Dyumanın qəhrəmanı Dartanyan barədə əsl həqiqətlər

Bu gün, 00:06           
Dyumanın qəhrəmanı Dartanyan barədə əsl həqiqətlər
Aleksandr Dyuma tərəfindən 1844-cü ilin mart-iyul aylarında hissə-hissə yazılmış “Üç muşketyor” romanı çap ediləndən sonra bir çox filmlər, tamaşalar çəkildi, səhnələşdirildi. Əsərin əsas qəhrəmanları Atos (Armand de Siegue d'Hautville), Aramis (Henri d'Aramitz) və Portos (baron du Vallon de Brassier de Pierrefond) idi.
Bu adları çəkilən şəxslər realda olan kral muşketyorları idi. Onlar Fransa ordusunda xidmət edirdilər və eyni zamanda aristkorat titullarını qoruyrdular. Bəs bu romanda adı çəkilən Dartanyan kim idi?
Əsərdə doğurdanda o "hamı bir nəfər üçün, bir nəfər hamı üçün” kodeksini daşıyan üç muşketyor içərisinə daxil olub, qəhrəmanlıqlar edib və kral muşketyorlarının sevimlisinə çevrilib?
İllərdir Dyumanın bu obrazı hər kəsə qəhrəman kimi təqdim edilir. Lakin real Dartanyan əslində əsərdə olduğu kimi Üç muşketyorun dostu olmayıb, qəhrəmanlıq etməyib, Birmingem sarayına gedib Kraliçanın almaz boyunbağını gətirməyib. İndi isə daha ətraflı:
Sonradan qraf Castelmore kimi tanınan Charles Ogier de Batz Qaskoniyalı idi. Ancaq bu ad heç bir şeylə məşhur deyildi və o, özünü Qaskoniyanın ən varlı ailələrindən birinin adı ilə "Senyor Dartanyan " adlandırmağa başladı, guya qohum olduqları üçün.
Onun barəsində Qatien de Kurtil de Sandras ölümündən 27 il sonra “Müsyö Dartanyanın xatirələri” kitabını yazıb. Kitabda haqqında danışılan Dartanyan tamamilə Dümanın bir əsr yarım sonra öz romanı üçün istifadə etdiyi Dartanyanın əksi idi. Kurtilin orjinal kitabı hazırda Kölndəki kitabxanada saxlanılır və Düma da orda bunu əldə edib, yeni bir qəhrəman yaratmaq qərarına gəlir.
Real Dartayan 1633-cü ildə Parisə gəlir və Qaskon de Trevilin rəhbərlik etdiyi muşketyorlar komandasına qoşulur.
Kitabdan fərqli olaraq Üç Muşketyorla yaxından uzaqdan heç bir əlaqəsi olmur. Fransa-İngiltərə müharibələri dövründə cəmi adı 1640-cı ildə Arras mühasirəsi zamanı döyüşçülər siyahında çəkilir. Başqa heç bir tutarlı sənəd yoxdur ki, onun doğurdanda əsərdə olduğu kimi qəhrəmanlıqları olub.
Onun adı Mazaranin kardinallığı dövründə gündəmə gəlir, qeyd edim ki, Kral XIII Lüdovik və kardinal Rişelye dövründə onu heç kim tanımırdı. Muşketyorlar kralın ölümündən sonra dağlır və Dartanyan - Kardinal Mazarinin kuryeri işinə götürlür. 1648-ci ilin avqustunda Paris üsyan zamanı Mazaranini saraydan çıxarılmasında onun yanında olan Dartanyan 1653-cü ildən sonra onunla birgə Parisə geri qayıdır və ondan sonra onun karyerası başlanır.
1658-ci ildə o, artıq yenidən yaradılan muşketyorlar dəstəsinin kapitan müavini idi. 1659-cu ildə Dartanyan Charlotte de Chanlesi adlı varlı, lakin yaşlı qadınla ailə qurur. İki oğlu olur və sonrda həyat yoldaşından boşanır.
1661-ci ildə Fransanın daxili işlər naziri Fukeni həbs edir və 6 il onun mühafizəsini təşkil edir. Bununla da yüksək hərbi rütbələr alır. 1672-ci ilin yazında Hollandiyaya qarşı müharibəyə hazırlaşan kral onu Lill şəhərinin qubernatoru təyin edir və 24 iyun 1673-cü ildə Maastrixt hücumu zamanı öldürülür. Adətə görə, o, döyüş meydanında digər həlak olmuş əsgərlərlə birlikdə dəfn edilir.
Yəni real Dartanyanın Üç muşketyor ilə dostluğu olmayıb, Kral və kardinal onu realda tanımayıb və kitabda yazılan hadisələrin heç birində iştirak etməyib. Sadəcə bu Dyumanın obrazı olaraq ona bəzək düzək çox verilib.
Zaur Aliyev, dosent
TEREF












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.