Aderbican Zərdüştün doğulduğu bölgədir. Urmiya onun doğulduğu şəhərdir. - Taixçi alim
31-10-2024, 09:04
Hər dəfə iddia ediləndə ki, Azərbaycan adı yenidir və onu Stalin verib, arxivdən yüzlərlə sənəd çıxarıb sübut edirik ki, ölkəmizin adı tarixin bütün dövlərlərində coğrafiya olaraq keçib. Bu coğrafiyaya səyahət etmiş və bura barədə yüzlərlə qeydlər olan qədim əlyazma, kitab və sənədlərdə təsdiq edirlər ki, Azərbaycan adı qədim dövrlədən mövcud olub. Tarixin istənilən səhfəsinə baxsaq biz Azərbaycan adını görə bilərik.
Bu faktlara birini də əlavə edirik.
1800-1870-ci illərdə yaşamış Rus kartoqrafı, dilçi, arxeoloq, şair və yazıçısı Veltman Aleksandir Fomiçinin 1831 və 1832-ci illər ərzində dərc edilmiş “ Səyyah: Esselər” adlı əsərini təqdim edirəm. Üç cilldlik kitabı oxumaq üçün https://search.rsl.ru/ru/search... saytına daxil ola bilərsiniz. Veltman Aleksandir Fomiç əsərlərində Azərbaycan adını dəfələrlə çəkib. Diqqətimizi çəkən onun “Zərdüşt” adlı şeiridir:
“Aderbican təpələri üzərində
Günün işığı belə alovlu yanırmı?
Əhriman güclü rəqib deyilmi?
O, müjdəçi kimi Urmiyadan uçur?”
Və burda adını çəkdiyi coğrafi adlara izah verir:
Aderbican Zərdüştün doğulduğu bölgədir. Urmiya onun doğulduğu şəhərdir.
Bu bir daha sübut edir ki, Azərbaycan coğrafiya olaraq qədimdən mövcud olub və bəşəriyyətə böyük ideyalar gətirən Zərdüşt bu torpaqda dünyaya gəlib. Azərbaycanın dini-etik görüşlər, fəlsəfi baxış və bədii fikir dünyasının mayası, qaynaqlarından biri də məhz onun müəllifi olduğu "Avesta"dır.
Zaur Aliyev
TEREF