BU GECƏ QUYRUQ DONUR

29-08-2024, 08:14           
BU GECƏ QUYRUQ DONUR
Bu önəmli təbiət hadisəsindəki “donmaq” sözünü müxtəlif cür interpretasiya edirlər. Nənələrimdən eşitdiyim (ən doğrusunun da onların dediyi olduğuna inanıram) belədir:
"Baharın sonunda dağlara köçən Qazax camaatı yayın sona çatması ilə dağətəyinə - evlərinə dönüşə hazırlaşırlar. Yol üçün kəsilən erkək bir qoyunun cəmdəyini alaçığın önündən asırlar ki, dönüş yolunda yesinlər. Səhər isə görürlər kəsilmiş heyvanın quyruğu donub (və ya doňub)"...
Zaman-zaman "donub" və ya sağır nunlu "doňub"la bağlı müxtəlif polemikalar çıxıb. Bu bir tələffüz məsələsidirmi, yoxsa iki ayrı məna kəsb edən sözlərdirmi, polemika açmaq istəmirəm. Ancaq bir şeyi dəqiq bilirəm ki, böyüklərimiz Təbiəti bizdən yaxşı bilir, onu duyur və ona şəkk edirdilər.
Əslində hər şey çox da sadədir. Günəş bizi yarımkürədə missiyasını tamamlamaq üzrədir, 23 sentyabrdakı Şimal yarımkürəsindən Cənub yarımkürəsinə keçməyə hazırlaşır. Qarşıda bizi gecələrin sürətlə uzanması gözləyir. Günəş sonbahara doğru istiqamət alır artıq.
İndən belə incə ruhlu şairlər qələmlərini qəddəyib, payıza yeni qafiyələr axtarmağa başlayacaq, şeir yazmağı, damardan deməyi bilməyənlər isə köks ötürüb “Bu yay da keçdi” deyəcəklər...
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru