25 avqust 1609, Vatikan.

26-08-2024, 15:04           
25 avqust 1609, Vatikan.
Qalileo Qaliley ixtira etdiyi dünyanın ilk teleskopunu Venetsiya Dükü ilə Vatikan rəhbərliyinə təqdim etdi. Bu gün teleskopun kəşfi ilə Bəşəriyyət tarixində yeni bir səhifənin açıldığı, Elmin Təntənəsinin idrak edildiyi gündür.
Qaliley ilk teleskopu ilə Aydakı dağları, Günəşdəki ləkələri, Samanyolundakı ayrı-ayrı ulduzları, Yupiterin sonradan “Qaliley peykləri” adlandırılacaq 4 peykini kəşf etmişdi.
İncilə görə Yer kürəsi hərəkətsizdir və Günəş onun ətrafına dönür. Qalileyin şöhrəti artdıqca katoliklərin qatı mövqeyi yumşalməş, nəhayət, 1611-ci ildə Qaliley Vatikana gedərək tezislərini Roma Papasına qəbul etdirir, sübut edir ki, pozitiv elm dinə qarşı deyil.
Bu, insan oğlunun qaranlıqdan aydınlığa sıçraması və Qərbin önünə keçilməsi imkansız yüksəlişinin başlanğıcı idi. “Yeni fikir əvvəlkini məhv edir” demişdi miladdan öncə Lukretius.
Elə də oldu, Avropa yeni bir formasiyaya – Aydınlanma çağına keçirdi, elmin, irfanın hegemon olacağı yeni bir dünyaya.
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.