QIZILBAŞ

9-09-2024, 12:38           
QIZILBAŞ
Şeyx Heydərdən sonra səfəvilər və onların tərəfdarları Qızılbaş adı ilə tanınırdı. Şah İsmayıl hakimiyyətə gəldikdən sonra isə bu ad siyasi bir kimlik qazanaraq yeni yaranmış dövlətin adında da Qızılbaş dövləti (Dövləti Qızılbaş) şəklində işlənməyə başlandı.
Bütövlükdə şeyx Heydər tərəfindən həyata keçirilən uniforma dəyişikliyi Səfəvilərdə Ərdəbil təkkəsinə bağlılıq və mənsubiyyət, eləcə də kimlik duyğusunun möhkəmlənməsinə kömək etdi. İndi onlar mənsubluq hissini gücləndirən bu uniforma dəyişikliyindən və onun əsasında yaranan yeni Qızılbaş adını daşımaqdan mənəvi zövq alırdılar.
Qeyd edək ki, əvvəllər zahiri əlamətlərinə görə Səfəviləri bu ad ilə çağırırdılarsa, sonradan Qızılbaş kəliməsindən Osmanlılar Səfəviləri təhqir etmək, aşağılamaq məqsədi ilə istifadə etmişdilər.
Ancaq Ərdəbil sufiləri bu adla çağırılmaları ilə bağlı həmişə fəxr etmişlər. Onlar dövlətlərini "Dövləti Qızılbaş", hökmdarlarını "Padişahi Qızılbaş", ölkələrini "Qızılbaş ölkəsi", dillərini isə "Qızılbaşca" adlandırmaqdan çəkinməmişlər.
Elbrus Vahidov
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru