KAİNATIN və SEKSİN QISA TARİXLƏRİ

29-08-2024, 10:03           
KAİNATIN və SEKSİN QISA TARİXLƏRİ
“Böyük Partlayışdan sonra Kainatda heç bir yeni maddə və enerji yaranmadı. Bu da elə termodinamikanın birinci qanunudur: yeni heç bir şey yaranmır, heç bir şey tamamilə məhv olmur. Bu isə o deməkdir ki, bədənimizi təşkil edən atomlar Kainatın başlanğıcından bəri bu və ya digər formada mövcud olub və 13,8 milyard ildir ki, kosmosda mövcudluğunu və təkamülünü davam etdirir.
Müvafiq olaraq, bizim müəyyən mənada 13,8 milyard il yaşımız var.
Bundan əlavə, bizim ölümümüzdən sonra bu atomlar müxtəlif istiqamətlərə səpələnəcək və Kainatda yenidən təkamül edəcəklər. Müəyyən nöqteyi-nəzərdən, biz Kainatıq, vahid məcmuuyuq və Kainat güzgüdə özünə baxırmış kimi qısa müddətliyə də olsa onun şüurlu bir hissəsinə çevrilmək şansımız var”…
–David Baker, “Kainatın Qısa Tarixi: Böyük Partlayışdan günümüzə”
***
Devid Beyker (David Baker) Böyük Tarix (zamanda, təbiət və sosial elmlərdə örüntüləri* öyrənən sahə) sahəsində dünyanın ilk PhD dərəcəsinə sahib avstraliyalı tarix və elm yazarıdır. Çox sayda mükafata layiq görülmüş elm populyatizatoru, milyonlarla insanın baxdığı maarifləndirici proqramların və yenicə çapdan çıxmasına rəğmən iqtibas gətridiyim “Kainatın qısa tarixi” kitabının müəllifidir.
“Kainatın Qısa Tarixi” kosmosdakı bütün elementlərin Böyük Partlayışdan həyatın təkamülünə və bəşər tarixinə qədər olan tarixi dəyişmə prosesindən – hidrogenin sadə yığılmalarının mürəkkəb insan icmalarına necə çevrilməsindən bəhs edir. Adətən tarix bizə bir yox, çoxlu həyat yaşamağa imkan verir və bu xüsusi tarix milyardlarla ilin təcrübəsini təqdim edir... Beykerə görə gələcək gələn əsr, növbəti min il, növbəti milyon, milyard və hətta trilyon və katrilyon ildir, təni Kainatımızın potensial sonuna qədər olan əngin bir zamandır…
Devid Beykerin bu kitabı 2023-də çapdan çıxıb, türk, rus və bir çox başqa dilə tərcümə olunub. 2024-ün əvvəlində isə Beykerin “Seksin Qısa Tarixi” kitabı işıq üzü görüb.
Bu kitab,
-İki milyard illik cinsi təkamül yolu ilə bir səyahət haqqındadır;
-DNT-nin ilk mikrob modifikasiyalarından Tinder aplikasyonu ilə seks robotlarına qədər seksin tarixindən danışır;
-Genetik kodların indiki eşq və cinsəl həyatına təsiri nə qədərdir?
-Və gələcəkind cinsi həyatı haqda da təxminlər haqdadır;
-Seksuallığımızın kimyəvi, anatomik, davranış, sosial aspektlərinin bir çoxunun haradan gəldiyindən bəhs edir;
-Təəccüb doğuran ehtiraslar, çağırışlar və fetişlərə işıq salır və oxucunu insan təbiətinin ən dərin, ən güçlü “dürtülərindən” birinə içıq tutur.
***
“İki kitabı yan-yana qoyub, hansı kitab daha çox satar?” deyə düşünəndə sualın korrekt olmadığı ortaya çıxır. Çünki bir ölkədə oxucuya “Kainatın tarixi” daha vacib və maraqlı gəlirsə məlum coğrafiyada “Seksin tarixi” satış rekordları qırar.
Günümüzün Qərb insanı üçün Böyük Partlayış Böyük Seks İnqilabından daha vacibdir, Kainatın sirləri insanoğlunun yataq macəralarından daha cazibədardır. Sual vermək, sorğulamaq, sorğulayaraq Qalaktikamızın sirlərini çözmək qapı dəliyindən görünən mənzərədən daha maraqlıdır çünki…
* Örüntü Nümunə hadisələrin və ya obyektlərin bir-birini izləyən nizamlı inkişafıdır. O, hadisələr arasında səbəb-nəticə əlaqələri qurmağa və nəticə çıxarmağa imkan verir. Məsələn, Həyat bir örüntüdür. Örüntü ilə bağlı araşdırmalar sosial bacarıqlarımızı təkmilləşdirir və həyatı anlamağa kömək edir, onun sayəsində ideyalar arasındakı boşluqlar doldurulur. Türk Dil Qurumunun hazırkı lüğətinə görə örüntü hadisələrin və ya əşyaların bir-birini ardıcıl şəkildə izləməsidir, məsələn, həftənin günləri buna misaldır.

Bu kitabların heç biri Ana dilimizə tərcümə edilməyib.
Əgər hansısa bir naşirin diqqətini çəksə və bu kitabları tərcümə etdirməyə təşəbbüs etsə iddia edirəm ki, “örüntü” sözünü “naxış” deyə tərcümə edəcəklər. Halbuki, onun dilimizdəki qarşılığı yoxdur və hansısa bir “işgüzar” ağlına gələni (oxu: Google Translate necə tərcümə etsə) yazacaq. Halbuki, ay başına döndüyüm, bunun Türkiyə Türkcəsində tərcüməsi var axı, “örüntü” yazsan “xançalının qaşımı düşəcək?”..
Ancaq ki, yooox…axı bu hörmətli mühərrir deyəcək ki, Azərbaycan dili Türk dili deyil.
Ona görə də “örüntü”nü açığa “uzor” (узор) kimi tərcümə edəcək. İngiliscə “pattern” olduğu üçün “naxış” deyə tərcümə edəcək kor-koranə...
Çünki məqsəd sözü hardan aldığında deyil.
Hansı dildən alırsansa al, bircə türkcədən götürmə – rusca olar, ərəbcə olar, farsca olar, hətta moltanıca da olar, amma türkçə əsla olmaz…
Nəticə etibarı ilə “узор” da yazsan yaxşı satacaq bu kitab, çünki kitabın adında yekə hərflərlə yazılmış “Sex” var.
Qaldı ki, Böyük Partlayışla və Kainatın yaranması ilə bağlı kitabı çap etmək kimin nəyinə lazımdır?
Belə “sarsaq” kitablar oxumaq yerinə diqqəti “libido”ya vermək lazımdır…
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.