə bağlı məzəli bir deyim yaranıb:
“Riyaziyyatda kəşfləri bəzən də onu ikinci kəşf edən alimin adı ilə adlandırıblar – əks halda hər şeyə Eylerin adı verilməli olacaqdı”.
[List_of_things_named_after_Leonhard_Euler]
https://t.me/ibrahim_nebioglu












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru