"İnsanların axmaqlığı hara qədər gedib çıxa bilər, o, sərhədsizdir"

24-10-2024, 09:04           
"İnsanların axmaqlığı hara qədər gedib çıxa bilər, o, sərhədsizdir"
Dünya ədəbiyyatında, avtobioqrafik roman janrının ustadı kimi tanınan Andre Morua sevdiyim yazardır. Onun çox gözəl bir fikri var:
"Vətəndaşları təkcə əyləncə və mənsəb haqqında düşünən istənilən cəmiyyət, ədalətsizliyə və zorakılığa şərait yaradan istənilən cəmiyyət, insanların bir-birinə cüzi də olsa, güvənmədiyi istənilən cəmiyyət, üzvləri məqsədsiz yaşayan istənilən cəmiyyət – məhvə məhkumdur."
Onun "Gənc bir insana yaşamaq elmi haqqında açıq məktub" kitabında maraqlı bir hissə var.:
- İngiltərə qəzetlərində adı və kimliyi məlum olmayan bir pianoçunun sükut konserti haqqında yazılar dərc olunur. Səs-küylü reklam öz işini görür və konsert günü zal bütünlüklə dolu olur. Sükut virtuozu royalın arxasına keçir və ifa etməyə başlayır,amma royalın bütün telləri çıxarıldığı üçün heç bir səs eşidilmir. Zaldakı adamlar bir-birinə toxunurlar. Onların hər biri qonşu stulda əyləşən adamın nə edəcəyini gözləyir və nəticədə bütün auditoriya nəfəslərini tutaraq axıracan otururlar.
İki saatlıq matəm sükutundan sonra konsert sona çatır. Pianoçu ayağa qalxır və təzim edir. Onu gur alqışlarla yola salırlar.
Ertəsi gün sükut virtuozu bu hekayəni bir televiziya proqramında danışır və sonda etiraf edir:
"Mən görmək istəyirdim ki, insanların axmaqlığı hara qədər gedib çıxa bilər, o, sərhədsizdir"-
Bunun izahını özü də verir: "Sizə köhnə mənəvi dəyərlərin keçmişdə qaldığını təlqin eləyiblər. Bu yalandır. Əgər müasir insana diqqətlə baxsanız, söz örtüyünün altında tapdığınız insanın bütün dövrlərdə eyni olduğunu görəcəksiniz."
Demək insanların axmaqlığı bu günün deyil, tarixin bizə mirasıdır....
Zaur Aliyev
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.