Rusların Allahı kimdir?

22-06-2015, 11:08           
Rusların Allahı kimdir?
Rusların Allahı kimdir?
Rusların Allah mənasını verən Qospod sözü sufi-batinilərində "Aqios Pta", yəni "Müqəddəs Yafət" mənasını verir və bu rəmz "Pta Sak" mənasında olan «padişah» rəmzi ilə eynidir. Deməli, mənbələrdə padişah deyəndə - Qospod, yəni Allah nəzərdə tutulmalıdır. Erməni yazılarında Qospod rəmzi Patqos kimi də yazılır və bu rəmz xazr, yəni ölümsüzlük qazanmış Xızır rəmzi ilə eyniləşdirilir (xazr Patqos). Xızır rəmzindən Həzrət, yəni Xızır-Ata rəmzi də yaranmışdır ki, bildiyimiz kimi, padişahlara müraciət edərkən "Əlahəzrət" yəni "Həzrət elindən olan" ifadəsi ilə müraciət edirlər. Dilimizdə həzrət sözü - müqəddəslərə aid edilir.
Xızır rəmzi ilə eyni mənalı Xəzər rəmzi erməni mənbələrində Xazarapet kimi yazılır və bu da Müqəddəs Yafət, yəni Qospod deməkdir. Lakin erməni mənbələri Xaparapet rəmzini digər yerdə Azarapet kimi də yazır ki, bu da Azər-Yafət anlamındadır. Belə şıxır ki, rusların Allahı elə Yafətin Azəri elindəndir.
Xristian mənbələrində - müqəddəs mənasında olan "Aqios" rəmzi müqəddəs kitablarda kodeş kimi də yazılır ki, bu rəmz də kodes rəmzi kimi kadus elinə aid edilir. Müsəlmanların "müqəddəs" mənasını verən kuddus/əqdəs rəmzi də, kodeş rəmzi kimi kadus rəmzindən yaranmışdır. Bu isə o deməkdir ki, rusların Allahı - Qospod - Azərbaycanın kadus elinin müqəddəsidir.
Ruslar Allahını Boq da adlandırırlar və bu bizlərdə bəg kimi məlumdur. Deməli, ruslar Allah deyəndə - Azəri oğuzlarının Kadus elində yaşayan türk bəgini nəzərdə tuturmuşlar.
Kadus rəmzi mənbələrdə Qüds və Qades kimi də yazılır ki, bu da Yerusəlim şəhərinin və yunanların ölüm şahlığının adıdır. Bu isə onu göstərir ki, Yerusəlim şəhəri elə yunanların ölüm şahlığı mənasındadır və bu şahlıq da qədim Azərbaycanın Midiya eli ilə bağlıdır. Əgər nəzərə alsaq ki, tarixçi Moisey Xorenskiyə görə, Yerusəlim şəhəri tikilib qurtardıqdan sonra Gel adlanmağa başladı, aydın olar ki, Süleyman peyğəmbərin, cinlərin köməyi ilə tikdiyi əsl Yerusəlim şəhəri Kadus dağlarındakı Gel elində gizlədilmişdir. Məhz bu Allah dağında yaşayan Azəri türk bəgini ruslar Allah, yəni Qospod, Boq saymışlar. Firudin Gilar Bəg












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.