ÇİNGİZ XAN KİM İDİ? MONQOL/MOGUL YA TÜRK?

22-09-2024, 12:25           
ÇİNGİZ XAN KİM İDİ?  MONQOL/MOGUL YA TÜRK?
“Nomads of the Great steppe” – “Böyük çöllərin köçəriləri” jurnalinin Meta (Facebook) səhifəsini oxuyuram. Bu gün orada Qarlyğaş Nūr Jan adlı xanımın belə bir paylaşmasını oxudum:
Çingiz xanın türk ya monqol olduğunu bilmək üçün aşağıdakı suallara cavab vermək gərəkdir:
1. Niyə qədim Çin salnaməçilərinin yazdığına görə Çingiz xanın bütün yürüşlərində yalnız türk tayfaları iştirak edib, bircə dənə də olsun monqol tayfasının adı qeyd olunmayıb?
2. Niyə Çingiz xan səltənətini quranda yalnız türk tayfalarına imtiyazlar verib monqol tayfaları kənarda qoydu? Monqol tayfalarının imtiyazları haqqında haqqında tarixdə heç nə yoxdur?
3. Çingiz xan monqol idisə, niyə monqollara yad olan, türklərin sitayiş etdiyi Tanrıya dua edirdi? Məsələn, niyə Çingiz xan müasir xalxa-monqolların bütpərəst əcdadlarının ibadət etdiyi Ana-Marala sitayiş etmirdi?
4. XX əsrin əvvəlinə qədər, daha dəqiq desək, 1921-ci ilə qədər çağdaş Monqolustan ərazisinin Türküstan adlanması necə izah olunur?
5. Qərb tədqiqatçıları "Çingiz Xanın Qəhrəmanlıq Eposu"nun mətnini qədim monqol dilindən latın dilinə tərcümə ediblər. Stilistik baxımdan ona mükəmməl demək olar. Amma sonda məlum oldu ki, qədim monqol dili türk dili imiş...
6. Buradan yaranan sual... Necə oldu ki “qədim monqol dili” adlandırılan dil türk dili çıxdı?
Sualları bu mənbədən https://www.quora.com/Why-do-Turks-claim-Genghis-Khan-was... götürən Qarlyğaş Nūr Jan sonda öz sualını əlavə edir:
Əgər Çingiz xan monqol idisə, niyə Rusiyada və Qazaxıstanda çayların, şəhərlərin adlarında, eləcə də dillərdə monqol sözləri yoxdur? Hara baxsan, yalnız türkcə sözlər, adlardır, elə dildə də yalnız türk sözləri üstünlük təşkil edir.
Bu mətni oxuyub Azərbaycan dilinə çevirəndə məndə də suallar yarandı: “Çingiz Xanın Qəhrəmanlıq Eposu"nun mətninin dili həqiqətən türk dilidirsə, onu ilk dəfə kim “qədim monqol dili” kimi təqdim edib? Daha doğrusu, qələmə verib? Bu kimə və nə üçün lazım olub? Və kimə sərf edir? (qeydim)
Чингиз Султансой
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.