Cənubi Azərbaycan (Atropatena) Midiya adlanırdı, bəs Şirvan ərazisi də Midiya sayılırdı?
2-11-2024, 10:03
Oxuculara bir xəritəni - Karl van Verdenin (1719-cu ildə ingiliscə nəşr olunub) "Xəzər dənizi"ni təqdim edirik. Ancaq əvvəlcə bir az tarix: Bildiyiniz kimi, Avropa kartoqrafiyasında Cənubi Azərbaycan ərazisi ənənəvi olaraq “Midiya” adı ilə qeyd olunurdu (müxtəlif xəritə və sənədlərdə bu ad Media, Medes, Medie kimi istifadə olunur). Lakin Avropa və Rusiya kartoqrafları bölgəni və onun əhalisini yaxından tanıdıqca, tez-tez “Midiya” adını Qafqaz Azərbaycanına da yaymağa başladılar.
Nümunə olaraq ingilis diplomatı və səyyahı Entoni Cenkinsonun 1562-ci ildə tərtib etdiyi xəritəni götürək. Bu, Şirvanın tarixən Azərbaycanın bir hissəsi olduğunu təsdiqləyir. Belə ki, xəritədə Dərbənd, Bakı və Şamaxı Şirvan rayonunun əsas şəhərləri olan Midiya (Azərbaycan) şəhərləri kimi göstərilib. Eyni zamanda qədim yunan tarixçisi Plutarx, Pompeyin və Mark Antoninin bioqrafiyası əsərlərində qeyd edirdi ki, Araz çayı Midiya ölkəsindən keçərək Xəzərə tökülür. Anladığınız qədər, Azərbaycan cənublu-şimallı birdir, ayrılmazdır. İstinad: oldmaps.amireyvaz P.S. Kommentlərdə orta əsr mənbələrindən nümunələri yerləşdiririk. - Venesiyalı səyyahlar Şirvanşahı Midiya kralı adlandırırlar Milli Kimlik TEREF