Çeçen və inquşların xilaskarı 4 azərbaycanlı
Dünən, 08:25
Azərbaycan təyyarəsinə ərazisində hücum edilib, sonra onu eniş etməyə qoymayan, o qədər insanın ölümünə bais olan Çeçenistan rəhbəri Ramzan Kadırov unutma ki, Azərbaycan xalqının övladları olmasa idi bu gün nə dövlətiniz var idi, xalqınız da sürgündə idi. Oxuyun bu faktı Çeçen xalqı və Ədalət sizin əlinizdədir. Putinin kuklası Kadırov hakimiyyətdə qalmalıdır ya yox!? Azərbaycana olan borcunuzu ödəməyin vaxtı çatıb
***
İkinci dünya müharibəsi illərində Alman ordusunda Azərbaycan legionu olaraq xidmət edən azərbaycanlılar barədə çox yazılıb. Çoxlu qəhrəmanlar haqqında faktlar ortaya qoyulub. Lakin Çeçen və İnquş xalqını Stalinin əmri ilə məhv edilməsinin qarşısını alan 4 azərbaycanlı legioner barədə çox az yazıblar.
Mərhum Çeçenistan Prezidenti Cövhər Dudayevin xanımı Alla Dudayeva, çeçen tədqiqatçısı Qobasu Lokaev bu barədə öz araşdırmalarında bunu veriblər. Lakin bu dörd nəfər azərbaycanlının adı məlum deyil. Əlimizdə olan sənədlərdə 4 nəfərdən birinin adı-Abbas adının çəkilməsini görmək olar.
Demək 1944-cü ilin lap əvvəlində Türkiyə kəşfiyyatı Sovet Rusiyasından çeçenlərin və inquşların öz doğma torpaqlarından qovulacaqları barədə gizli məlumat aldılar. Məlumata görə, çeçenlər və inquşların yük vaqonlarında Bakıya aparılması, daha sonra Xəzər dənizi vasitəsilə Krasnovodska daşınmaq üçün köhnə barjalara və bərələrə yüklənməsi planlaşdırılırdı.
Daşınma zamanı qeyd olunmayan sovet təyyarələri mühacirlərin əksəriyyətini bombalayıb batırmalı idi. Kreml bu hərəkətə görə Almaniya aviasiyasını günahlandırmalı idi. Bombalamadan sağ çıxan barjalar ən çətin iqlim, epidemiyalar, aclıq bütün çeçenləri və inquşları bitirməli olduğu Krasnovodskda dayanmalı idi.
Türkiyə bu xəbəri alandan sonra müsəlman dövlətlərinin bəzilərinin başçılarına diplomatik yolla xəbər göndərir. Alman kəşfiyyatına da məlumat verilir, bu məxfi məlumatı aldıqdan sonra Stalinin hazırladığı aksiya haqqında çeçen və inquşlara məlumat vermək planın hazırlayırlar.
İlk olaraq çeçen və inquş xalqının yanına hansı dəstə gedəcək müzakirəsi gedəndə Legion əsgərlərindən Abbas öz dostları ilə bu missiyanı üzərinə götürürlər. Dörd azərbaycanlı Çeçenistana gələrək qocalarla, Ulamə ilə görüşməyə başladılar. Onlara çeçen və inquşlara qarşı soyqırımın növbəti mərhələsinin hazırlandığını bildiriblər.
Çoxları onların hər birinin qovulacağına inanmaq istəmirdi. NKVD işçiləri bu 4 azərbaycanlı ilə maraqlanmağa başladılar. Tezliklə dörd azərbaycanlının hamısı həbs olundu.
Məhkəmə onlara cinayət məcəlləsinin 58-ci maddəsi ilə hökm çıxardır və Karlaq şəhərindəki siyasi məhbus düşərgəsinə etap edilir, oradan da Balxaş şəhərinə göndərildi. Onlardan biri həbsxanada dünyasını dəyişib. Qalan 3 nəfərin isə Azərbaycana qayıtdıqlarını yazırlar. Bu məhkəmədən sonra Çeçen və İnquşlara qarşı bu plan dəyişir və onlara toxunulmur. Beləliklə 4 Azərbaycanlı öz həyatları bahasına iki xalqı soyqırımdan xilas edirlər..
***
Hələ Çeçen Rusiya müharibəsində Azərbaycanın onlara etdiklərini demirəm. O illərdə beynəlxalq təşkilatda çalışırdım və çeçen qaçqınları ilə ünsiyyətdə idim. Hamısı bir ağızdan - Azərbaycan olmasa idi biz məhv olacaq idi deyirdilər. Yeganə dövlət Azərbaycan idi ki, hamı onlara yox deyəndə, biz onlara qucaq açmış idik.
İndi Çeçen xalqı görsün ki, Azərbaycan və Azərbaycanlılar onlara nə cürə kömək ediblər. Məhz bizim xalq onların bu gün o torpaqlarda qalmasının səbəbkarıdır
Zaur Aliyev, dosent
TEREF