"Uça bilməyən qanad kəsilməlidir"
24-09-2024, 12:17
O qartaldı zirvələrdə, göylərdə uçmağa öyrəşib. Yerdə İlan kimi sürünməyi bacarmır. Onu zirvələrə qaldıran qanad işləmirsə artıq o qanad onun nəyinə lazımdır?!
Bir rəvayət var uzundu deyə hamısını danışmıram qısa deyirəm.. .
Bir ovçu vurub Qartalın qanadını yaralayır. Qartal Yerə düşüb sürünəndə İlanı görür. İlan deyir ki, axırki səndə süründün. Onda Qartal deyir; Sən 300 il yerdə sürünərək, torpaq altında, xəyanətlə yaşayırsan mən 50 il göylərdə, zirvələrdə qürurla yaşadım və son gücünü toplayıb çırpına çırpına uca bir qayanın zirvəsinə qonur və son dəfə ətrafa baxıb "mən sürünmək üçün yaranmamışam axı İlahi!" deyərək qayadan özünü atır. Daşlara dəyərək ölür. İnsanlarda, millətdə belədir ! Ya özünə gözəl ölkə qurub qürurla rifah içərisində yaşayır, yada ilan kimi zəhərini ona buna tökərək sonrada yaltaq yaltaq "girməyə" yer axtararaq həyatı boyu sürünür...
Mahmud Huseyinov
TEREF