Qarabağ universitetinin tələbələri də qatar qabağına, avtobus qarşılamağa çıxacaqlar

24-08-2024, 15:38           
Qarabağ universitetinin tələbələri də qatar qabağına, avtobus qarşılamağa çıxacaqlar
Biz tələbə olan dövrdə rayondan gələn uşaqlar ayda bir, bəzən də iki dəfə qatar qabağına çıxardılar.
Şəhər uşaqları üçün alışılmış bir durum deyildi. Bakıda doğulan tələbələr korluq çəkməzdilər, yemək bişirmək, paltar yumaq nədir bilmirdik, analarımızın qayğı və nəvazişi ilə tələbəçilik edirdik. Dərsdən çıxıb evə gələndə yeməyimiz süfrədə, dərsə gedəndə ütülü paltarlarımız hazırda olardı.
Rayon uşaqlarının işi çətin idi – yataqxana həyatı, məişət qayğıları. Üstəlik maddi sıxıntılar. Onlar ailələrinin maddi durumlarına görə ayda bir-neçə dəfə vağzala gedib, analarının qatarla göndərdikləri sovqatları, yeməkləri qarşılayır, onlarla keçinirdilər…
Aradan neçə onilliklər keçdi.
Qarabağ Zəfərindən sonra çox şey dəyişdi.
“Poyezd qabağına çıxmaq” da arealını genişlətdi…
Bir can dostumun oğlu qəbulda yüksək bal topladı.
Bakıdakı ən yaxşı universitetlərin ən yaxşı ixtisaslarına düşə bilərdi.
Ancaq ailə Xankəndini seçdi.
Qarabağ universitetinin tələbəsi olacaq…
Əvvəllər analar Bakıya pay göndərərdilər;
İndi artıq Xankəndiyə də paylar gedəcək.
Qarabağ universitetinin tələbələri də qatar qabağına, avtobus qarşılamağa çıxacaqlar.
Nə qəribədir, elə deyilmi?
Bir ölkənin qədərinin necə dəyişdiyini görürük…
Başda Qarabağ universitetinin tələbələri olmaqla tələbə adını qazanmız bütün balaları və onların fədakar ailələrini təbrik edirəm:
“Uğrunuz xeyir olsun!”.
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.