SEVAN GÖLÜ

25-09-2024, 11:18           
SEVAN GÖLÜ
Ermənilər Göyçə göl adının türkcə olduğunu dana bilmirlər, ancaq iddia edirlər ki, guya Sevan ermənicə qara göl deməkdir. Düzdür, erməni dilində sev, yəni qara sözü vardır, ancaq o sözün gölə heç bir aidiyyatı yoxdur. Sevan Qıpçaq tayfalarından birinin adıdır.
Onlar ilk xristianlıq dövründən Albaniyada yaşamış, gölü, gölün sahilindəki mahalı və İberiyadakı iki kəndi öz adları ilə adlandırmışlar.
Sevanların İberiyadakı kəndləri son zamanlara qədər qalırdı və Sevənli adlanırdı.
Ermənilərin Moisey Xorenatsi adlandırdıqları Musa Kürənli yazır ki, Sevan gölün içində qala və qalanın içində kilsədir.
1139-cu il zəlzələsində qala da, kilsə də suların altında qaldı. Ermənilər eyni adlı kilsəni çox sonralar gölün kənarında tikdilər. Sevan qalasının sakinləri xristian olsalar da, daim ermənilərlə və yunanlarla vuruşurdular.
Musa Kaqankatuklu yazır: Ərəb sərkərdəsi Mərvan 720-ci ildə gölün içində olan Sevan qalasını tutub Bizansa tərəf yollandı, ermənilərlə və bizanslılarla müharibəyə başladı.
Xristian qıpçaqların Sevan nəslindən Sevanlı lll Stepan, Sevanlı l Sargis adlı elm və din xadimləri çıxmışdır.
Onlar öz əsərlərini erməni dilində yox, Türk dillərinin Qıpçaq ləhcəsində yazırdılar.
Məryəm anaya qıpçaqca Kız Mariam deyirdilər.
İsa əleyhissəlama xristos yox, Tanqri oğlu deyirdilər.
Ərəblər gələndə onların bəziləri İslam dinini qəbul etdilər, Dərə Çiçək mahalında Sevənli kəndlərində müsəlman qıpçaqlar kimi yaşadılar.
Bəziləri xristian olaraq qaldılar, nəticədə uzun illərdən sonra erməniləşdilər və gürcüləşdilər. Sevanlı qıpçaqların bir nəsli də Qırğızıstanda yaşayırdı.
"Manas" dastanında bir neçə məqamda onların adı çəkilir. Tez-tez həmkarlarım məndən soruşurlar, gölün Göyçə adı qədimdir, yoxsa Sevan?
Bu mövzuda düşüncələrimi yaxın günlərdə sizinlə paylaşacağam.
İlhami Cəfərsoy,
Tarixçi Alim.
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.