ERMƏNİLƏRDƏ SAZ-SÖZ SƏNƏTİ OLMAYIB!
Dünən, 08:14
Qədim yəhudi zərb-məsəllərindən birində deyilir: “Sən kimə daha çox inanırsan – mənə, yoxsa öz gözlərinə?” Gözlərimin gördüyü, beynimin dərk etdiyi reallıq mənə erməni iddialarından tamamilə fərqli mənzərəni göstərərək deyir ki, ermənilərin saz-söz sənəti heç yerli-dibli olmayıb. Alimlərimizin də dediyi kimi “bu sənəti erməni etnik mədəniyyətinə gətirən və onu bu xalqa sevdirən xristian və alban mənşəli türklər” olub.
Filologiya elmləri doktoru İ.Cəfərsoy türkdilli xristian aşıqlar barədə qısa məlumatda bildirir: "Ə.İrəvanlının 1958-ci ildə nəşr olunan kitabında əlli-altmış (onların sayı qat-qat çox olmuşdur-İ.V.) türkdilli erməni aşığının yaradıcılığı haqqında məlumat verilir. Əslində onların çoxu erməni deyildi, xristian qıpçaqlar, peçeneqlər, berendeylər idi”.
İ.Sarıyeva isə “Erməniləşdirilmiş türkdilli xristian aşıqlara - Sayat Novadan Qul Eğaza və Aşıq İzaniyədək” adlı məqaləsində yazır ki, “Sayat Nova (Sayat Nəva) başda olmaqla onlarla türk xristian aşıq var...Təbii, bəzi ermənilər olub ki, Azərbaycan aşıqlarının yanında (çox zaman balabançı və ya dəmkeş olaraq-İ.V.) bu sənətə maraq göstəriblər, amma bu o anlama gəlmir ki, aşıq sənəti onlara məxsusdur. Çünki ermənilərdə tarixən aşıq olmayıb”. 1912-ci ildə İzmirdə nəşr edilən, həm ermənicə, həm də türkcə yazan erməni aşıqlarının şeirləri toplanmış kitabın müqəddiməsində xristianşünas araşdırmaçı da yazır ki, bunların hamısı mənşə etibarilə türklərdir.
Çünki aşıq sənətində və aşıq şeirlərində, nəğmələrində türkün milli ruhunun sәsi aydın duyulur. Bu ruh erməniyə yaddır. Ona görə onlar sazda nə qədər yaxşı çalıb-oxusalar da, şəmkirli Aşıq Muradın qeyd etdiyi kimi “bizim kimi oxuya bilmirdilər”. Çünki ruh, o ruh deyildi. Min yaşlı “Qabusnamədə” deyildiyi kimi, “onların ruhunda, xarakterində və təbiətində ancaq murdarlıq vardır”.
Məhz bunları nəzərə alan məşhur mütəxəssis A.Koroşşenko hələ 1896-cı ildə “Moskva xəbərləri” qəzetində dərc olunan “Şərq, daha çox Qafqaz musiqisi üzərində müşahidələr” məqaləsində qeyd edirdi ki, “…ermənilərin özlərinin xalq musiqisi yoxdur”.
Onlar yalnız əhatəsində yaşadıqları xalqların folklorunu və musiqisini yamsılamaqla məşğul olmuşlar. “Ozan mədəniyyətindən istifadə edib "qusan sənətini" ortaya çıxarmışlar. Tarixi inkişafın mərhələlərini başa düşməyərək ozan sənətinin aşıq sənətinə keçdiyi anlarda özlərinin ozan sənəti ilə bağlılığını iddia edib tez-tələsik Azərbaycan aşıq sənətini təqlid etməyə başlamışlar”.
Filosof, şair və publisist M.Nalbandyan yazırdı ki, “Erməni aşıqlarını yalnız erməni ailələrində doğulduqlarına görə erməni hesab etmək olar. Qədim nəğmə və mahnıların, havaların əksəriyyəti azərbaycanlılardan götürülüb. Mən ermənilərin yaşadıqları çox yerləri dolaşmışam, həmişə də çalışmışam ki, sırf ermənicə deyilmiş bir söz eşidəm. Lakin həmin sözü dinləmək indiyə kimi nəsibim olmayıb”. Görünür, elə buna görə də fransız tarixçi J.Ş.Deserbye qeyd edirmiş ki, ”Erməni danışıq dili türk, tatar dilinin bir dialektidir.”
Onlar hətta öz təxəllüslərini də bizim aşıqların təxəllüslərinə bənzətmiş, bizim musiqi alətlərimizdən, şeir formalarımızdan və hacavatlarımızdan istifadə etmişlər. Məlum olduğu kimi, türk aşıqları şeir yaradıcılığında həmişə ənənəvi havacata əsaslanırlar. Haqverdiyan adlı bir erməni 80-ə yaxın aşıq havacatlarının tamamilə türklərə aid olduğunu yazırdı. Sənətşünas və professor Q.Levonyan isə açıq şəkildə etiraf edirdi ki: “Erməni aşıqlarının həm özlərinə götürdükləri adların, həm də onların şeir və mahnılarının adlarının hamısı Azərbaycan dilindədir”.
Professor A.Bayramov “Azərbaycan dilindən erməni dilinə keçmiş etnoqrafik və onomastik vahidlər” məqaləsində tamamilə haqlı olaraq yazır: “Dilimizin gözəlliyi, emosional-poetik xüsusiyyətləri, axıcılığı, söz sırasının poetik durumu bütün dövrlərdə erməniləri məftun etmiş, onlar hazır söz qəliblərindən və deyimlərdən yetərincə faydalanmışlar. Azərbaycan türkcəsinə aid olan sözlərin başqa dillərdə işlədilməsi yaxşıdır, amma sözləri və sözlərin ifadə etdiyi əşya və məfhumları özlərinə çıxmaları elmi saxtakarlıqdır”.
Aşıq yaradıcılığının mayası türkün ruhundadır. Erməni ruhunda isə yaradıcılıq yoxdur, “aşıqlıq qüdrətinə varmaq, onu yaşatmaq hünəri yoxdur! Heç “qafiyə cəhətdən yoxsul”, “həmahəng sözləri məhdud miqdarda” olan erməni dili özü də buna imkan vermir. Erməni heç vaxt saz-söz sənəti yaratmaq iqtidarında olmayıb, o, sadəcə, məharətli təqlidçidir, plagiatçıdır, oğrudur - vəssalam.
Türk mədəni dəyərlərinə sahib çıxmaq cəhdi isə erməni xislətinin bariz nümunəsidir. Erməni tarixçisi M. Xorenlinin (V-VI əsrlər) də dediyi kimi, “İndi olduğu sayaq, keçmişdə də elmə, şifahi ötürülən mahnılara həvəsləri olmayan, ona görə də kəmağıl, nadan və vəhşi qalan qədim hayların” tör-töküntülərinin birbaşa piratçılıq metodları ilə Azərbaycanın qeyri-maddi mədəni irsinə aid olan, türkün milli-mәnәvi vә dini-irfani dәyәrlәrlә süslәnmiş saz-söz sənətini yalandan erməni mədəni mülkiyyəti hesab etməkləri absurddur. Öz yazıçıları V.Papazyanın qeyd etdiyi kimi, “Cahil, savadsız, vəhşi və ilk öncə şüursuz və əsasən soyğunçuluq və quldurluqla məşqul olan, şimal vəhşiləri kimi ov hesabına yaşayan”, bədii təfəkkürü yerlə sürünən, bədii-estetik zövqü biabırçı vəziyyətdə olan ermənilərin intellektual-idraki məzmun daşıyan aşıq ədəbiyyatına malik olmasını iddia etməsi doğrudan da gülməlidir. Bu bədbəxtlər başa düşmürlər ki, aşıqlıq “ruh və yaşam biçimidir”, bu “geyim” onların əyninə biçilməyib. Azərbaycan Aşıqlar Birliyinin sədri, professor M.Qasımlı müsahibələrinin birində deyir ki, “Şəmkirdə erməni aşıq Yervant vardı, o Azərbaycan dilində çalıb-oxuyurdu. Hər dəfə mənə deyirdi ki, erməni dili aşığa uyğun deyil, saza yatmır. Sazın sırf Azərbaycan hadisəsi olduğunu öz dili ilə söyləyirdi”.
Əsil həqiqəti isə erməni tədqiqatçısı və ədəbiyyatşünası S.Palasanyan hələ 1886-cı ildə Sank Peterburqda nəşr etdirdiyi “Erməni nəğmələri” kitabında yazmışdı: “Biz hansı xalqın təsiri altında oluruqsa, onun mahnılarını da özümüzünki hesab edirik və özümüzünkü kimi təqdim edirik”. Bu, bir etiraf idi. Ermənilərin belə etirafları isə çoxdur, lap çox. Lakin unutmayaq ki, bu etiraflar səmimiyyətdən yox, onların həqiqət qarşısında aciz qalmaqlarından irəli gəlir.
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi