ETRUSK, ETEO-KİPR VƏ ETEO-KRİT "TÜRKLƏRİ" EYNİ ETNİK TƏRKİBLİ ETNOSDUR VƏ MİQRASİYA ZAMANI ALDIQLARI ADLARDIR

1-01-2025, 15:54           
ETRUSK, ETEO-KİPR VƏ ETEO-KRİT "TÜRKLƏRİ" EYNİ ETNİK TƏRKİBLİ ETNOSDUR VƏ MİQRASİYA ZAMANI ALDIQLARI ADLARDIR
Xəritə 1-də sağdan Kilikiya dənizinin sahillərində ağ xətlə təqribi sərhədlənmiş ETE ELİ adlı ölkə barəsində ilk məlumata ~3 minillik BABİL "Xronoloqu" ŞƏMSİ ƏDƏD ABİ`nin gil lövhədə türkcə qazılmış nəhəng poemasında rast gəlirik. U poemada şair Ete Eli türklərinin Səudi Ərəbistanından ora köçüb gəlmiş və artıb çoxaldıqca yerli türklərin başına gətirdikləri fəlakətdən (gətirilmə haylar kimi) və onların dəniz yolu ilə miqrasiyasından danışır, Əsərində 4 dəfə TÜRÜKKÜ adını yana-yana çəkir Şair türkcə.
Bu məlumata dünya tarixi yazarlarının heç birində rast gəlinmir.
"ETE ELİ" adı bir də, Britaniya universitetlərinin birinin ərəb mənşəli professoru Fərrux Al-Ravinin Bağdad muzeyində saxlanılan digər mixi yazılı mətndən etdiyi tərcümədə üzə çıxır. Poemada söhbət bu ölkənin İŞŞUTİM adlı qala-şəhərində dağıdıcı dağunadan (vulkandan) gedir. Ölkənin adı mətndə belə çəkilir:
"ETE EL ENİN Kİ, MƏRDUK LÜZUM URUR".

Yəni “Ete eli vulkan püskürməsindən inildəyir, zarıyır ki (enin), [onu da dağuna (vulkan) allahı] Mərduk* lüzum urur (görür).
Bu məlumatlardan sonra, bəlkə 6-7 il ETE ELİNİ yerini axtarmışam və nəhayət, Vaşinqton Universiteti kitabxanasının "Qədim Xəritələr Şöbəsində"ki bir xəritədə yan-yana İŞŞUM və KUMUK adlı şəhərləri olan yerin müasir Türkiyənin HATAY ilçesi ilə OSMANİYYE ilçesi arasındakı ərazidə İsgenderundan şimalda olduğunu təyin etmişəm. Oradakı hündür dağlarda geniş dağuna kraterlərinin varlığı mixi yazıdakı məlumatı təsdiq edirdi.
Təqribən həmin dağunalar dövrü - 3 min il əvvəl yunanların Balkanlardan hücumu başlayır. Müasir ədəbiyyat yazır ki, köç zamanı onların bir hissəsi gəmilərlə üzüb Kipr və Krit adalarında məskunlaşdılar. Ona görə də təzə gəlmiş yunanlar müvafiq olaraq onları, ETEOKİPRLƏR və ETEOKRİTLƏR adlandırdılar. Aralıq (Ağ) dənizi sahillərində yaşamış bütün türklərə təzə gəlmiş yjnanalar öz dillərinə uyöun olaraq TİRRENLƏR və ya TİRSENLƏR deyirdilər.
Herodot da Etrusklara aid yazısında qeyd edir ki, "Tirrenlər və ya Tirsenlər aclıq, səfalət və xəstəliklərdən Lidiyanın (xəritə 1-ə bax) cənub-şərqindən Apenninə miqrasiya etdilər".
Apenninə gəlib çatan ete ellilər isə indiki ETRURİYA (Etetursia) torpaqlarında (Florenisya vilayəti) yerləşdilər. İndi Etrusklardan etdiyim 100-dən çox mətnin tərcüməsi isbat edir ki, onların dili təmiz türkcədir !!
Bu sahədəki 2 elmi məqaləm ABŞ-ın ən məşhur jurnal və qəzet tərəfindən çapa qəbul olunub, əgər fövqaladə bir nəsnə baş verməsə onlar yayımlanmalıdırlar. Bu, 300 illik "Etrusk dili hansı dil qrupuna aiddir?" gərgin elmi mübahisələrə son qoymuş olardı.
Bir də müasir ədəbiyyat yazır ki, adalarda (Kipr və Krit) qalan xalq öz dilində və əlifbasında yazılar qoyub. 100-ə qədər belə yazılı lövhələr aşkarlanıb. Heç biri açılmır. Heç bir avropalı, "Onlar bəlkə Türkündür?" fikrini yaxın belə buraxmır. Onlara "Eteokipr-" və "Eteokrit hecalı yazıları" deyilir. Daş qazılar yunanca qazılmayıb, əlifba da yunan əlifbası deyil. Yunanlar gəlməişdən əvvəl Amathusda (eradan əvvəlin 300-cü ilinə qədər mövcud olub) və "u torpaqlarda yaşamış qeyri-yunan mənşəli aborigen xalqa məxsusdur". Bunu Avropa mütəxəssisləri yazır.
Bu xəbər məni özünün maqnit cazibə qüvvəsinə salıb oxuduğum u "qədim" zamannan". Xalqların adlarındakı "ETE" sözönü hər şeyi deyirdi. "ETE" etnotermininə ilk rast gələn yeganə araşdırıcı kimi, ilk dəfə eşitdiyim əlavə "ETE xalqarı" barədəki informasiyaya çox sevinirdim. Özü də yazılırdı ki, onlar yazı qoyublar. U xalqların ETE ELİNDƏN miqrasiya etmiş Türklərin və dillərinin də Türk dili olduğuna qəti inanırdım öz aləmimdə. Ona görə u yazılarla rastlaşmağı arzulayırdım. Məmuniyyətlə alxışlayardım.
Gümanıma və fərziyyəmə (onlar türkcə olamlıdır !) son qoymaq üçün dediyim u "qədim" zamannan" yəni 2014-cü ildən arzum idi, u yazıları tapa bilim.
Nəhayət, 24 Dekabr 2021-də, 200 ildən çoxdur dünyanın məşhur universitetlərinin məşhur alimlərinin sirrini aça bilmədikləri hansısa ETEOKİPRLİNİN əlilə daşa qazıdığı bir lövhə barədə məlumat aldım.
Şəkil 1. Kiprin liman şəhəri olmuş Amathus şəhərindən tapıldığından, onu "AMATHUS YAZISI" da adlandırırlar. U hecalı yazıdır, mixi deyil, əlifba ilə qazılıb. Ancaq Babil Türkləri kimi, Ete və Pelasaqiya türkləri də ayrı-ayrı səslərin deyil, hecaların qrafikasını çəkiblər.
U HƏR YERDƏ "KÖÇƏRİ" ADLANDIRILAN TÜRKÜN DÜNYADA BƏLKƏ DƏ ƏN İLKİN ƏLİFBASIDIR!

Birinci sətrin oxunuşu belədir:
1: a-na-ma-to-ri-u-mi-e-s[a]-i-mu-ku-la-i-la-sa-na-a-ri-si-to-no-se-a-ra-to-wa-na-ka-so-ko-o-se
Fəhmimdə yanılmamışdım. ~3000 il bundan qabaq xalqın öz əlifbası ilə biti edilmiş bu hecalı yazı təmiz Türkcə səslənir.
Türkcə qəliblənməsi:
1. Anam a tori um iesa, imu, kula ilə sənə аrizi tonose, arto və nə kaso koose
LÜĞƏT: Anam – мать, моя мать; а – о – тот, того, той; tor – вязание, сетка; imu=umu – надежда, упование; iesa – yesə - если надеется; imu = ima – qulluqçу – служитель, служанька; kula=от qul və ya qula – раб, невольник; arisi – arız – 1. случайный, случиться, стрястись, напасть; 2. поет. щека; 3. подарок, дарь; tonose – ehtimala görə burda toxosa olmalıdır – toxusa – если она свяжет; arto – mümkündür ki, bu, u dövrün Etekipr dialektində ertə olsun. Burda "vaxtında" anlamında uşlədilir və kontekstlə tamamilə uzlaşır; və - и; nə - как, ох как; kaso – kese – kəsə - кстати; koose – köçe – от köç - переезд, переселение, кочевка, передвижение, миграция.
Müasir Azərbaycan türkcəsincə açması:
Anam a (u) tori (toru), um yesə (arzulasa, nəzərdə tutsa, gözü yesə), imu (xidmətçi) [və] kulu (qulu) ilə sənə аrizi (hədiyyə) toxosə, arto (erte - vaxtında) və kaso koose (nə kəsə köçəə - köç vaxtında neçə yerinə düşərdi !).
Eсли мать решится вязать ту сетку со служителем или служанкой и рабом своими как подарок тебе, ох как бы онa будет своевременно, и кстати к переезду [твоему] (твоей миграции).
***
If a mother decides to knit that net together with a servant or maidservant and her slave as a gift to you, oh, how timely and appropriate it will be for [your] move (your migration) !
***
Bu u dövr idi ki, Pelasaqiya I-i (Ellin-Yunanıstan) və Pelasaqiya II-ni (Çanaqqala ətrafı, Troya) türkdən təmizləmiş yunan özünə (eldə deyildiyi kimi, g...nə) yer eləyəndən sonra, Kipr, Lesbos, Krit və digər adalara əl atmışdı. Türkləri oralardan da qovurdu. Miqrasiya üçün yeni toxunmuş iri ip tor şəbəkə-sanduqələr ("mərfəşlər") gedən ailələrə hava və su kimi lazım idi.
***
50 ildən çoxdur öz DƏDƏ-BABA YURDUNA qayıtmış TÜRKÜ işğalçı adlandırıb, dünya, KİPR TÜRK RESPUBLİKASINI TANIMAQ İSTƏMİR!
Tariyel Azerturk
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.