OĞLU CƏBHƏDƏ HƏLAK OLMUŞ ETRUSK ATA ÖZÜNƏ QƏSD ETMƏK ÜÇÜN CƏHD GÖSTƏRİR FOTO
24-10-2024, 08:08
Ədəbiyyat yazır ki, güzgü arxasındakı əsas səhnədə hər birinin adı ilə yazılmış dörd fiqur var. Guya onlar yunan mötərizədə verilmiş allahlarının etrusklardakı adekvatarıdır: “Tinia (Zevs), Menerva (Athena), Thanr (Persephone?) və Ethausva.
Tinia Menervanı dünyaya gətirir”.
***
Tamamilə yalan yazır Avropa ədəbiyyatı.
***
Mən burada onların - şəkildəki fiqurların etnogenezini araşdırmayacağam, ancaq hamının fikrini güzgüdəki şəklə və mətnə cəlb etmək iqtidarındayam.
Burada, yəqin ki, ETRUSKA hecum etmiş işğalçılara qarşı döyüşdə həlak olmuş oğluna yas tutan ata və ananın dərin kədəri təsvir edilib. Şəkillərçətin götünür. Cizgiləri azacıq ağarda bilsəm də.
Dəhşətli xəbəri elə bu an almış valideynlər tamam şok vəziyyətindədirlər. Ata dünyəvi kədərin üzündən özünə əl qaldırır. Zərbə güclü və öldürücü olsun deyə, başından yuxarı qaldırdığı sağ əlindəki çox iti xəncəri bir andaca onsuz da parçalanmış ürəyinə endirir o.
Kədəri o qədər böyükdür ki, ata sevdiyi oğlunun ardınca ölümə getməyə hazırdır.
Mərkəzdə, atanın başının bir qədər yuxarısında, bir əlində uzun ox, digərində qalxan tutmuş gənc döyüşçü təsvir edilmişdir. Bu, onun oğludur. Çiyinlərindəki enik qanadlar ölümün simvoludur - o ölüb. Bu dözülməz qəhr atanı intihara əl atmağa vadar edir.
Bu andaca mələk timsallı çox güman qonşu və ya əqraba qadın onu dayandırmağa çalışır.
Arxadakı yarımcan vəziyyətdə yerə sərilərək, artıq sinəsinə də güclü əli ilə döyməyə taqəti qalmamış digər qadın şəhidin Anasıdır.
Bütün bunlar fiqurlar arasındakı boşluqlarda etrusca cızılmış kəlmələrdən enir.
Kəlmələrin yuxarıda - yazıldığı yerləri şəkildən endirib, sola fırlatmaqla hamısını oxunan müstəvidə təqdim edirəm. Onlar aşağıda ayrı-ayrı ardıcıllıqla verilib. İtməkdə olan yazını necə var eləcə də ağ rənglə qabartmışam. Sağdan sola belə oxunurlar:
THANR SHENEDGF AİNİR EOAUSHCA!
Bu, türk dilindədir və belə qəlibləmə tələb edir:
TANR SENE DGF AİNİR, EOAUSHCA
TANR[I] SENEE D[E]G[İ]F AİNİR, EOVAŞCA.
Qadın-Mələk ürəyə sancacaq xəncər tutmuş əli saxlayaraq deyir:
TANRI SƏNƏ və ya ŞƏNƏƏ DƏGİF, yəni SİNƏNƏ və ya ŞƏNİNƏ ZƏRBƏNİ VURUB (ARTIQ), AYNİR, YOVAŞCA (yəni ƏL SAXLA) !
[HEÇ OLMASA ÖZÜNƏ QƏSD ETMƏ].
Deyib, cavan atanı ölümdən xilas edir.
Tariyel Azerturk
TEREF