Berlindəki bu heykələ baxanda ağlımdan nələr keçdiyini təxmin etdiniz yəqin. Bizdə vəziyyət acınacaqlı deyilmi? Babalarımızın, atalarımızın və indi də bizim oxuduğumuz neçə kitab saya bilərik? Ahmet Hamdi Tanpınar (1901-1962) görkəmli Türk şairi, yazıçısı, ədəbiyyat tarixçisi və siyasətçisidir. Onun söylədiyi dəhşətli bir iddia var: “Üç nəslin üst-üstə oxuduğu beş kitab yoxdur”. Tanpınarın söylədiyi fikir əslində sadəcə Türkiyəyə yox, bütün Şərqə aid deyilmi? Və ya biz belə bir heykəl yapmağa təşəbbüs etsək kimləri seçərik, necə seçərik, incikliklər, darılmalar, umu-küsülər başlamazmı? Axı Azırbaycanda şair, yazıçı olmaq üçün bəzən gərək şair, yazıçı ailəsində doğulasan, elə deyilmi? Necə deyərlər, “Şərq incə məsələdir”, çox da sual verməyim ən yaxşısı… https://t.me/ibrahim_nebioglu TEREF