Selan… Sena… və kiçik balıqlar…

9-09-2024, 08:08           
Selan… Sena… və kiçik balıqlar…
İnqeborq Bahman (1926-1973) avstiryalı qadın yazıçı, Paul Selan (1920-1970) yəhudi əsilli rumın şairidir.
Selanla Bahman arasındakı məktubların toplandığı “Ürəyin vaxtı” adlı kitab 20-ci əsrin Avropada “məhəbbət mətni”nin şah əsəri sayılır. İkisi də almanca yazırdılar. Onların dramatik taleyi ikisinin məhəbbət təcrübəsinə nüfuz edir. Yazışmalardakı hər səhifə dilin, bədənin, yaddaşın çərçivə və sərhədlərini aşır, epistolyar janra yeni nəfəs və həyəcan gətirir…
İngeborq Paula yazır:
"Məni Sena çayının sahilinə apar, kiçik balıqlar olana və bir-birimizi yenidən tanıyana qədər baxaq axan sulara”.
Paul illər sonra Sena çayında bataraq ölür…
Selan…
Sena…
və kiçik balıqlar…
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru