MƏDƏNİYYƏTİ İLƏ FƏXR EDƏN RUSLAR
22-10-2024, 12:44

Puşkin sürgün edildi;
Lermontov sürgün edildi;
Dostoyevski edam cəzasına məhkum edildi, sonra rəhm edib sürgün etdilər;
Tolstoy anafemaya məruz qaldı;
Radişşevə ölüm hökmü verildi, sonra mərhəmət göstərib sürgün etdilər;
Gertsen sürgün edildi, ölkədən qovuldu;
Oqaryov həbs olundu, ölkədən qovuldu;
Çaadayevi təqib edə-edə dəli elan etdilər;
Qumilyov güllələndi;
Mandelştamı sürgün edib öldürdülər;
Svetayeva sürgün edilib intihara sövq edildi;
Xarms ruhi xəstəxanada aclıqdan öldü;
Pasternakı təqib edir, nəşr etmirdilər;
Babel işgəncəyə məruz qalırdı, güllələndi;
Bulqakov təqib edildi, nəşr olunmadı;
Mayakovski üç dəfə mühakimə olundu, həbs edildi;
Axmatova şərlənirdi, oğlu həbs edildi, əri öldürüldü;
Brodski sürgün edildi, ölkədən qovuldu;
Şalamov iki dəfə həbsdə yatdı;
Aksyonov ölkədən qovuldu;
Voynoviç təqib olundu, ölkədən qovuldu;
Korjavin sürgün edildi, ölkədən qovuldu;
Soljenitsın təqib olundu, sürgün edilib ölkədən qovuldu;
Dovlatovu təqib etdilər, ölkədən qovdular;
Ernst Neizvestnıy təqib edildi, ölkədən qovuldu;
Bıkov təqib edildi;
Şenderoviç ölkədən qovuldu;
Akunin, Qluxovski, Ulitskaya, Şişkin mühacirət etməyə sövq edildilər.
Kreml deyir ki, xarici qüvvələr rus mədəniyyətini “boğmağa” çalışır.
Xaricilərə ehtiyac yoxdur ki.
Ruslar bunu özləri çox yaxşı edirlər zatən…
https://t.me/ibrahim_nebioglu
TEREF