Səmədağa Şıxlarov - 65

6-09-2024, 08:04           
Səmədağa Şıxlarov - 65
Neftçi Bakıda Spartak Moskvaya uduzurdu.
Onların qapıcısı Renat Dasayev idi.
Səmədağa Şıxlarov vurdu və qol oldu.
Yerimdən elə hoppandım ki, başımla çılçırağı qırdım, çilik çilik oldu...
Tələbə idim. Atam zəhmli bir baxışla "Get imtahanlarına hazırlaş", anam "Fitbol çıxardanı Allah vursun" dedi. Şıxlarovun son dəqiqədə atdığı qolla Spartakı 4:3 udduq.
Neftçi ilə böyümüşdük. Səmədağa Şıxlarov balaca bir ölkənin balaca bir futbolçusu idi.
Dasayevə vurduğu qolla gözümüzdə böyüdü.
O tarixi oyundan sonra həyətə düşüb forslanmışdıq rus və erməni məhlə uşaqları qarşısında.
Məhləmiz də belə da…rus-erməni mühasirəsində bir yer idi.
"Drujbamolodyoj" deyirdilər, "Gənclər Dostluğu" küçəsi.
Çox gənc vardı müxtəlif mllətlərdən.
Küçəmizin adına baxmayaraq dost-zad da deyildik...
İndi "Drujbamolodyoj"un adı "Atatürk prospektidir"...
P.S.
Bu gün onun doğum günüdür.
Onu xatırlayan neçə nəfər var bu gün – bilmirəm...
Allahdan ona rəhmət diləyərək anmaq istədim Şıxlarovu.
Allah sənə rəhmət eləsin, Səmədağa!
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.