“Annus mirabilis”(Möcüzə ili) məqalələri

4-09-2024, 09:04           
“Annus mirabilis”(Möcüzə ili) məqalələri
“Annus mirabilis”(Möcüzə ili) məqalələri Albert Eynşteynin 1905-ci ildə “Annalen der Physik” adlı elmi dərgidə dərc etdirdiyi dörd məqalədir.
Bu dörd məqalə müasir fizikanın əsaslarına böyük töhfələr verdi. Onlar elmin fəza, zaman, kütlə və enerji kimi fundamental anlayışları qavramaqda inqilab etdilər. Elm tarixinə qızıl hərflərlə yazılmış bu misilsiz məqalələrin hamısı bir ildə nəşr edildiyinə görə 1905-ci il Eynşteynin “Annus mirabilis”i adlanır.
1-ci məqalə işıq kvantının enerjisini yaradan fotoelektrik effektini izah edirdi;
2-ci məqalədə Broun hərəkəti izah edilirdi (bu məqalə bəzi fizikləri atomların varlığını qəbul etməyə yönəltdi);
3-cü məqalədə universal sabit işıq sürətindən istifadə edərək Eynşteynin xüsusi nisbilik nəzəriyyəsi təqdim etdi;
4-cüdə isə məşhur E = mc^2 formulunda ifadə olunan kütlə-enerji ekvivalentliyi prinsipini inkişaf etdirdi.
Bu dörd məqalə, kvant mexanikası və Eynşteynin sonrakı ümumi nisbilik nəzəriyyəsi ilə birlikdə Müasir Fizikanın Əsasını təşkil edir.
İbrahim Nebioğlu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru