Batin alimi yazır: Bütün dinləri Azəri pirləri, seyidləri yaratmışlar.

7-11-2024, 09:28           
Batin alimi yazır: Bütün dinləri Azəri pirləri, seyidləri yaratmışlar.
Bu dünyada yalnız bir kosmik hadisə baş vermişdir ki, bu da Azəri pirlərinin banisi Bəkdüz Əmanın göydə İlahdan El yaratması hadisəsidir. Mənbələrdə açıq yazılır ki, Türk xanı İlahda olmuş və orada El, yəni El-İlah - Allah yaratmışdır.
Misir yazılarında Təkdüz Amon kimi qeyd olunan Azəri piri Bəkdüz Əman, minlərlə qurban kəsərək, onların ruhlarını maqiya və rituallarla, yəni mantralarla göydə birləşdirmiş və orada El, yəni cənnət, ruhlar dünyası yaranmışdır. Dilimizdəki "din" sözü də Ədn cənnəti, din cənnəti mənasındadır. "Dünya" sözü də din-ya, yəni göydəki dünya mənasındadır. Deməli, bu dünyada bütün dinlərin kökü yalnız bir kosmik hadisə ilə bağlıdır. İslam sözü də batini mənada İssi-aləmi, isa-aləmi, yəni ruh aləmi mənasındadır. Tövratda İslam sözü "səlim" və "sulam" rəmzləri ilə eyni mənada qeyd olunur ki, bunlar da sufi pilləkənini qalxıb, göydəki Səlim (İslam) şəhərinə, yəni cənnətə düşmək anlamındadır. İslam dini - insan ruhunun, öləndən sonra cənnətə düşməsi üçün getdiyi yoldur. Müsəlman olmaq, müsəlman sözünün kökündə duran El-Əman, yəni Amon Allahın göydəki El-inə düşmək mənasındadır.

Bütün bunlar o deməkdir ki, bu dünyada yalnız bir kosmik hadisə - firon Amonun İlahdan El yaratması hadisəsi baş vermişdir və Əflatuna görə bütün qədim yazılar, abidələr və hər şey rəmzlərlə ifadə olunaraq bu hadisəyə həsr olunmuşdur. Firon Amon İlahın, yəni ilkin materiyanın qanunlarını kəşf etdikdən sonra, sufizmin bəqa fazasında, yəni bəglik məqamında göydə El, aləm, dünya yaratmışdır. Buddizm dini də məhz bu Sakyamuninin, yəni Sak-Amonun İlahın qanun və qüvvələrini kəşf etməsinə həsr olunmuş dindir. Mən, internet səhifələrimdəki "Budda - göydə Allah yaratmış Azəri bəgidir" adlı məqalədə bu haqda geniş yazmışam (sayt: https://www.gilarbeg.com/?sehife=oxu&lang=1&content=1238). Deməli, Buddizm - firon Amonun İlahın, yəni ilkin materiyanın qanun və qüvvələrini kəşf etməsinə inamdır.

Firon Amon İlahı kəşf edib, ondan göydə El, yəni cənnət yaratdıqdan sonra, özünün ölümsüz pir-fironlar nəslini, onlar isə ölümlü adi insanları yaratdılar və bu haqda mənim - "Человека сотворили Хазарские беки - Элохимы" adlı məqaləmdə ətraflı məlumatlar verilmişdir (sayt: https://firudin.blogspot.com/2023/11/blog-post.html?m=1).
Firon Əmanın ölümsüz pirlər nəsli rəhmətə getdikdən sonra, ruhları birbaşa məhkəmə zalına və oradan da cənnətə düşür. Adi insanların da ruhlarının pir Amonun bu cənnətinə düşməsi üçün O, İslam dinini və cənnətə düşməyin qayda-qanunlarını yaratdı. Bu o deməkdir ki, İslam dininin mahiyyəti - insan ruhunun, firon Amonun İlahdan yaratdığı El-ə, issi-aləminə, yəni cənnətə düşməsinə inamdır. Mən internet səhifələrimdəki - "Qədimdə din – pirin İlahla vəhdətinə deyilirdi" adlı məqalədə "din" sözünün ən qədim dövrdəki mənalarını açmışam (sayt: https://firudin.blogspot.com/2024/04/qdimd-din-pirin-ilahla-vhdtin-deyilirdi.html?m=1).

Qədim Misirdə ruh - "sia" və "şu" rəmzləri ilə qeyd olunurdu ki, digər mənbələrdə bu rəmzlər - issi, isus, isa, yeşua, şiə, üzzə və s. kimi də qeyd olunmağa başladı. Qədim Misir yazılarına görə, firon Amon göydəki dünyanı yaratdıqdan sonra, onun Şu ruhu göyləri qaldırıb Qeb (Qeyb) cənnətindən ayırır və göyləri saxlayır. Başqa sözlə, dilimizdəki şiə sözü əslində - qədim Misirdə Şu kimi keçən, xristian və yəhudilərin isə İsa, Yeşua adlandırdığı Amon Allahın ruhu deməkdir.
Quranda şiə sözü şiat kimi, Tövratda isə Yeşuat kimi keçir və batini mənada bu kitablar, insan ruhunun, pir Əmanın bəglik məqamında yaratdığı cənnətə düşməsinə həsr olunmuşdur. Bu isə onu deməyə əsas verir ki, musəvilik, yəni iudaizm dini də insan ruhunun bədəndən çıxdıqdan sonra cənnətə düşməsi və Amon Allahın yaratdığı bu cənnət ilə bağlı dindir. Mən - "Тайна Моисея и его Торы" adlı məqalədə Tövrat kitabının bilavasitə Azəri bəglərinin kitabı olmasını, musəviliyin də onların cənnəti ilə bağlı olmasını elmi sübut etmişəm (sayt: https://firudin.blogspot.com/2023/06/blog-post.html?m=1).
Xristianlıq İsa peyğəmbərdən başlanır ki, qədimdə yəhudi adlanan Xəzər Türk bəgləri İsanı - Yeşua, yəni Ya-Şiə adlandırırdılar. Mənim internet səhifələrimdəki "İsa peyğəmbər də seyid olub!" adlı və İsa peyğəmbərə aid digər məqalələrimdə, onun məhz indiki Azərbaycan torpağı və xalqı ilə bağlı olması mənbələrlə sübut olunub (sayt:https://firudin.blogspot.com/2024/02/isa-peygmbr-d-seyid-olub.html?m=1).

Zərdüştilikdə Allahın Şu, Şiə ruhu - Aşa, cənnət isə behişt və ya vaxişta adlanır ki, bu da bəg-şiat, yəni "bəglik məqamında göydə yaradılmış ruhlar bağı", cənnət deməkdir. Zərdüşt rəmzi batini mənada - "Azər (Osiris) Allahın Ruhu", bu dinin ardıcılları isə behdin, yəni "bəg-din" adlanır. "Зороастризм бехдинов является религией богов" adlı məqalədə mən, Azəri bəglərinin Zərdüşt dininin əsl mahiyyəti haqda geniş yazmışam (sayt: https://firudin.blogspot.com/2021/05/blog-post.html). Deməli, Zərdüşt dinində behişt - bəglərin şiə, şiat ruhları üçün pir Əmanın yaratdığı cənnətdir. Batini mənada behişt rəmzi ilə Bəkdüz rəmzi eyni mənalıdır ki, bu da Bəkdüz Əmanın - behiştin sahibi olması anlamındadır. Qədim İran mənbələrində bu bəglər - "farnbaq", yəni firon-bəg, pir-bəg və "frataraka", yəni firon-türk, pir-türk adlanırlar.
Türk mənbələrində ölümsüz şiat (şiə) ruhlu bəglər - "şad bəglər" kimi qeyd olunur ki, qədim mətnlərdə şad rəmzi şadday, şaddat, sadat, suti, seyid və s. kimi də yazılır. Qədim Misir mənbələrində ölümsüz şiə ruhlu seyidlər - "amorey-sutilər", yəni "mir-seyidlər" adlanırdı. Bu mir-seyidlərin vətəni - firon Amonun göydə yaratdığı Atum və ya Osiris Allahının yerdəki Gel şəhəri sayılırdı. Tövratda Gel şəhəri - Gelat izmaililərinin şəhəri, İslamda isə ifrat Gelat ismaili şiələrinin şəhəri kimi qeyd olunur. Digər mənbələrdə bu Gel, Gelat eli - Azərbaycan Atabəglər Ailəsinin Xelat eli kimi məlumdur.
Tövratda Gelat, Xelat eli Xaldeya da adlanır ki, ilk insanlar burada Babil qülləsini, yəni Allah Evini - Beytullah tikmişdilır. Gelat sözü Gel-Teo, yəni Gel şəhərindəki Allah deməkdir. Bu Allah qədim Misirin Ra günəş Allahı, yəni Ra-Amon (Rəhman) Allahı olduğu üçün Gel şəhəri həm də Gel-Ra, yəni Gelar adlanırdı. Deməli, qədim Misir mənbələrindəki Gel şəhəri elə ismaililərin Gelat, Azərbaycan Atabəglər Ailəsinin Xelat, bu günkü Azərbaycanın isə - seyid-bəglər yurdu olan Gilar elidir.
Keçən əsrə qədər bu el mənbələrdə - Gilarau mahalının Pərdü-Gilar eli kimi məlum idi ki, Pərdü rəmzi ən qədim Assur mənbələrində Assur ölkəsinin Parda paytaxtı kimi qeyd olunur. İnternet səhifələrindəki "Assuriya – qədim Azərbaycan ölkəsidir" adlı məqalədə mən Assur ölkəsinin qədim Azəri eli olması haqda təkzibolunmaz dəlillər gətirmişəm (sayt: https://gilarbeg.wordpress.com/2021/06/14/assuriya-qədim-azərbaycan-olkəsidir/). Başqa sözlə, bütün qədim Allahlar, padşahlar və peyğəmbərlər - Azəri pirləri, Azəri bəgləri olmuşlar. Azər, Azəri adı da qədim mənbələrdəki Asar, Assur, Aşşur adının digər yazılış variantıdır.

Tövrata görə, Azərbaycan Atabəglərinin Xelat elində, yəni Xaldeyada, xüsusi vahid səfa dili olan ilk varlıqlar Babil qülləsi tikmiş, adi insanların onun yaradılış sirlərini bilməməsi üçün, vahid dildən 70 müxtəlif dillər yaratmışlar. İlk varlıqlar yaradılışla bağlı İlahi həqiqətləri gizli saxlamaq üçün bu dillərdə tarixlər yazılmış, müxtəlif dinlər, fəlsəfələr yaradılmışdır. İlk İlahi varlıqların vahid səfa dili Quranda Süleyman peyğəmbərə verilmiş "Quş dili" adlanır ki, bu dili də yalnız ilk varlıqların varisləri olan Gilar seyid-bəgləri bilmişdilər. Bəşəriyyətin bütün elmini, mədəniyyətini və hər şeyi - İlahla vəhdətdə olan bu Azəri pir-bəgləri, seyid-şıxları yaratmışlar. Bütün sivilizasiya - Avropada "Quş dili bilən Gelardlılar" kimi tanınan bu Gel oğullarının hesabına inkişaf etmişdir və mən bu haqda internetdəki - "Древние масоны – прямые потомки богов" adlı məqalədə geniş yazmışam (sayt: http://gilarbek.blogspot.com/2012/12/blog-post.html?m=1). Bütün bunlardan çıxan nəticə odur ki, bütün dinləri Azəri pir-bəgləri, seyid-şıxları nəslinin nümayəndələri yaratmışlar. Bunları mən, müəllifi olduğum Batini-Quran və digər kitablarımda və yüzlərlə elmi məqalələrimdə təkzibolunmaz faktlar və mənbələrlə elmi sübut etmişəm.

Firudin Gilar Bəg
Sufi-batin alimi
6.11.2024












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.