Türk qadını hamının baş əydiyi şərəf abidəsidir
7-03-2025, 10:38

Bir neçə gündən sonra Beynəlxalq Qadınlar Günüdür. Qadınlara qarşı
nəzakət, sevgi və məhəbbətin tərənnümünü ənənəvi hala gətirmiş bayramdır.
Türkiyəli yazar Gökalp qeyd edirdi ki, "Əski irqlərin heç biri türklər qədər
qadına haqq verməmiş və sayğı göstərməmişdir.
Türklərdə qadınlara kişilərin yeganə yoldaşı və uşaqlarının anası olmaq
kimi mühüm vəzifə qoyulmuşdur. Daha da önəmlisi odur ki, o, Türk Millətinin
tək bərəkət qaynağıdır. Hamının baş əydiyi şərəf abidəsidir:
1.) Türklərin ən qədim dastanlarından olan Yaradılış dastanında Yaradana
ilham verən qadın “Ağ Ana”dır.
2.) Bilgə xaqan kitabəsində xaqan xitabını “Sən, mənim Katun Anam,
mənim böyük analarım, xalalarım, şahzadələrim...” sözləri ilə başlayır.
3.) Qədim türk inancına görə “Xan və Xatun” yerin və göyün övladlarıdır.
Qadının yeri göyün yeddinci qatındadır.
4.) Türk sivilizasiyasında epik qəhrəmanlar döyüşməyi bacaran, qılıncdan
istifadə etməyi yaxşı bilən, əcdadlarının qayğısına qalmağı bacaran qadınlarla
evlənmək istəyirlər.
5.) Qədim türk atalar sözlərinin birində deyirlir: "Birinci sərvət
sağlamlıqdır, ikinci sərvət yaxşı qadındır."
6.) Müharibə vaxtı qadınların düşmən əlinə keçməsi böyük ayıb sayılırdı.
7.) Bir qadın yanlış yola getdikdə belə qadını cəzalandırır, onu o yola
təhrik edən kişini isə öldürürdülər. Çünki namus sadəcə qadına yüklənmiş
məfhum deyildi.
8.) Başqa bir nəcib səyyah İbn Bəttuta deyir: “Burada mən qərbdə bir
vəziyyətin şahidi oldum ki, bu da türklərin öz qadınlarına göstərdiyi hörmət idi.
“Burada qadının dəyəri və rütbəsi kişilərdən yüksəkdir”.
9.) Qədim türklərdə qadın kişinin nə önündə gedirdi, nə də arxasında.
Tam yanında həyatda çiyin-çiyinə addım atırdılar.
10.) Altay dağlarının ən uca zirvəsinə “Kadınbaşı” adı verilməklə qadının
böyüklüyü yaşadılmışdır.
11.) Bir qadın zorla ərə verilməzdi. Qadından 3 dəfə fikri alınar, sonda
rədd edərdisə, ona basqı etmək təcavüz sayılırdı.
12.) Əgər xanın əmrləri yalnız “Xan əmr edir” ifadəsi ilə başlayırdısa,
onlar etibarlı sayılmırdı. Orada mütləq “Xan və Xatun əmr edir” yazılmalı idi.
İmran Verdiyev.
TEREF