"Əsl kişi qadını qorumalıdır"

Bu gün, 00:01           
"Əsl kişi qadını qorumalıdır"
Bir gün Ağdamda yeyib içmək məclisində iştirak edən gənclərdən biri kiminsə qızı haqqında yaxşı söz işlətmir. Bunu eşidən
Fred Asif ( Azərbaycanın Milli Qəhramanı) əsəbi halda ayağa qalxır və oğlanı yanına çağrır. Sovet məkanında sözü keçən kişilər Asifi sakit etməyə çalışsalarda o oğlanın valideynin də çağrıb deyir
-"Sənin oğlun çox böyük səhv edib. Bir qız barədə düzgün olmayan söz işlədib. Qız haqqında tanış adamların yanında bu sözü deməklə onun gələcəyini məhv edib.İndi o qızı kim öz evində gəlin görmək istəyəcək. Buna görə qərarım budur. Oğluna get həmin qızı al. Adı təmizlənsin qızın.!! Qoy ədalət yerin tapsın. Əsl kişi qadını qorumalıdır"
Bilirsiniz bu Azərbaycanda olan bir adət idi. Qədim bir əfsanə var:
"Bir gün oturmuş ağsaqqalların yanından on beş yaşlarında bir qız keçən zaman nəzakətlə hamıya salam verir. Onlardan biri, ağsaqqal hörmət əlaməti olaraq ayağa qalxdı və qızın salamını aldı. Bu da digərləri arasında çaşqınlıq yaratdı, ağsaqqalın gənc qadın qarşısında ayağa qalxmamalı olduğunu ona deyəndə ağsaqqal belə izah edir:
"Mən qıza sadəcə salam verməmişəm, onun simasında gələcək ananı, ocaq sahibəsini görürəm, onun evindən hansı övlad çıxacağı, cəmiyyətimizdə hansı yeri tutacağı Ondan asılı olacaq. Evi necə idarə edəcək, uşaqları necə böyüdəcək - bu, bizim ona olan münasibətimizdən asılıdır".
Azərbaycanda qədimdən bir inam olub.
Övlad tərbiyəsi bütövlükdə qadından asılıdır. Gələcəyin liderlərii və alimləri, mütəfəkkirləri və yazıçıları, ümumiyyətlə, bütün insanları bu dünyaya əvvəlcə qadın hazırlaşdırır.
Körpənin uşaqlıqda hiss etməli olduğu ilk boy anasına olan sevgidir. Onun vasitəsilə başqalarını sevməyi, dünyanı hiss etməyi və dərk etməyi öyrənir.
Ona görə də Fred Asif məhz bu qədim adətdi qoruyaraq belə addım atmışdır.
Bundan irəli gələrək TV kanallarda bəzi verilişlərində "qadınları" Azərbaycan xanımı kimi qəbul etməyin. Azərbaycan qadını şəhid və qazi anası, bizim anamız, sizin ananızdır.
Prof.Dr. Zaur Aliyev












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru