CİLDİ İNSAN DƏRİSİNDƏN
13-11-2024, 10:14
“Mən Parisin füsunkar muzeylərindən biri olan Karnavaledə (Musée Carnavalet) Fransız İnqilabı ilə bağlı sənəd və əşyalara baxırdım. Gözümə otağın bir küncünə səliqə ilə qoyulmuş balaca kitab dəydi. Əyilib altındakı yazını oxudum: “1791-ci il Konstitusiyası”.
Fransanın ilk yazılı Anayasası. Bir az daha diqqətlə baxanda aşağıdaki sətirdəki heyrətamiz cümlə məni dondurdu: “Kitabın cildi insan dərisindəndir”.
“Bu balaca, rəngi saralmış kitabın qarşısında azadlıq savaşlarının nə qədər davam etdiyini , onun dərinliyini, azadlıq deyilən şeyin asan əldə edilmədiyini anlayır insan bir daha. Sanki hər ölkənin Anayasa kitabının üz qabığı insan dərisindəndir”, – Bu cümlələr professor Tarık Zafer Tunayaya (1916-1991) aiddir. O, Türkiyədə Anayasa Hüququ deyəndə ağla ilk gələn isimdir.
Osmanlı təbəəsi olan yunan Rigas Velestinlis (1757 - 1798) tərəfindən 1797-ci ildə yazılan “bütünləşdirici” Anayasa layihəsinin hazırlanmasından bu yana Anayasa məsələsi İmperiya dövründə də, Türkiyə Cumhuriyyətində də həmişə qanlı-qadalı olmuşdur…
Bu gün – 12 noyabr Konstitusiya günündə dəftərimdəki bu qeydlərimi sizinlə paylaşmaq istədim.
https://t.me/ibrahim_nebioglu