Muğan qurultayına gedən yol. (Hissə-1)

3-01-2025, 11:04           
Muğan qurultayına gedən yol. (Hissə-1)
15 fevral 1736.
Nadir xanın təşkil etdiyi məclisə çoxlu adam gəlmişdi. Təhmasib xan Cəlair və başqa 6 nəfərdən ibarət komissiya Nadir xanın adından məclis iştirakçılarına elan etdi ki:
"O, öz qılıncı ilə Səfəvi dövlətinin düşmənlərini darmadağın etmiş, ölkənin hərbi şöhrətini geri qaytarmış və sərhədlərdə əmin-amanlığı təzədən bərpa etmişdir. Amma indi qocadır, yürüşlərdən yorulub, istədiyi yeganə şey Kelat qalasına çəkilməkdir. Təhmasibi öz şahınız seçin, əgər onu istəmirsinizsə, Səfəvilərdən başqa biri hökmdarınız olsun."
Məclisdəkilərin əksəriyyətinə bu sözlərin qeyri-səmimiliyi aydın idi. Onlar dərhal dedilər:
"Bizim üçün Nadirdən başqa şah yoxdur. Türklər (Osmanlılar), Əfqanlar, franklar (ruslar), ləzgilər (Səfəvilərin) bütün ərazilərini işğal etdilər, amma indi, Allaha şükür, bu düşmənlərin heç biri qalmayıb, o, (Nadir) düşmənləri məhv edib hər şeyi qaytardı, camaat razıdır, əmin-amanlıqla yaşayır, maddi vəziyyəti yaxşıdır."
Lawrence Lockhart- Nadir Şah ("Görkəmli insanların həyatı" bölümündən)
"Kitabi-Nadiri" səh.17
Hanvey (IV. səh 124.)
Nurşən Əfşar
TEREF












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru