ETRUSKLARDA SEHTI (KƏSƏR) SILAHI

2-01-2025, 08:54           
ETRUSKLARDA SEHTI (KƏSƏR) SILAHI
Etrusk sarkofaqındakı yazıda ağ çərçivənin ovulub tökülmüş yerindəki hərf Etrusk H (haş)-nın olduğuna şübhə yoxdur. Çünki həmin söz bir də təkrar olunur. Hərfi biz 2-ci şəkildə öz yerinə oturtmuşuq. Ondan sonra - sağdan sola edilmiş deşifrə belədir:
SEHTİ * FESİ * VE * FİNAL * SEHTİMNAL
FİNAL kəlməsinə etruskda rast gəlinməsi maraqlı olduğu qədər, Osmanlı Türkiyəsində kişilərin simvolu sayılan qırmızı papaq kimi məşhur olmuş FES sözünün də varlığı maraq kəsb etməyə bilmir. Bu yazıdan aydın olur ki, FESİ dedikdə, etrusklar döyüşdə müdafiə üçün işlədilən QALXANI nəzərdə tutublar.
SEHTİNİ mən KƏSƏR adlandırıram və onu bu gün də turşuya qoyulacaq kələm tayasının doğranmasında Rusiyada geniş tətbiq olunan SEÇKA (Сечка для рубки капусты) (şəkil 3) аlətinin əcdadı olduğu faktını qeyd etmək istəyirəm. Etrusklarda SEHTİNİN, görünür, arxada iki tutacağı olub və onlar döyüşçünün onu asanlqla düşmənin üstünə endirib, qaldıra bilməsinə xidmət ediblər. Şəkildə onun əlləri görünmür. Deməli onlar alət-silaha arxadan yapışıblar.

Yazını türkcə açdıqda, cümlə
SEHTİ FESİ VE FİNAL SEHTIIM[I]N AL -
kimi qəliblənir (modelləşdirilir).
Yazıdan da belə anlanılır ki, sarkofaqın ön divarındakı qabartmada sağdakı daha təcrübəli kişi (döyüşçü, ya zabit), əlində FESİ (qalxan) tutmuş cavan döyüşçüyə SEHTİ endrilən zaman ondan necə müdafiə olunmağın yollarını öyrədir. Onunla məşq edir:
SEHTİ (KƏSƏR) [ENDİRİLƏN ZAMAN] FESİ [QALDIR] VƏ FİNAL (SONDA) SEHTİMİN [QARŞISIN] AL.
Yazılanlar qabartmada özünün tam əksini bütün detalları ilə tapır.

Hələlik yeganə anlaşılmayan an, bu sözlərin qəbirüstü abidədə niyə yazıldığı və sol əlinin uzun işarə barmağı ilə döyüşçüləri göstərən sarkofaq sahibi qadının bu döyüş üsuluna nə cür aidiyyətinin olması anıdır. Mümkündür ki, sağlığında papaq toxumuş qadın (əlindəki papaq və boynundakı ip çələngi buna dəlalət edir) SEHTİNİN qurbanı olub. Və ruhu ona görə u aləti göstərir.
Məşq edən iki döyüşçünün paçaları arasında diziüstə çökmüş oğlanı isə sadəcə, döyüşü müşahidə edən, ona can atan və onu öyrənən yeniyetmə kimi yozmaq olar.
Tariyel Azerturk
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.