YERLİ BUĞA...
28-10-2024, 09:04
Hüzür məclisində, neçə illərdi görmədiyim qohumla oturmuşduq.
Qarşımızdan ,,myaskombinatlıq" buğaya bənzər biri keçirdi. Tənbəl baxışlarla bizi süzdü: niyə salam vermirsiniz?
- Kimdir bu adam? - soruşdum qohumdan.
- Heç kim... - fikirli halda cavab verdi. - Belədə qonşu uşağıdır.
Adam keçdi oturdu, başladı masadakıları ağır baxışlarla süzməyə. Bir-iki nəfər yerindən azacıq qalxıb ona ehtiramla gülümsədi. Adam isə, kipriyin belə tərpətmədi. Sanki, boş yerə baxırmış, aldı telefonunu başladı ucadan monoloq söyləməyə.
- Hə... de görüm. O italyanski malı boşaltdınız? Hə... Yox baha döyül. De bu gün 120 min dollar vurduraram... Qoy iki-üç millionluqda mal göndərsin. Sabah pulu vurarıq...
Ətrafındakılar, mən qarışıq, daha mollanı eşitmirdik. Hamı salavat çevirəndə, bizdə qoşulurduq onlara. Buğa dollar səpirdi sağa-sola...
- O maşınıda dəyişmək lazımdı. Ə noolsun təzədi! Yox, ,,Defender" xoşuma gəlmir... İndi hər adam onu sürür...
Qohum qulağıma pıçıldadı:
- Bunun dədəsi rayonda məşhur insan idi. Mal bazarında firlanırdı. Dururdu bir eşşəyin yanında, öz malı kimi satıb aradan çıxırdı. Ləğəbi də, elə satdığı idi. Bu uşaqda bir varlıya qulluq edir. Görməsədə, götürməyi bacarıb.
Adam hələ danışırdı.
- Dörd vaqon Qazaxstandan vurun. İspanın malın qaytarın! Hə! Ajıxdan qaytarıram... Əlli min atın ağzına, məsələni bağlayın!...
HEÇKİMLİK ağır taledir. Pulla, varla, sərvətlə KİM olmaq alınmır ki, ALINMIR...
Zahid Teymurov
TEREF