Bu gün Azərbaycan əsilli hərbi jurnalist Orxan Camalın doğum günüdür.

12-11-2024, 16:48           
Bu gün Azərbaycan əsilli hərbi jurnalist Orxan Camalın doğum günüdür.
Qeyd edək ki, Orxan Camal 12 noyabr 1966-cı ildə Moskva şəhərində anadan olub. O, rəssam Cövdət Camalın nəvəsi, şərqşünas-islamşünas yazar Heydər Camalın isə oğludur.
Orxan Rusiya paytaxtındakı Serqo Orconikidze adına Moskva geoloji kəşfiyyat institutunun məzunudur. 1988-ci ildən televiziyada çalışıb, "Zdorovye" (rus. Здоровье) kimi məşhur teleproqramın rejissoru olub. Sonrakı dövrdə öz ixtisası üzrə işləmiş Orxan 1995-ci ildən jurnalistika ilə məşğul olmağa başlayıb.
Onun imzası "Veçernyaya Moskva", "Veçerniy kuryer", "Nezavisimaya qazeta", "Novaya qazeta", "Versiya" kimi nəşrlərdə görünüb. Şimali Qafqaz, Cənubi Osetiya, Əfqanıstan, İraq, Liviya kimi "qaynar nöqtələr"də, habelə Səudiyyə Ərəbistanında peşəkar fəaliyyətilə tanınan Orxan 2011-ci il avqustun 22-də Liviyada Tripoli uğrunda gedən döyüşlərdə ayağından yaralanıb.
Orxan Camal 2000-ci ildə Dini Jurnalistlər İttifaqının təsisçilərindən biri olub.
2005-ci ildə Rusiya Jurnalistlər Birliyi yanında "Tədqiqat komitəsi" jurnalist araşdırmaları Agentliyini təsis edib və onun icraçı direktoru olub. Bundan başqa, o, 2003-cü ildə "Travel" janrında ən yaxşı jurnalist adı qazanıb.
31 iyul 2018-ci ildə Mərkəzi Afrika Respublikasında qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkərkən operator Kirill Radçenko və rejissor Aleksandr Ratorquyevlə birlikdə qətlə yetirilib.
7 avqust 2018-ci ildə Moskva Cümə Məscidində Orxan Camalla vida mərasimi keçirilib. Cənazə namazını Rusiya Müftilər Şurasının sədri Ravil Qaynutdin qılıb. Camal Xovansk qəbiristanlığının müsəlman sektorunda dəfn edilib.
Allah rəhmət eləsin!
Ruhun şad olsun, əziz insan!
Гюльназ Канбарли
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.