HAY ( XAY ), YOXSA ERMƏNİ ? !
7-09-2024, 09:03
“Erməni” deyimi əslində Haylara aid bir etnos adı deyil, bir coğrafi və dini – məzhəbi termindir. “Ərməniyyə” coğrafi ərazinin adıdır. Sonradan bu əraziyə ərəblər “Ərməniyyə”, xristian müəllifləri isə “Armeniya” demişlər. Daha sonra bu ərazi “Ermənistan” adlandırılmışdır. Bu ərazidə yaşayan bütün xalqlara və etnik qruplara, xüsusən, xristian dinini qəbul etmiş əhaliyə “Erməni”, yəni “Ərmənli”, “Ərməniyyəli” deyilmişdir.
Hayların Yer kürəsinin harasından Anadolunun bir hissəsi olan Ərmənə (Ərməniyyəyə, Ermənistana) gəlmələri haqqında müxtəlif müəlliflər müxtəlif fikirlər irəli sürmüşlər. Bəzi müəlliflərə görə, Haylar Hindistan qaraçılarıdır. Onlar dünyanın müxtəlif yerlərinə, o cümlədən də tarixin müəyyən bir dövründə bir qrupu Anadolunun Ərmən ərazilərinə köç etmişlər. Bəzi müəlliflərə görə isə onlar Ərmənə Balkanlardan gəlmişlər.
Müxtəlif dövrlərdə dünyanın müxtəlif yerlərində çingənə həyatı yaşayan Haylar Ərmənə gəldikdən və ya gətirildikdən (bəzi mənbələrə görə, Haylar Ərmənə Bizanslılar Balkanlardan gətirdərək yerləşdirmiş və və hətta xristianlaşdıraraq oturaq həyata uyğunlaşdırmışlar – A.M.) sonra bu ərazidə qədimdən yaşayan bütün etnik qrupların adı olan “Ərməniyyəli” adını sonradan özününküləşdirərək özlərini “Erməni” (əslində “Ərməni” - A.M.) yəni “Ərmənli” adlandırmışlar.
Hayların özlərini “erməni” adlandırmaqda əsas məqsədləri bu ərazidə qədimdən yaşayan ayrı – ayrı xalqların müxtəlif dövrlərdə yaratdıqları bütün maddi və mənəvi mədəniyyətləri öz adlarına çıxmaq və buna əsaslanaraq xarici ağalarının hərtərəfli dəstəyi ilə Ərməniyyədə (Ərməndə) bir Hayıstan dövləti qurmaq olmuşdur.
Halbuku: Haylar “erməni” adını mənimsəyənədək tarixin heç bir dönəmində bir millət kimi mövcud olmamışlar. Onlar əslində dağınıq halda yaşamış, hətta “erməni” adını mənimsədikdən sonra belə, özü də əslən hay olan Aslan Qevorkun yazdığı kimi “yalnız məhəlli səviyyədə tanınmışdılar. Onların heç bir zaman milli birlik hissi olmamışdır. Onlar arasında heç bir zaman siyasi bağlılıq mövcud deyildir. Onların yeganə bağlılığı qonşuluq idi. Beləcə, onların milli hissləri məhəlli xarakterli idi” (Bax: Aslan Kevork, L Armenie et bes Armenians, İstanbul, 1914).
Ərməndə ( Ərməniyyədə ) yaşayan haylar da daxil heç bir etnik qrupun özləri tərəfindən yaradılmış müstəqil dövləti olmamışdır. Bu ərazi bizim eradan əvvəl bir çox imperatorluqların tərkibinə qatılmış, bizim eradan əvvəl 521-ci ildən344-cü ilə qədər Əhəmənilərin, sonra isə sırası ilə bizim eradan 215-ci ilə qədər Makedoniya İmperiyasının, 25 il Sələfkilərin hakimiyyəti altında olmuş, sonra isə bu ərazilər Roma İmperatorluğu ilə Ərsaklı (Parfiya” İperatorliğu arasında tez – tez əldən ələ keçmişdir.
Bizim eranın 220-ci ilindən V (beşinci) əsrin əvvəlinə qədər bu ərazilər Sasani İmperiyasının,VII (yeddinci) əsrədək Bizans İmperiyasının əyaləti olmuş, sonra isə ərəblər bu əraziləri ələ keçirmiş və X (onuncu) əsrədək idarə etmiş, sonra Bizans İmprtiyası buranı ərəblərdən təkrar geri alaraq XI (on birinci) əsrə qədər idarə etmişlər.
1071-ci ildə Bizanslılarla Səlcuqlu Türkləri arasında baş verən “Malazgirt döyüşü”ndən sonra bu ərazidə yaşayan bütün əhali, o cümlədən də haylar Türk hökmranlığı altinda öz tarixlərinin qızıl dövrlərini yaşamağa başlamışlar. Haylar Türklərin hakimiyyəti altında əsrlərlə sülh və Əmin-amanlıq şəraitində yaşamış, yüksək dövlət postları tutmuşdular. Bu iş XIX əsrin son rübünədək davam etmiş, nəhayət xristian dünyasının öz məqsədləri üçün Türklərə qarşı “Erməni kartı”ndan istifadə etməsi ilə sona çatmışdır.
Yalnız bundan sonra haylar Türklərə o cümlədən də Azərbaycan Türklərinə qarşı öz çirkin hərəkətlərinə başlamış, milyonlarla günahsız Türklərə qarşı ağlasığmaz vəhşiliklər törətmiş və bugündə bu nalayiq hərəkətlərini davam etdirməkdədirlər.
Əsər məhz xristian dünyasının Türklərə qarşı haylardan necə və nə məqsədlə istifadə etdiklərindən, hayların Türklərə qarşı xristian dünyası, xristian missionerləri və fars şovinistləri ilə əlaqəsindən və bu işdə erməni kilisələrinin rolundan bəhs edir.
QEYD : BU " HAYLAR " ƏSƏRİMDƏN BİR PARÇADIR .
AYDIN MƏDƏT OĞLU QASIMLI
Filologiya üzrə fəlsəfə doktoru,
TEREF