ORQANİK YESENİN

26-09-2024, 15:04           
ORQANİK YESENİN
Sergey Yesenin rus kəndinin və rus kənd həyatının tərənnümçüsü hesab olunur.
Şeirlərində ağcaqayın, balalayka, vodka, lapti (rus. лапти) yoxdursa bilin ki, o şeirlər Yeseninin deyil. Lakin 1924-cü ildə yazdığı qısa tərcümeyi-halında (“Автобиография”) yazırdı:
“1918-1921-ci illərdə bütün ruslar kimi mənim də sərgərdan həyatım 1918-ci ildə başladı. Bu illər ərzində mən Türküstanda, Qafqazda, Persiyada, Krımda, Bessarabiyada, Orenburq çöllərində, Murmansk sahillərində, Arxangelskdə və Solovkidə olmuşam. 1921-ci ildə Aysedora Dunkanla evləndim və İspaniyadan başqa bütün Avropanı ölkələrini gəzərək Amerikaya getdim. Xaricə gedəndən sonra ölkəmə, hadisələrə başqa gözlə baxmağa başladım. Mən bizim azca soyumuş köçəri həyatımızı sevmirəm. Mən sivilizasiyanı sevirəm”.
Arxasınca tavtologiya başlayır.
Hətta ikicə dəqiqəyə Amerikaya, göydələnlərə, onun gözlə görünən qüdrətinə, gücünə aşiq olan Yesenin həvəsini alandan, Aysedoraya soyuyandan sonra yadına düşür ki, rusdur.
Belə yazır: “Əgər bu gün kurs Amerikaya tərəf götürülsə mən boz səmamıza və mənzərəmizə üstünlük verməyə hazıram…bir az yerə batmış izba, araba təkəri, fırlanan təkərdən çıxan böyük ox, küləkdə quyruğunu yelləyən uzaqdakı sısqa at”…
Mən orqanik olanı sevirəm yazır təcümeyi-halında…
Göydələnlər və izba, yəni əydəş-üydəş rus daxması…
“Doğrudur,rus daxması bir göydələn deyil, çünki göydələnlər Rokfeller və MakKormiki kimilərini yetişdirir” deyir və əlavə edir: “Ancaq Tolstoyu, Dostoyevskini, Puşkinini, Lermontovu yetişdirən izbadır”…
Sergey Yesenin şübhəsiz ki, böyük şair idi.
Ancaq o, əsla və əsla fikir adamı deyildi!
https://t.me/ibrahim_nebioglu
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.