MÜSTƏQİL KANAL KİMİ

20-10-2016, 13:52           

http://bakunews.az/bolge/17026-gence-beynelxalq-xestexanasinda-muemmali-olum-.html
Müstəqilliyi qorumaq onu qazanmaqdan dəfələrlə çətindir.Gərgin mücadilə verib zəfərə qovuşunca,necə deyərlər qalır bu qələbənin dadını damağında əbədi saxlamaq.Əbədi demiş,vaxtı ilə mürəkkəb tarixi proseslərin fonunda Şərqdə İlk Demokratik Respublikanın banisi Məmməd Əmin Rəsulzadə də hürriyətimizin əbədi olacağına vəd verib.Amma zamanın diqtəsi,daxili ziddiyyətlər qalib çıxıb. 23 aylıq istiqlaliyyətimiz asanlıqla can verib... 70 il Sovet İmperiyasının əsarətində yaşayan Azərbaycan əsrin sonunda artıq daha qətiyyətli və yekdil olub.Daxili ziddiyyətlərə də qalib gələn Azərbaycan bu dəfə ayaqlarını daha möhkəm yerə basaraq müstəqilliyini bərpa edib.Tezliklə müstəqil siyasətini,ordusunu,hökumətini formalaşdıran Azərbaycanın bu dəfə bəxti həm də onda gətirib ki,onun ANS adında müstəqil televiziyası da olub.Sovet stereotiplərini darmadağın edən bu telekanal yarandığı gündən tamaşaçısına müstəqil ölkə vətəndaşları olduqlarını aşılayıb.İctimai fikrə müsbət təsir edib,onu doğru səmtə yönləndirib.”Xalqın kanalı”na da elə 25 il bundan əvvəl çevrilib.Necə deyərlər,sadə xalqın təmsilçilərinin yaratdığı bu televiziya efirinə də elə xalqının maraqlarını daşıyıb.Özünə bir yol cızıb-Müstəqilliklə paralel bir yol. 25 il ərzində azad ölkədə azad mətbuatın inkişafı da daxili siyasətin bir parçası olub.Sıraları daim yenilənsə belə, heç biri ANS qədər bu xalqa töhvə verməyib.ANS-in missiyası ölkəni azadlığı aparan mübarizə qədər çətin olub.Bir-birinin əvəzləyən mürəkkəb tarixi proseslərdə yolunu azmayıb.Xəbər siyasətini dövlətçilik maraqları ilə yoğurub və 25 il ərzində bu ənənəsinə sadiq olub.llk müstəqil telekanal kimi o həm də Azərbaycanla dərd ortağıdır.Çünki Qarabağ savaşı hər ikisini taleyindən qara zolaq tək keçir. Birinci Qarabağ savaşının az qala anbaan lentə alındığı kadrlar bu günkü gün “daşdan keçən” faktlar kimi ANS-in arxivindədir.Başqa sözlə müharibə şəraitində yaşayan Azərbaycanın informasiya müharibəsində ANS qədər təcrübəli və güclü silahdaşı olmayıb,olmayacaq da.Təsadüfə bir bax,istiqlaliyyətimizin bayram günündə müstəqil Azərbaycanın ruh əkizi sayılan,efirində qaranlıq hökm sürən ANS-in bağlanmasından 3 ay keçdi.Bəli,düz 3 aydır ki, ANS gözə dəymir.Onun doldurulmayacaq yeri isə hər keçən gün daha çox bilinir.Müstəqil Azərbaycanın yanında.Müstəqil kanal kimi...
Lalə Nurəddinqızı ANS












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.