Namizədlər, bağışlayın, amma yalan danışırsınız!

28-08-2024, 15:54           
Namizədlər, bağışlayın, amma yalan danışırsınız!
Millət vəkilliyinə namizədlərin kifayət qədər geniş bir kütləsi deyəsən hansı post üçün mübarizə apardığını başa düşmür. Onların seçicilərə verdiyi vədlər, üzərlərinə götürdüyü öhdəliklər deputatın səlahiyyətinə qətiyyən aid deyil. Qarşıda bir neçə gün hələ ki var. Ona görə də daha vaxt itirmək olmaz. Mövzunu dəyişmək, deputatın funksiyalarına uyğun çıxış etmək lazımdır. İpucu təklif edirəm: məsələn, seçicilərinizə bunları çatdıra bilərsiniz:

- Milli Məclis üzvü seçiləcəyiniz halda hansı qanunların qəbul edilməsinə nail olacaqsınız?

- Hansı köhnəlmiş qanunları dəyişəcəksiniz?

- Dövlətin güclənməsinə parlament fəaliyyətinizlə necə töhfə verəcəksiniz?
və sair…

Ay əzizlərim, axı bu, nə prezident, nə də bələdiyyə seçkiləridir. Axı siz parlamentə yol çəkməyə getmirsiniz. Kitabxana açmağa getmirsiniz. Qiymətləri aşağı salmağa getmirsiniz. Siz Qanun qəbul etməlisiniz: Qa-nun! Seçici ilə görüşlər də elə sizin ictimai rəyi öyrənməyiniz üçündür ki, bir növ diaqnostika aparasınız, cəmiyyətə hansı qanunların lazım olduğunu onların özündən öyrənəsiniz. Sonra Milli Məclisdə məhz o qanunların qəbul edilməsinə çalışasınız.

Bağışlayın məni, amma axı yalan danışırsız! Olmaz axı belə. 1 sentyabra cəmi dörd (sükut gününü də çıxsaq üç gün!) qalır. Vəzifənizi, səlahiyyətinizi başa düşüb söz verin!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.