Brunn bağlantısı
26-08-2024, 08:24
İlk baxışda mürəkkəb olduğu görünən bir kilid. Açılması imkansızdır sanki. Halbuki bu mürəkkəbliyi cəmi bir həmlədə çözmək olur. Çünki bu mürəkkəbliyi bircə kilidlə tamamən açmaq mümkündür, həm də istənilən biri ilə.
Brunn* bağlantısı (ing. Brunnian link) deyirlər buna. Hər hansı bir trivial (sadə, universal olmayan) komponent sıradan çıxarıldıqda digər komponentlər trivial əlaqəsiz bir dəstə çevrilirlər.
Gerçək həyatda da belə deyilmi?
Bir problemi həll etməklə (sadəcə bir kilidi açmaqla) problemlər yumağı həllini tapır (kilid açılır)…
* Brunn – Karl Hermann Brunn (1862-1939), alman riyaziyyatçısı, ərəbşünas, kitabxanaçı və tərcüməçi. Veyerştrass kimi riyaziyyatçının tələbəsi olsa da sonra Yakob Ştaynerin təsiri ilə həndəsəyə meyl salır, Valter fon Deyklə tanışlıqdan sonra topologiyaya bənd olur. Qabarıq həndəsə ilə bağlı işləri ilə məşhurdur, Brunn-Minkovski bərabərsizliyini isbat etmişdir.
[via: https://buff.ly/3gRnwkm ]
İbrahim Nebioğlu
TEREF