Niyə rus generalının ölümü əlində silahla yox, “veşmeşok”la gözləməsin?

31-08-2024, 11:05           
Niyə rus generalının ölümü əlində silahla yox, “veşmeşok”la gözləməsin?
Amerikalı jurnalist deyir:
“Hardasa oxumuşdum ki, 1937-ci ildə bir rus generalı “veşmeşokunu” yığır və oturub düz bir il gözləyir. İlboyu hər gün gözləyir ki, gəlib aparacaq, sonra da güllələyəcəklər. Ancaq mən başa düşmədim...”
–Nəyi başa düşmədin?
–Rus generalının ölümü əlində silahla yox, “veşmeşok”la gözləməsini…
Bu hadisə hardan yadıma düşdü?
Birincisi, bu gün Türkiyədə 30 avqust Zəfər Bayramıdır, böyük komandan Atatürk və onun silah arkadaşlarının – sıravi mehmetçikdən tutmuş əfsanəvi Paşaların apardıqları şanlı mübarizələr gəlir gözümün önünə;
İkincisi isə bu gün Rusiyada daha bir Müdafiə nazirinin müavinini həbs etdilər. Ordu generalı Pavel Popov korrupsiyaya və Ordunun pullarını talan etdiyinə görə yaxın zamanda həbsə atılan sayca 3-cü nazir mavini – generaldır…
Paralelləri özünüz çəkin və qonşularımızın “dava-dava kinolarında” yaradılmış rus generalları obrazına inanmayın…
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru