“ELİTA”

16-09-2024, 18:04           
“ELİTA”
Rus dilində danışanda özlərini “elita” hesab edənlərə…
Hələ də rus dilinin “elit dil” olduğuna inanırsınız?
Yanılırsız.
Birincisi, rus dilində danışmaq elit insan olduğunuz demək deyil, belə bir tanımlama yoxdur; ikincisi, elit insanlar cəmiyyətdə seçilən, sayılan, sayları çox az olan bir zümrədir.
Siz düşündüyünüz kimi olsa idi Bakının yarısı elit insan olardı.
Elə bilirsiz ki, balalarınız rus məktəbinə gedəndə onlar yüksək zümrəyə aid olacaqlar?
Buna doğurdanmı inanırsız?
“Elit” fransız dilindəki “elite” sözündəndir – ən yaxşı, seçilən, təkrarsız, seçilmiş insan deməkdir.
Yəni, ay Tolstoyevskilər, “elit” insanlar bütün cəmiyyətlərdə azlıqdır, bəzilərində isə ümumiyyətlə barmaqla sayılacaq qədər az saydadırlar.
Birisiz nəyə bənzəyir bu?
Soyadının sonluğundakı “ov”u atıb “zadə” seçməklə özünü soylu zadəgan olaraq göstərən bəzi insanlar düşür yadıma.
“Allahquluyev”i “Allahquluzadə” edəndə nə dəyişir?
Əvvəlcə qul xislətindən azad olmaq lazımdır,
sonra da “Stokholm sindromundan” qurtulmaq…
İbrahim Nebioğlu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.