CƏNGAVƏR RUHUNU DAŞIYAN DAĞILMAZ SUMUQ QALA. QAX RAYONU İLUSU KƏNDİ.

7-09-2024, 16:04           
CƏNGAVƏR RUHUNU DAŞIYAN DAĞILMAZ SUMUQ QALA. QAX RAYONU İLUSU KƏNDİ.
lX ƏSR ərəb tarixçisi ƏBDÜLHƏSƏN ƏHMƏD ƏL-BƏLƏZURİ "KİTAB FÜTUH ƏL-BULDAN"
(Məmləkətlərin fəthi) əsərində ərəb sərkərdəsi MƏRVAN ll MƏHƏMMƏDİN ŞƏKİNİ işgal etdikdən sonra qərbə doğru hərəkət edərək EL-BALAL adlanan qalanı mühasirəyə aldığını yazırdı.Tarixçilər uzun müddətli mühasirədən sonra alınaraq yerlə yeksan olunan bu qalanın QAX ərazisində yerləşdiyinə dair bir sıra fikirlər söyləmişlər. Qalanın xüsusilə İlisu dərəsində yerləşdiyinə dair ehtimallar üstünlük təşkil edir. BU ərazi sonrakı əsrlərdə də tez-tez hücumlara məruz qalsa da əcdadlarımız təkrar-təkrar öz müdafiəsi ücün qalalarını inşa etmişlər. Bəzən hər məhəllənin və nəslin belə öz müdafiə qalası olmuşdur. Ən son işğaldan sonra salamat QALAN yeganə varisdir Sumuq Qala.Onun adı ilə bağlı mülahizələr uzun İllərdir mübahisə mövzusudur. Bəzi ehtimala görə qalanın SUMU SULTANLA bağlı olduğu üçün belə adlandığı deyilir. Tarixi mənbəələrdə bu adda İLİSU sultanına rast gəlinməmiş və yalnız XVlll əsrdə hakimiyyətdə olmuş USMİ TİTİULU olan MƏHƏMMƏD xan adlı Qax hakimindən bəhs edilir. Lakin qalanın adının məhz bu titulla bağli olması müqayisəli araşdırmalarda heç də özünü dogrultmamışdır.
1844-cü ildə General ŞVARTSİN əmri ilə ruslar tərəfindən yerlə yeksan edilən İlisuda yalnız CAME-ULU məscidi və SUMUQ QALANİN salamat qaldığı bilinmək dədir. Came məscidi rus əsgərləri ücün KAZARMA kimi saxlanmış. Sumuq Qala isə döyüsdə məğlub olaraq Şeyx Şamilin tərəfinə keçən sonuncu İLİSU HAKİMİ DANİYAL SULTANA məxsus olan evin bir hissəsi olduğu və möhkəm inşa xüsusiyyətinə malik olduğu üçün dağılmaqdan xilas olmuşdur. Sumuq Qalanın İLİSUDA olan digər oxşarları yandırıl dıqdan sonra dağılsa da Sumuq Qala öz bütövlüyünü qoruyub saxladığına görə yerli camaat sonralar onu sümük kimi möhkəm, yerli şivə və ləhçə ilə yəni sumuq SUMUQ QALA ADLANDIRMIŞDIR.
Şahmərdan Əhmədli













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.